Bizə yazın

Baku

-°C

USD

-

Kırımda Nuriyyə Hüseynova Türk dünyasının sənət kraliçası adlandırıldı

Sənət aləmi 26 May 2026, 11:56

935

Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar artist Nuriyyə Hüseynova Krım Xəbər Agentliyinə müsahibə verib. O, sənət yolu, muğamın beynəlxalq səhnədəki yeri və türk dünyasının ortaq mədəni irsi barədə fikirlərini bölüşüb.

Sənətçi Ordubad rayonunun Dırnıs kəndində böyüdüyünü, ailəsində musiqiyə xüsusi önəm verildiyini bildirib. O qeyd edib ki, anası klassik Azərbaycan musiqilərini ifa edir, babası isə tardan istifadə edirdi: “Musiqiyə və muğama sevgim uşaqlıq illərimdən başlayıb.”

Nuriyyə Hüseynova uşaqlıq xatirələrindən danışaraq Sovet dövründə babası ilə birlikdə gizlicə “Türkiyənin Səsi” radiosunu dinlədiklərini bildirib. Onun sözlərinə görə, bu mühit onun musiqi dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb.

Sənətçi daha sonra yaradıcılıq yolundan bəhs edərək festivalda qazandığı uğurdan sonra Bakıya gəldiyini, peşəkar sənət mühitində fəaliyyətini davam etdirdiyini qeyd edib. O, 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun “Dədə Qorqud” ansamblına rəhbərlik etdiyini vurğulayıb.

Nuriyyə Hüseynova UNESCO və TÜRKSOY-un dəstəyi ilə bir çox ölkədə konsert proqramları ilə çıxış etdiyini bildirib. O, ABŞ, Fransa, Almaniya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdə muğamın universal musiqi dili kimi qəbul olunduğunu qeyd edib.

Sənətçi türk dünyasının ortaq musiqi irsindən danışaraq Azərbaycan, Krım, Kərkük, Qazaxıstan, Özbəkistan və digər xalqların musiqisinin böyük bir mədəni ailənin parçası olduğunu vurğulayıb.

Nuriyyə Hüseynova sonda gənc sənətçilərə tövsiyə verərək bildirib ki, əsl sənət yalnız texnika deyil, həm də milli dəyərlərə bağlılıq və mənəvi məsuliyyətdir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əməkdar artist Sahib Paşazadə Özbəkistanda mükafatlandırılıb 

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tanınmış tarzən, Özbəkistanın mədəniyyət səfiri Sahib Paşazadə Özbəkistan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Ziyoli Avlod” Mədəniyyət və Təhsil Mərkəzi tərəfindən təltif edilib.Muğam Mərkəzindən Citypost.az-a bildirilib ki, Əməkdar artist bu təltifə Özbəkistanla mədəni və təhsil sahəsində göstərdiyi xidmətlərə görə layiq görülüb.Mərkəzin direktoru Ənvər Xojinazarov tarzənə “Ziyali Avlod - Millat İftixorı” medalını təqdim edib. Mükafatlandırma mərasimində hər iki mərkəzin rəhbərləri gələcəkdə daha sıx əməkdaşlıq etmək və birgə memorandum imzalamaq barədə razılığa gəliblər.Sahib Paşazadə öz növbəsində sənətinə və xidmətlərinə göstərilən diqqətə görə mərkəzin rəhbərliyinə təşəkkür edərək Ənvər Xojinazarovu Azərbaycana səfərə və Beynəlxalq Muğam Mərkəzini ziyarətə dəvət edib....

25 May 2026, 17:28

Sumqayıt Teatrından uşaqlara bir iyun sürprizi 

1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Sumqayıt Dövlət Dram Teatrı balaca tamaşaçılar üçün maraqlı səhnə əsəri təqdim edəcək.Teatrdan Citypost.az-a bildirilib ki, yazıçı Kərim Həsənovun “Sehrli yaylıq” əsəri əsasında hazırlanan eyniadlı birhissəli uşaq tamaşası teatrsevərlərin ixtiyarına veriləcək.Nağıl-fantastika janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Zaur Rəşidov, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti isə Fazilə Rzayevadır.Səhnə əsərində balaca Eldarın başına gələn maraqlı və düşündürücü hadisələrdən bəhs olunur. Tamaşa vasitəsilə uşaqlara faydalı işlərlə məşğul olmaq, mobil telefondan və sosial şəbəkələrdən asılılığın zərərlərini anlamaq, dərslərə məsuliyyətlə yanaşmaq, ailəyə, dövlətə və cəmiyyətə yararlı vətəndaş kimi formalaşmaq kimi mühüm...

25 May 2026, 17:13

Əməkdar artist mükafata layiq görüldü

Əməkdar artist Münəvvər Əliyeva bu gün yubiley yaşını qeyd edir.Citypost.az xəbər verir ki, Bu münasibətlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sənətçiyə “Yubiley” mükafatı təqdim olunub.Tədbirdə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov yubilyarı təbrik edərək ona cansağlığı və yeni sənət uğurları arzulayıb.Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxış edərək Münəvvər Əliyevanın Azərbaycan teatr sənətində yaratdığı obrazlar qalereyasının xüsusi yer tutduğunu bildirib. O, aktrisaya gələcək fəaliyyətində uğurlar arzulayıb.Tədbirin sonunda yubilyara Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl gül” mükafatı təqdim olunub.Məlumat üçün bildirək ki, Münəvvər Sabir qızı Əliyeva 25 may 1971-cı ildə Sumqayıt şəhərində anadan olub.O,...

25 May 2026, 09:00

Bəstəkar Elnar Məmmədovun xatirəsi anılıb 

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnar Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.Azərbaycan Bəstəkarlar İttifaqından Citypost.az-a verilən məlumata görə, tədbirdə İttifaqın sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə Elnar Məmmədovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, onun zəngin yaradıcılıq yolundan və musiqi irsimizə verdiyi töhfələrdən bəhs edib.Tədbirdə çıxış edən natiqlər Elnar Məmmədovun sənət dünyası və şəxsiyyəti ilə bağlı fikirlərini bölüşüblər.Konsertin proqramında Elnar Məmmədovun və digər görkəmli bəstəkarların əsərləri səsləndirilib....

22 May 2026, 17:43

Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub

Mayın 21-də Heydər Əliyev Mərkəzində perulu rəssam Ronald Kompanokanın fərdi sərgisinin açılışı olub.Citypost.az xəbər verir ki, sərginin açılış mərasimində Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, tanınmış incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər."Yuxular teatrı" ("The Theater of Dreams") adlı sərgidə müəllifin bir sıra əsərləri ilk dəfə ictimaiyyətə təqdim olunub.Açılış mərasimindən əvvəl jurnalistlərə açıqlama verən Ronald Kompanoka bildirib ki, bu hadisə onun üçün böyük əhəmiyyət daşıyır və sərginin Avropanın mühüm mədəniyyət mərkəzlərindən birində keçirilməsi xüsusi önəm kəsb edir. Rəssam qeyd edib ki, layihəni digər sərgilərdən fərqləndirən əsas cəhət onun yalnız ənənəvi təqdimat formatı ilə məhdudlaşmaması, müxtəlif mədəni yanaşmaları...

22 May 2026, 08:11

Berlində Azərbaycan və Qərb musiqisinin sintezindən ibarət konsert proqramı təqdim edilib 

Berlində Azərbaycanın və Avropanın musiqi ənənələrini bir araya gətirən “Bir arzum vardı” (I Had A Dream) adlı konsert proqramı təqdim olunub.AZƏRTAC xəbər verir ki, Almaniyada yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı musiqiçi Tural İsmayılovun rəhbərlik etdiyi “Anima Şirvani” ansamblının və “Oltremontano Antverpen” ansamblının ifasında qədim Avropa musiqisi ilə Şərq musiqi ənənələrinin sintezindən ibarət konserti Almaniyada yaşayan soydaşlarımız, eləcə də yerli musiqisevərlər izləyiblər.Proqrama görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Şur” simfonik muğamı, ingilis Renessans bəstəkarı Con Doulendın “Yeddi göz yaşı” kompozisiyası və dahi şairimiz Məhəmməd Füzulinin poeziyasından seçilmiş nümunələr daxil edilib. Konsertin əsas ideyası Məhəmməd Füzuli və Con Daulend yaradıcılığında sevginin həm...

18 May 2026, 17:07