Azərbaycan lideri: TDT ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetidir
Cəmiyyət 02 Aprel 2026, 14:00
188
Azərbaycanın xarici siyasətində Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələr prioritet təşkil edir.
Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən söyləyib.
"Bütövlükdə, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir", - deyə dövlət başçısı vurğulayıb.
Həmçinin oxuyun
İlham Əliyev qeyd edib ki, bu ölkələrlə Azərbaycanın tarixi, mədəni, etnik kökləri gözəl təməl formalaşdırır:
"Bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakının bu küçəsi genişləndirildi
Bakının Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət zolaqlarının sayı artırılaraq 5-ə çatdırılıb.Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Məlumata görə, bununla da həmin hissədə yolun buraxıcılıq qabiliyyəti artırılıb.Qeyd edilib ki, vətəndaşların müraciətləri nəzərə alınaraq bu yol sahəsində hərəkət optimallaşdırılıb.
02 Aprel 2026, 15:22
İlham Əliyev Qırğızıstana səfər edəcək
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfər edəcək.Citypost.az xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyev başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.Adılbek Kasımaliyev bildirib ki, Qırğızıstan Azərbaycanla qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə böyük dəyər verir:"Biz Sizin Qırğızıstana gözlənilən tarixi dövlət səfərinizə böyük əhəmiyyət veririk. Sevindirici haldır ki, bugünkü görüşümüz ölkələrimizin TDT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyini təsdiq edir. Əminəm ki, ticarət, nəqliyyat və logistika sahələrində olan layihələr bundan sonra da dövlətlərimizin dayanıqlı inkişafına xidmət edəcək. Həqiqətən də bizim ölkələrimizin qarşılıqlı maraq doğuran bütün sahələrdə yaxşı imkanları var"....
02 Aprel 2026, 14:07
Məhkəmə Tofiq Yaqublu barəsində qərar verib
Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Tofiq Yaqublu 9 il, onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlamışdı.Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə),...
02 Aprel 2026, 13:04
Sabah bəzi yerlərdə yağış yağacaq
Aprelin 3-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.aza verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı ehtimalı var. Gecə və...
02 Aprel 2026, 12:45
İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Citypost.az xəbər verir ki, Cevdet Yılmaz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırdı.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.Cevdet Yılmaz Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyərək, məhz bunun Şuşa Bəyannaməsinin əsas prinsiplərindən biri olduğunu vurğuladı.Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu dedi.Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı, müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərlərin münasibətlərimizin daha da...
02 Aprel 2026, 12:01
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib.Citypost.az xəbər verir ki, iştirakçılar Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Özbəkistanın Baş naziri Abdulla Aripov, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstanın Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyev, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyev, Şimali Kiprin Baş naziri Ünal Üsteli və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Ömüralıyev olub.Qeyd edək ki, qonaqlar Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdədirlər....
02 Aprel 2026, 11:16