Bizə yazın

Baku

-°C

USD

-

Xalq artistindən ürəkdağlayan paylaşım: “Sənsiz mənə çox çətindir”

Sənət aləmi 16 Oktyabr 2026, 09:02

495

Xalq artisti , teatr və kino aktyoru Məzahir Süleymanov mərhum həyat yoldaşını belə yad etdi: “Sənsiz mənə çox çətindir”

Citypost.az xəbər verir ki, Xalq artisti Məzahir Süleymanov ötən aylarda vəfat edən həyat yoldaşı ilə fotosunu sosial şəbəkə hesabında paylaşıb.

Sənətçi paylaşımında həyat yoldaşının yoxluğunun onun üçün nə qədər ağır olduğunu ifadə edən kövrək sözlər yazıb.

“Yanımda necə də yerin görünür. Sənsiz mənə çox çətindir”, – deyə Məzahir Süleymanov qeyd edib.

Turan 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zaur Rzayevin vəziyyəti ağırdır

Zaur Rzayevin səhhəti yenidən pisləşib.Citypost.az axşam.az-a istinadla xəbər verir ki, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.Xalq artistinin ailəsi onun reanimasiyaya yerləşdirildiyini bildirib: “İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda müalicəsi davam edir”. pizza hutZ.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilmişdi. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib....

14 Oktyabr 2026, 17:27

Rafael Tağızadə: “Alim Qasımovun səsində bütöv bir xalqın ruhu yaşayır”

İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rəfail Tağızadə dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımovun yaradıcılığı və Azərbaycan muğam sənətindəki xidmətləri barədə yazıb.Citypost.az xəbər verir ki, Rəfail Tağızadə qeyd edib ki, bəzən bir insanın səsində bütöv bir xalqın ruhu yaşayır. Onun fikrincə, Alim Qasımov məhz belə sənətkarlardandır.“Onun səsi sadəcə muğam oxumur — Azərbaycan torpağının yaddaşını, sevincini, kədərini və sonsuz mənəvi zənginliyini dünyaya çatdırır”, – deyə o bildirib.Rəfail Tağızadənin sözlərinə görə, Alim Qasımovun sənətinin əsas gücü onun muğama gətirdiyi bənzərsiz nəfəsdədir. Xanəndə muğamın əsrlərdən gələn ruhunu qorumaqla yanaşı, bu sənəti müasir dinləyiciyə də sevdirə bilib.Qeyd olunub ki, Alim...

08 Oktyabr 2026, 09:33

“Bu sualların cavablarını özünlə apardın...” – Mehriban Abdullayevadan duyğusal paylaşım

Əməkdar artist, tanınmış aktrisa Mehriban Abdullayeva mərhum həyat yoldaşı, rejissor, Xalq artisti Ağakişi Kazımovun vəfatının ildönümü ilə bağlı duyğusal paylaşım edib.Citypost.az xəbər verir ki, Mehriban Abdullayeva paylaşımında illərin sürətlə keçdiyini vurğulayaraq, həyat yoldaşına ünvanladığı kövrək sözləri bölüşüb.“İllər çox sürətlə keçir. 5 il...Səninlə bağlı soruşmaq istədiyim, çox təəssüf ki, cavabını ala bilməyəcəyim o qədər suallarım var. Bu sualların cavablarını özünlə apardın. Mən isə heç vaxt ala bilməyəcəyim bu cavablarla ömrümün sonuna qədər yaşamalı olacağam.Məkanın cənnət olsun. Səni heç vaxt unutmadım, unutmayacağam”, – deyə aktrisa qeyd edib.Qeyd edək ki, Ağakişi Kazımov 8 oktyabr 2021-ci ildə 85 yaşında vəfat edib....

08 Oktyabr 2026, 09:21

Xəstəliyini hamıdan gizlətdi, meyiti iki gün morqda qaldı — Məşhur MÜĞƏNNİNİN HƏYATI 

Həkimlər “daha ümid yoxdur” deyəndə, dostları onun vərəm xəstəsi olduğunu ilk dəfə eşidir. Hüseynağa Hadıyevin Cəfər Cabbarlı ilə qohum olduğunu bilirdinizmi?Onun anası Törə xanım Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı idi.Yəni Hüseynağa Hadıyev Cəfər Cabbarlının qardaşı nəvəsi idi.1946-cı ildə Bakıda dünyaya gələn Hüseynağa Hadıyev musiqi təhsili almasa da, güclü musiqi duyumu və özünəməxsus səs tembri ilə seçilirdi.Musiqi ilə “Pionerlər evi”ndəki qarmon dərnəyində məşğul olmağa başlamışdı.Sonralar dostu, bəstəkar Rizvan Ələsgərovun təşəbbüsü ilə “Dan ulduzu” ansamblına qoşuldu.Hüseynağa Hadıyev qısa müddətdə ansamblın aparıcı solistlərindən birinə çevrildi. Özünəməxsus ifa tərzi və səsi ilə dinləyicilərin sevgisini qazandı. “Gecələr bulaq başı”, “Bu gecə”, “Mənim dünyam” kimi...

07 Oktyabr 2026, 13:35

Səhnədən millətin yaddaşına

Səhnədən millətin yaddaşına: Xalq artisti Nurəddin MehdiXanlının 70 illik yubileyinəBəzi sənətkarların, ziyalıların və düşüncə adamlarının doğum günü təqvimdə sadəcə bir tarix kimi qeyd edilməməlidir. Çünki, onların ömür yolu bütöv bir dövrün mənəvi yaddaşına çevrilir. Onların adı çəkiləndə yalnız oynadıqları rollar yada düşmür. Səsi, duruşu, danışığı, həyata və Vətənə münasibəti də həmin adın ayrılmaz hissəsinə çevrilir. Azərbaycan teatrının və milli mədəniyyətimizin belə simalarından biri də tanınmış ziyalımız, dəyərli Xalq artistimiz Nurəddin Mehdixanlıdır.6 oktyabr 1956-cı ildə Cəlilabad rayonunun Tahirli kəndində dünyaya gələn Nurəddin Mehdixanlı 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1978-ci ildə böyük rejissor Ədil...

06 Oktyabr 2026, 12:27

Qulu Məhərrəmli Xəyyam Mirzəzadəni yad edib: “Qüdrətli sənətkarımız”

BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Xəyyam Mirzəzadəni doğum günü münasibətilə yad edib.Citypost.az xəbər verir ki, Q.Məhərrəmli bildirib ki, geniş auditoriya Xəyyam Mirzəzadəni daha çox “Yeddi oğul istərəm” filminin bəstəkarı kimi tanısa da, sənətkar çoxsaylı simfonik əsərlərin, süitaların, balet və mahnıların müəllifidir.“Azərbaycanın görkəmli bəstəkarı, uzun müddət Konservatoriyanın kompozisiya kafedrasının müdiri, professor, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatıdır”, – deyə professor qeyd edib.Onun sözlərinə görə, “Yeddi oğul istərəm” filmi ilə yanaşı, “Bakıda küləklər əsir”, “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Arxada qalmış gələcək” kimi filmlərin də musiqisi Xəyyam Mirzəzadəyə məxsusdur.Q.Məhərrəmli qeyd edib ki, bəstəkar...

06 Oktyabr 2026, 10:00