Şirbalanın Nazlısının faciəvi həyatı
Sənət aləmi 04 Sentyabr 2026, 13:57
3255
Əslən Şuşadan olan Lütfiyyə Şamil qızı Səfərova 1942- ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Ailənin tək övladı olub. Atasını çox tez itirib. Mətbəədə işləyən anasına dayaq olmaq üçün Lütfiyyə xanımın qayğısını bibisi çəkib.
***
Lütfiyyə Səfərova əvvəlcə Asəf Zeynallı adına musiqi kollecinin vokal şöbəsində, sonra isə Xarici Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alıb. Sonralar Lütfiyyə Səfərovanın teatra olan həvəsi onun taleyini ömürlük Musiqili Komediya Teatrına bağlayıb.
Aktrisanın sənət kariyerası hələ 2-ci kursda oxuyarkən “Səndən mənə yar olmaz” musiqili komediyada oynadığı Təranə obrazı ilə başlayıb. Rəngarəng rollarla düz 44 il səhnəyə çıxıb. Son illərdə də maraqlı rolları ilə yadda qalıb. 2004-2005-ci illərdə “Volqalı canan”, “92 dəqiqə gülüş”, “Bankir adaxlı”, “Talelər qovuşanda” tamaşalarında rol alıb.
***
Aktrisa bir qədər gec ailə qurub. Teatrda işləyən Rasim Dadaşzadə adlı şəxslə ailə quran aktrisanın Azər və Samir adlı iki oğlu dünyaya gəlib. Lütfiyyə xanım Samiri həmişə özü ilə qastrollara aparırmış. Bir müddət sonra aktrisa həyat yoldaşı ilə yollarını ayırır, övladlarını təkbaşına böyüdür. Rasim Dadaşzadə ondan sonra iki dəfə evlənir. Boşanmalarına baxmayaraq, Lütfiyyə xanım keçmiş qayınanası ilə qayınatasının qeydinə qalırmış.
***
Opera səsinə malik olması da aktirisanın tez bir zamanda şöhrət qazanmasına səbəb olub. 60-cı illərin əvvəllərində Musiqili Komediya Teatrında vokalçı aktirisalar azlıq təşkil edirdi. Məhz belə bir zamanda Lütfiyyə Səfərovanın teatra gəlişi truppanın gücləməsinə səbəb oldu.
Musiqili Komediya Teatrında “Məşədi İbad”da Gülnaz, “Gözün aydın”da Leyla, “Özmüz bilərik”də Lalə, “Ev bizim, sirr bizim”də Çiçək, “Ulduz”da Ulduz, “Sevindik qız axtarır”da Nazik, “Qaynana”da Afət, “Nənəmin şahlıq quşu”nda Nazlı, “Məmmədəli kurorta gedir”də Xurşud, “Arşın mal alan”da Asya, “Milyonçunun dilənçi oğlu”nda qonşu qız, “Olmadı elə, oldu belə”də Gülnar obrazları ilə tamaşaçıların rəğbətini qazanıb.
1965- ci ildə isə o, Kreml Teatrı tərəfindən dəvət alsa da, ölkəsini və yaxınlarını atıb getməyə ürək etmir. Lakin, sonralar ona qarşı olan diqqətsizliyə dözməyib deyir: “İncinin qiymətini zamanında verməkdə acizlik göstərdilər”.
***
Sənət dostları deyir ki, Lütfiyyə xanım ömrünün sonuna qədər ümidlə nə vaxtsa ona da fəxri ad verəcəkləri günü gözləyib. Şan-şöhrət naminə yox, qədir-qiymət üçün istəyib bu adı. Çox təəssüf ki, aktirisa haqqı olan qiyməti ala bilməyib.
“Şirbalanın ilk məhəbbəti” adlı tamaşada Nazlı obrazı ilə yadda qalan Lütfiyyə Səfərova birotaqlı mənzildə oğlu, qızı və gəlini ilə birgə yaşayıb. O, 65 yaşı tamam olarkən verdiyi müsahibəsində deyir:
“65 yaşım tamam olacaq. Hələ heç bir fəxri adla təltif olunmamışam. Heç prezident təqaüdü də almıram. Bu gün-sabah həyatdan köçəcəm, hələ də mənimlə maraqlanan yoxdur. Aldığım maaşı ancaq dərmanlarım üçün xərcləyirəm. Hərdən teatra getmək üçün yolpulu ehtiyacım yaranır. Sıxıntılarımı evdə gizlətməyə çalışıram. Çünki ailə üzvlərimin də qazancı ürəkaçan deyil”.
***
Aktrisaya qarşı diqqətsizlik o həddə çatıb ki, 44 illik səhnə fəaliyyətindən sonra ömrünün ahıl çağlarında vaxtilə canını fəda etdiyi teatrın qardirobunda işləməli olub. Bir müddət sonra Lütfiyyə Səfərova tamamilə teatrdan və səhnədən uzaqlaşıb, evinə qapanıb.
Lakin elə səhnədən ayrıldığı gündən, aldığı psixoloji zərbənin təsirindən yatağa düşür. Ömrünün son 3 ayında onun yanında Emeliya Xələfbəyova adlı qohumundan başqa kimsə olmayıb. Lütfiyyə Səfərovanın əsəblərinin pozulmasının digər səbəbləri isə şəxsi həyatındakı uğursuzluqlarla bağlı idi. Oğlanlarının hər ikisinin ailələrinin dağılması, böyük oğlunun ölkə xaricinə köçməsi və orda əcnəbi qadınla evlənməsi Lütfiyyə xanımın xiffətini artırır.
***
Emeliya xanım deyir ki, aktrisa yatağa düşəndən sonra tamamilə unuduldu: “Son günlərində o, artıq yaddaşını itirmişdi. Lütfiyyənin səmimi dost münasibəti göstərdiyi, qayğısına qaldığı sənət yoldaşları da onu yada salmadılar. O, boyda teatr kollektivindən yalnız hərdənbir Atabala Səfərov, Kubra Əliyeva, Novruz Qartal, Hacıbaba Bağırovun yoldaşı Arzu xanım onu yoxlamağa gəlirdilər”.
Uzun sürən xəstəlikdən sonra aktrisa 2010-cu il martın 1-də 68 yaşında dünyasını dəyişir. Onun dəfn mərasiminə nazirlikdən, teatrın məsul şəxslərindən heç kim gəlmir. Ölümü heç kimi maraqlandırmır. Dəfn üçün yer belə verilmir. Aktrisa anası ilə bir qəbirdə dəfn olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rafael Tağızadə: “Alim Qasımovun səsində bütöv bir xalqın ruhu yaşayır”
İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rəfail Tağızadə dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımovun yaradıcılığı və Azərbaycan muğam sənətindəki xidmətləri barədə yazıb.Citypost.az xəbər verir ki, Rəfail Tağızadə qeyd edib ki, bəzən bir insanın səsində bütöv bir xalqın ruhu yaşayır. Onun fikrincə, Alim Qasımov məhz belə sənətkarlardandır.“Onun səsi sadəcə muğam oxumur — Azərbaycan torpağının yaddaşını, sevincini, kədərini və sonsuz mənəvi zənginliyini dünyaya çatdırır”, – deyə o bildirib.Rəfail Tağızadənin sözlərinə görə, Alim Qasımovun sənətinin əsas gücü onun muğama gətirdiyi bənzərsiz nəfəsdədir. Xanəndə muğamın əsrlərdən gələn ruhunu qorumaqla yanaşı, bu sənəti müasir dinləyiciyə də sevdirə bilib.Qeyd olunub ki, Alim...
08 Oktyabr 2026, 09:33
“Bu sualların cavablarını özünlə apardın...” – Mehriban Abdullayevadan duyğusal paylaşım
Əməkdar artist, tanınmış aktrisa Mehriban Abdullayeva mərhum həyat yoldaşı, rejissor, Xalq artisti Ağakişi Kazımovun vəfatının ildönümü ilə bağlı duyğusal paylaşım edib.Citypost.az xəbər verir ki, Mehriban Abdullayeva paylaşımında illərin sürətlə keçdiyini vurğulayaraq, həyat yoldaşına ünvanladığı kövrək sözləri bölüşüb.“İllər çox sürətlə keçir. 5 il...Səninlə bağlı soruşmaq istədiyim, çox təəssüf ki, cavabını ala bilməyəcəyim o qədər suallarım var. Bu sualların cavablarını özünlə apardın. Mən isə heç vaxt ala bilməyəcəyim bu cavablarla ömrümün sonuna qədər yaşamalı olacağam.Məkanın cənnət olsun. Səni heç vaxt unutmadım, unutmayacağam”, – deyə aktrisa qeyd edib.Qeyd edək ki, Ağakişi Kazımov 8 oktyabr 2021-ci ildə 85 yaşında vəfat edib....
08 Oktyabr 2026, 09:21
Xəstəliyini hamıdan gizlətdi, meyiti iki gün morqda qaldı — Məşhur MÜĞƏNNİNİN HƏYATI
Həkimlər “daha ümid yoxdur” deyəndə, dostları onun vərəm xəstəsi olduğunu ilk dəfə eşidir. Hüseynağa Hadıyevin Cəfər Cabbarlı ilə qohum olduğunu bilirdinizmi?Onun anası Törə xanım Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı idi.Yəni Hüseynağa Hadıyev Cəfər Cabbarlının qardaşı nəvəsi idi.1946-cı ildə Bakıda dünyaya gələn Hüseynağa Hadıyev musiqi təhsili almasa da, güclü musiqi duyumu və özünəməxsus səs tembri ilə seçilirdi.Musiqi ilə “Pionerlər evi”ndəki qarmon dərnəyində məşğul olmağa başlamışdı.Sonralar dostu, bəstəkar Rizvan Ələsgərovun təşəbbüsü ilə “Dan ulduzu” ansamblına qoşuldu.Hüseynağa Hadıyev qısa müddətdə ansamblın aparıcı solistlərindən birinə çevrildi. Özünəməxsus ifa tərzi və səsi ilə dinləyicilərin sevgisini qazandı. “Gecələr bulaq başı”, “Bu gecə”, “Mənim dünyam” kimi...
07 Oktyabr 2026, 13:35
Səhnədən millətin yaddaşına
Səhnədən millətin yaddaşına: Xalq artisti Nurəddin MehdiXanlının 70 illik yubileyinəBəzi sənətkarların, ziyalıların və düşüncə adamlarının doğum günü təqvimdə sadəcə bir tarix kimi qeyd edilməməlidir. Çünki, onların ömür yolu bütöv bir dövrün mənəvi yaddaşına çevrilir. Onların adı çəkiləndə yalnız oynadıqları rollar yada düşmür. Səsi, duruşu, danışığı, həyata və Vətənə münasibəti də həmin adın ayrılmaz hissəsinə çevrilir. Azərbaycan teatrının və milli mədəniyyətimizin belə simalarından biri də tanınmış ziyalımız, dəyərli Xalq artistimiz Nurəddin Mehdixanlıdır.6 oktyabr 1956-cı ildə Cəlilabad rayonunun Tahirli kəndində dünyaya gələn Nurəddin Mehdixanlı 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1978-ci ildə böyük rejissor Ədil...
06 Oktyabr 2026, 12:27
Qulu Məhərrəmli Xəyyam Mirzəzadəni yad edib: “Qüdrətli sənətkarımız”
BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Xəyyam Mirzəzadəni doğum günü münasibətilə yad edib.Citypost.az xəbər verir ki, Q.Məhərrəmli bildirib ki, geniş auditoriya Xəyyam Mirzəzadəni daha çox “Yeddi oğul istərəm” filminin bəstəkarı kimi tanısa da, sənətkar çoxsaylı simfonik əsərlərin, süitaların, balet və mahnıların müəllifidir.“Azərbaycanın görkəmli bəstəkarı, uzun müddət Konservatoriyanın kompozisiya kafedrasının müdiri, professor, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatıdır”, – deyə professor qeyd edib.Onun sözlərinə görə, “Yeddi oğul istərəm” filmi ilə yanaşı, “Bakıda küləklər əsir”, “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Arxada qalmış gələcək” kimi filmlərin də musiqisi Xəyyam Mirzəzadəyə məxsusdur.Q.Məhərrəmli qeyd edib ki, bəstəkar...
06 Oktyabr 2026, 10:00
Zeynəb Xanlarova ilə görüşən Sevil Nuriyeva: “Çox kövrəldim”
Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb.“Bu gün İstanbulda Türk dünyasının əfsanəvi sənətkarı, hörmətli Zeynəb Xanlarova ilə yenidən görüşməyin sevincini yaşadım. Ona kiçik yaşlarımdan heyranlıq duyuram. İllər keçdi və aramızda ailəvi bir dostluq başladı. O, televiziya verilişlərimin qonağı olurdu, nə vaxt dəvət etsəm, həmişə müsbət cavab verirdi.Tarixi hadisələrin şahidi olmuş, milli kimliyi və yaddaşı özündə təcəssüm etdirən, millət və vətən dəyərlərini uca tutan əfsanəvi bir şəxsiyyət... Uzun söhbətimizdən aldığım ilhamı sözlə ifadə edə bilmirəm. O mənə...
05 Oktyabr 2026, 14:00