Kardioloqdan ürək xəstəlikləri ilə bağlı xəbərdarlıq: Bu simptomları gözardı etməyin
Tibb 23 Oktyabr 2026, 09:30
431
Bəzi sağlamlıq problemləri ilkin mərhələdə zəif əlamətlərlə özünü göstərsə də, müəyyən simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə döş qəfəsində sıxıcı və təzyiq hissi yaradan ağrılar, fiziki fəaliyyət zamanı təngnəfəslik, adi işlərdən sonra həddindən artıq yorğunluq, başgicəllənmə və bayılma diqqətdən kənarda qalmamalıdır. İnsanlar bəzən bu əlamətləri yorğunluq, stress və ya yuxusuzluqla əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki belə şikayətlər bəzi hallarda ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər.
Kardioloq Natavan İsmayılova Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə baş verən dəyişikliklərə, xüsusilə əvvəllər müşahidə edilməyən və təkrarlanan əlamətlərə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, döş qəfəsində sıxıcı və təzyiqedici ağrılar, fiziki aktivlik zamanı nəfəs darlığı, tez yorulma, başgicəllənmə və bayılma kimi hallar baş verdikdə həkimə müraciəti təxirə salmaq olmaz. Həkim qeyd edib ki, fiziki fəaliyyət zamanı orqanizmin reaksiyasının dəyişməsi xüsusi diqqət tələb edir. İnsan əvvəllər rahatlıqla qalxdığı pilləkənlərdə və ya yoxuşda indi daha tez yorulur, nəfəsi çatmır və döş qəfəsində narahatlıq hiss edirsə, bu dəyişikliklərin səbəbi araşdırılmalıdır. Belə simptomlar ürək və ağciyərlə bağlı problemlərdən qaynaqlana bilər, lakin yalnız əlamətlərə əsaslanaraq konkret diaqnoz qoymaq mümkün deyil. Dəqiq səbəbi müəyyənləşdirmək üçün tibbi müayinə aparılmalıdır.
N.İsmayılova vurğulayıb ki, döş qəfəsində sıxıcı, təzyiqedici və ya ağırlıq hissi yaradan ağrılar xüsusilə ciddi qəbul edilməlidir. Bəzi hallarda belə ağrılar ürək əzələsinə kifayət qədər qan və oksigen çatmaması ilə əlaqəli ola bilər. Ağrı fiziki gərginlik zamanı başlayırsa, istirahətlə azalırsa və ya təkrar-təkrar meydana çıxırsa, bu barədə həkimə mütləq məlumat verilməlidir. Ağrının qola, çiyinə, kürəyə, boyuna və ya çənəyə yayılması, soyuq tər, ürəkbulanma və təngnəfəslikla müşayiət olunması isə təhlükəli vəziyyətin əlaməti ola bilər.
Kardioloqun sözlərinə görə, belə hallarda ağrının mütləq güclü olmasını gözləmək düzgün deyil. Ürək-damar xəstəlikləri hər insanda eyni şəkildə özünü göstərmir. Bəzi şəxslərdə əsas əlamət döş qəfəsində ağrı olduğu halda, digərlərində nəfəs darlığı, qəfil zəiflik, soyuq tər və ya qeyri-adi yorğunluq daha qabarıq görünə bilər. Xüsusilə yaşlı insanlarda, şəkərli diabeti olan şəxslərdə və ürək-damar xəstəlikləri riski yüksək olan insanlarda əlamətlər fərqli şəkildə ortaya çıxa bilər.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hamiləlik zamanı genetik analizlər nə vaxt aparılmalıdır? Genetik izah etdi
Hamiləlik dövründə dölün sağlamlığının qiymətləndirilməsi, mümkün xromosom anomaliyalarının vaxtında müəyyənləşdirilməsi və gələcək valideynlərin məlumatlandırılması üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Müasir tibbdə ultrasəs müayinəsi ilə yanaşı, ikili, üçlü və dördlü skrininq testləri, eləcə də son illərdə geniş yayılan qeyri-invaziv prenatal testlər xüsusi əhəmiyyət daşıyır. Bu müayinələr hamiləliyin müxtəlif mərhələlərində dölün inkişafı və müəyyən genetik pozuntuların ehtimalı barədə məlumat əldə etməyə imkan verir.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı genetik analizlərin aparılması mümkündür və müayinənin növü hamiləliyin müddətinə, tibbi göstərişlərə və qiymətləndirilməli olan risklərə uyğun seçilməlidir. Onun sözlərinə görə, bu prosesdə ultrasəs müayinəsi mühüm rol oynayır, çünki dölün inkişaf...
23 Oktyabr 2026, 08:30
50 yaşdan sonra qadınlar bu xəstəliklərə qarşı diqqətli olmalıdır
Onkoloji xəstəliklər bu gün dünyada ən ciddi sağlamlıq problemlərindən biri kimi qalmaqdadır. Xüsusilə 50 yaşdan sonra qadınlarda bu xəstəliklərə daha tez-tez rast gəlindiyi mütəxəssislər tərəfindən qeyd olunur. Bu yaş dövrü qadın orqanizmində həm hormonal, həm də fizioloji dəyişikliklərin baş verdiyi mərhələ hesab edilir və məhz bu səbəbdən müntəzəm tibbi müayinələrin əhəmiyyəti daha da artır. Bəs 50 yaşdan sonra qadınlarda onkoloji xəstəliklərin çoxalmasının səbəbləri nələrdir?Ginekoloq Mehriban Musayeva mövzu ilə bağlı Citypost.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib. O bildirib ki, onkoloji xəstəliklərin yaranmasında bir neçə səbəb qrupu mövcuddur və bunlar yaşla birlikdə daha qabarıq şəkildə özünü göstərə bilir. Həkimin sözlərinə görə, bu...
22 Oktyabr 2026, 11:00
Böyrək daşı niyə dözülməz ağrı yaradır? – Uroloq açıqladı
Böyrək daşı xəstəliyi son illər həm Azərbaycanda, həm də dünyada ən çox rast gəlinən urolojı problemlərdən biridir. Bu xəstəliklə üzləşən insanların çoxu qəfil başlayan şiddətli ağrıdan şikayətlənir və çox vaxt ağrının səbəbini düzgün anlamır. Daşların hansı növlərdən ibarət olması, hansı hallarda əməliyyat tələb etməsi və böyrək ağrısının nə üçün bu qədər şiddətli olması isə həm xəstələri, həm də onların yaxınlarını maraqlandıran əsas suallar sırasındadır.Uroloq-androloq Bəxtiyar Hüseynov mövzu ilə bağlı Citypost.az-a açıqlamasında böyrək daşlarının növləri, müalicə üsulları və ağrının mahiyyəti barədə məlumat verib. O bildirib ki, dünyada böyrək daşlarının çoxlu çeşidi mövcuddur. Lakin Azərbaycan bölgəsində qidalanma rejiminin daha çox ətli qidalara...
22 Oktyabr 2026, 10:00
Şirniyyat istəyinin səbəbləri açıqlandı: Dietoloqdan xəbərdarlıq
Şirniyyat istəyi çoxlarının gündəlik həyatda üzləşdiyi problemlərdən biridir. Bəziləri bunu sadəcə xarakter zəifliyi və ya vərdiş kimi qiymətləndirsə də, mütəxəssislər bildirir ki, davamlı və güclü şirniyyat istəyinin arxasında orqanizmdəki müəyyən çatışmazlıqlar, hormonal dəyişikliklər və hətta metabolik pozuntular dayana bilər. Eyni zamanda diyabet xəstələri və kilo nəzarəti ilə məşğul olan insanlar arasında “diyetik şirniyyatlar” adlanan məhsulların nə dərəcədə təhlükəsiz olması da tez-tez müzakirə mövzusuna çevrilir.Dietoloq Şəfa Yadigarlı mövzu ilə bağlı Citypost.az-a açıqlamasında diyetik şirniyyatların təhlükəsizliyi və şirniyyat istəyinin səbəbləri barədə məlumat verib. O bildirib ki, satışda olan diyetik şirniyyatların tərkibinə 100 faiz zəmanət vermək mümkün olmaya bilər. Mütəxəssisin sözlərinə görə, bu...
22 Oktyabr 2026, 09:00
Çobanyastığı çayı sistitə qarşı faydalıdırmı? – Uroloqdan açıqlama
Sistit sidik kisəsinin iltihabı ilə xarakterizə olunan və xüsusilə qadınlar arasında geniş yayılan sağlamlıq problemlərindən biridir. Tez-tez sidiyə getmə, sidik ifrazı zamanı yanma və ağrı, qarının aşağı hissəsində narahatlıq kimi əlamətlərlə müşahidə olunan bu xəstəlik gündəlik həyat keyfiyyətinə də ciddi təsir göstərə bilər. Sistitdən əziyyət çəkən bəzi insanlar müalicəyə əlavə olaraq müxtəlif bitki çaylarından istifadə etməyə üstünlük verirlər. Bu baxımdan çobanyastığı çayı da tez-tez gündəmə gələn təbii vasitələrdən biridir.Androloq-uroloq Bəxtiyar Hüseynov Citypost.az saytına açıqlamasında çobanyastığı çayının istifadəsi, onun qəbul qaydaları və sistitlə bağlı mümkün faydaları barədə danışıb.Həkimin sözlərinə görə, xüsusilə xroniki sistitdən əziyyət çəkən şəxslər arasında bitki çaylarından istifadə geniş...
21 Oktyabr 2026, 11:00
Su pəhrizi ilə arıqlamaq istəyənlərə xəbərdarlıq: Uzunmüddətli aclıq hansı fəsadlara səbəb ola bilər?
Son illərdə artıq çəkidən qurtulmaq istəyən insanlar arasında müxtəlif pəhriz üsullarına maraq artıb. Bu üsullardan biri də müəyyən müddət ərzində yalnız su qəbul etməyə əsaslanan su pəhrizidir. Bəzi insanlar bu üsulun qısa müddətdə çəki azalmasına və orqanizmin təmizlənməsinə kömək etdiyini düşünürlər. Lakin uzun müddət qidasız qalmaq, zülal və digər vacib qida maddələrini kifayət qədər qəbul etməmək sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə arıqlamaq məqsədilə belə pəhrizlərə başlayan şəxslərin orqanizmin ehtiyaclarını və mümkün fəsadları nəzərə almaları vacibdir.Dietoloq Şəfa Yadigarlı Citypost.az saytına açıqlamasında su pəhrizinin xüsusiyyətləri, bu üsula başlamazdan əvvəl diqqət yetirilməli məqamlar və uzunmüddətli məhdud qidalanmanın orqanizmə təsirləri barədə danışıb....
21 Oktyabr 2026, 10:00