Gündüz Abbasovun “Dəli Kür” filmi ilə bağlı sınaq fotosu paylaşılıb
Sənət aləmi 20 Aprel 2026, 10:58
3993
Mərhum aktyor Gündüz Abbasovun nəvəsi Rüzgar Mövsüm babasının “Dəli Kür” filmində Cahandar ağa rolu üçün çəkilmiş sınaq fotosu sosial şəbəkə hesabında paylaşıb
Citypost.az xəbər verir ki, Paylaşımda qeyd olunur ki, 1968–1969-cu illərdə aparılan seçimlər zamanı aktyor filmin yaradıcı heyəti ilə razılığa gələ bilmədiyi üçün rola daha sonra mərhum xalq artisti Ələddin Abbasov seçilib.
Mərhum aktyorun nəvəsi bildirib ki, şəxsi fikrinə görə, bu seçim daha uğurlu olub və Gündüz Abbasov daha çox romantik qəhrəman tipajlarının mahir ifaçısı kimi yadda qalıb. O, həmçinin vurğulayıb ki, “Dəli Kür” romanını oxuyub, filmin ekranlaşdırılmasını izləyən biri kimi, babasının Cahandar ağa obrazından fərqli xarakterlərin ifasında daha uyğun olduğunu düşünür.
Həmçinin oxuyun
Qeyd edək ki, İsmayıl Şıxlının eyniadlı romanı əsasında 1969-cu ildə Hüseyn Seyidzadə tərəfindən ekranlaşdırılan “Dəli Kür” filmi Azərbaycan kinosunun klassik nümunələrindən biri hesab olunur. Filmdə Cahandar ağa obrazını xalq artisti Ələddin Abbasov canlandırıb.Xalq artisti Ələddin Abbasov 13 iyul 2014-cü ildə 92 yaşında vəfat edib və Gəncə şəhər Fəxri xiyabanında dəfn olunub. Mərhum aktyor Gündüz Abbasov isə 21 avqust 1995-ci ildə 64 yaşında vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Serdar Ortaç azərbaycanlı müğənnilərin ifasını paylaşdı
Serdar Ortaç azərbaycanlı ifaçıların onun mahnısını səsləndirdiyi görüntüləri paylaşıb.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, türkiyəli müğənninin bəstəsini Sevil və Sevinc bacıları, eləcə də Nurlan Təhməzli ifa ediblər.Səfərovalar ona təşəkkür edərək şərh bölməsində bu sözləri yazıblar: pizza mizza“Serdar bəy, çox sağ olun! Bizi çox sevindirdiniz. Allah sizdən razı olsun, bizim dəyərli sənətkarımız!
21 Oktyabr 2026, 18:00
Bakıda "Ovsunlanmış meşə" sərgisi keçiriləcək
Rəssam Kamilə Muradovanın "Ovsunlanmış meşə" sərgisi oktyabrın 22-də "Nine Senses Art Center"də açılacaq.Citypost.az xəbər verir ki, ekspozisiya "Fly to Baku. Art Weekend. Sense the Future NOW" mədəniyyət tədbiri çərçivəsində təşkil olunub.Layihə insan bədəni, təbiət və kollektiv yaddaşın qarşılıqlı əlaqəsinin vizual-fəlsəfi tədqiqatından ibarətdir.Əsərlər seriyasının yaradılması üçün başlanğıc nöqtəsi Şuşadakı köhnə tut bağı olub. Əsrlik ağaclar burada sadəcə təbii landşaftın bir hissəsi deyil, həm də tarixin şahidləri və regionun mədəni yaddaşının qoruyucuları kimi çıxış edir.Rəssamın tədqiqatının mərkəzində ağacın anatomiyası dayanır: köklərin gizli strukturundan tutmuş budaqların, yarpaqların və çiçəklərin zərif cizgilərinə qədər. K.Muradova təbii formalarla insan bədəni arasında bənzərliklər aparır: qabığın fakturası dərini...
20 Oktyabr 2026, 18:19
Xalq artistindən ürəkdağlayan paylaşım: “Sənsiz mənə çox çətindir”
Xalq artisti , teatr və kino aktyoru Məzahir Süleymanov mərhum həyat yoldaşını belə yad etdi: “Sənsiz mənə çox çətindir”Citypost.az xəbər verir ki, Xalq artisti Məzahir Süleymanov ötən aylarda vəfat edən həyat yoldaşı ilə fotosunu sosial şəbəkə hesabında paylaşıb.Sənətçi paylaşımında həyat yoldaşının yoxluğunun onun üçün nə qədər ağır olduğunu ifadə edən kövrək sözlər yazıb.“Yanımda necə də yerin görünür. Sənsiz mənə çox çətindir”, – deyə Məzahir Süleymanov qeyd edib.Turan ...
16 Oktyabr 2026, 09:02
Zaur Rzayevin vəziyyəti ağırdır
Zaur Rzayevin səhhəti yenidən pisləşib.Citypost.az axşam.az-a istinadla xəbər verir ki, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.Xalq artistinin ailəsi onun reanimasiyaya yerləşdirildiyini bildirib: “İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda müalicəsi davam edir”. pizza hutZ.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilmişdi. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib....
14 Oktyabr 2026, 17:27
Rafael Tağızadə: “Alim Qasımovun səsində bütöv bir xalqın ruhu yaşayır”
İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rəfail Tağızadə dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımovun yaradıcılığı və Azərbaycan muğam sənətindəki xidmətləri barədə yazıb.Citypost.az xəbər verir ki, Rəfail Tağızadə qeyd edib ki, bəzən bir insanın səsində bütöv bir xalqın ruhu yaşayır. Onun fikrincə, Alim Qasımov məhz belə sənətkarlardandır.“Onun səsi sadəcə muğam oxumur — Azərbaycan torpağının yaddaşını, sevincini, kədərini və sonsuz mənəvi zənginliyini dünyaya çatdırır”, – deyə o bildirib.Rəfail Tağızadənin sözlərinə görə, Alim Qasımovun sənətinin əsas gücü onun muğama gətirdiyi bənzərsiz nəfəsdədir. Xanəndə muğamın əsrlərdən gələn ruhunu qorumaqla yanaşı, bu sənəti müasir dinləyiciyə də sevdirə bilib.Qeyd olunub ki, Alim...
08 Oktyabr 2026, 09:33
“Bu sualların cavablarını özünlə apardın...” – Mehriban Abdullayevadan duyğusal paylaşım
Əməkdar artist, tanınmış aktrisa Mehriban Abdullayeva mərhum həyat yoldaşı, rejissor, Xalq artisti Ağakişi Kazımovun vəfatının ildönümü ilə bağlı duyğusal paylaşım edib.Citypost.az xəbər verir ki, Mehriban Abdullayeva paylaşımında illərin sürətlə keçdiyini vurğulayaraq, həyat yoldaşına ünvanladığı kövrək sözləri bölüşüb.“İllər çox sürətlə keçir. 5 il...Səninlə bağlı soruşmaq istədiyim, çox təəssüf ki, cavabını ala bilməyəcəyim o qədər suallarım var. Bu sualların cavablarını özünlə apardın. Mən isə heç vaxt ala bilməyəcəyim bu cavablarla ömrümün sonuna qədər yaşamalı olacağam.Məkanın cənnət olsun. Səni heç vaxt unutmadım, unutmayacağam”, – deyə aktrisa qeyd edib.Qeyd edək ki, Ağakişi Kazımov 8 oktyabr 2021-ci ildə 85 yaşında vəfat edib....
08 Oktyabr 2026, 09:21