Adil İskəndərov – Azərbaycan kinosunun sərt, mərhəmətli atası
Sənət aləmi 05 Sentyabr 2026, 15:55
4106
Sərt, tələbkar, mərhəmətli və xeyirxah Adil İskəndərov.
Onu niyə Azərbaycan kinosunun atası adlandırırlar? 1965-ci ildə kinostudiyanın tərkibində kinoaktyor studiyası açır. 850 namizəddən cəmi 50 nəfəri seçilir. Kursu isə 4 il ərzində cəmi 8 nəfər bitirir. Adil İskəndərov işi elə qurur ki, kinosudiyanın bütün məşhur insanları – rejissorlar, rəssamlar, operatorlar yeni studiyada təhsil alanlara dərs deyirlər. Artıq həmin kinostudiyanın heç bir yetirməsi həyatda deyil, sonuncu yetirməsi Ənvər Həsənov bu il dünyasını dəyişdi.
Adil İskəndərov Azərbaycan filmlərinə başqa ölkələrin aktyorlarının çəkilməsinin əleyhinə çıxırdı. Bir dəfə rejissor Eldar Quliyevə “Qadam, özümüzdə aktyor yoxdur? Teatra getmirsiniz? Gedin, öz aktyorlarımızı seçin”, - demişdi.
Azərbaycanın onlarla aktyor, Xalq artisti onu özünə müəllim, hətta bəziləri mənəvi ata sayır. Bir çoxları “Fəxr edirəm ki, Adil İskəndərovun yetirməsiyəm”, - deyir.
Adil İskəndərov olduqca sərt, tələbkar rəhbər idi. Lakin Azərbaycan kinosunun çiçəklənmə dövrü onun rəhbərliyi dövrünə düşüb.
Şəxsi münasibətlərini kinoya gətirməzdi. Ələsgər Ələkbərovla münasibətləri yaxşı olmasa da, Ələsgər müəllim vəfat edəndə Adil İskəndərov “o böyük sənətkar idi”, - deyə kövrəlmişdi.
Həmçinin oxuyun
Adil İskəndərov kinostudiyada adam döydüyünə görə “xuliqan” adlandırdığı Yusif Vəliyevlə danışmasa da “Nəsimi” filminə məhz onun çəkilməsini istəmişdi. “Axırıncı aşırım”da rolunun Yusif Vəliyev tərəfindən səsləndirilməsini tapşırmışdı.
İştirak etdiyi məclislərdə çox vaxt çay süfrəsinə görə ödənişi özü edərdi. Zəhmli Adil müəllim “Axırıncı aşırım” filmində rejissor Kamil Rüstəmbəyova “qadam, nə qədər ki, film çəkilir, mən aktyoram, sən rejissor”, - deyib ondan rejissor kimi rahat işləməsini istəmişdi.
O, sərt və tələbkar olduğu qədər həm də mərhəmətli, xeyirxah idi. Bir dəfə Xalq artistimiz Həsənağa Salayev bacısı və yeznəsi ilə mübahisə edib, ata evindən gedir. Dostu Adil İskəndərov ona yaşamaq üçün teatrın binasında bir otaq verir. Həsənağa Salayev ailə qurduqdan sonra Adil İskəndərovdan əlavə bir otaq da istəyir və Adil müəllim evsiz qalan aktyora əlavə 1 otaq da ayırır. Həsənağa Salayev uzun illər ailəsi – xanımı və iki oğluyla teatrda yaşayır.
Böyük sənətkarın ruhu şad olsun!🥀🥀🙏
Anar Tağıyev.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Dilarə Əliyevaya vəzifə verildi
Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib.Modern.az olay.az-a istinadən xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub.Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq.
24 Oktyabr 2026, 15:20
Serdar Ortaç azərbaycanlı müğənnilərin ifasını paylaşdı
Serdar Ortaç azərbaycanlı ifaçıların onun mahnısını səsləndirdiyi görüntüləri paylaşıb.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, türkiyəli müğənninin bəstəsini Sevil və Sevinc bacıları, eləcə də Nurlan Təhməzli ifa ediblər.Səfərovalar ona təşəkkür edərək şərh bölməsində bu sözləri yazıblar: pizza mizza“Serdar bəy, çox sağ olun! Bizi çox sevindirdiniz. Allah sizdən razı olsun, bizim dəyərli sənətkarımız!
21 Oktyabr 2026, 18:00
Bakıda "Ovsunlanmış meşə" sərgisi keçiriləcək
Rəssam Kamilə Muradovanın "Ovsunlanmış meşə" sərgisi oktyabrın 22-də "Nine Senses Art Center"də açılacaq.Citypost.az xəbər verir ki, ekspozisiya "Fly to Baku. Art Weekend. Sense the Future NOW" mədəniyyət tədbiri çərçivəsində təşkil olunub.Layihə insan bədəni, təbiət və kollektiv yaddaşın qarşılıqlı əlaqəsinin vizual-fəlsəfi tədqiqatından ibarətdir.Əsərlər seriyasının yaradılması üçün başlanğıc nöqtəsi Şuşadakı köhnə tut bağı olub. Əsrlik ağaclar burada sadəcə təbii landşaftın bir hissəsi deyil, həm də tarixin şahidləri və regionun mədəni yaddaşının qoruyucuları kimi çıxış edir.Rəssamın tədqiqatının mərkəzində ağacın anatomiyası dayanır: köklərin gizli strukturundan tutmuş budaqların, yarpaqların və çiçəklərin zərif cizgilərinə qədər. K.Muradova təbii formalarla insan bədəni arasında bənzərliklər aparır: qabığın fakturası dərini...
20 Oktyabr 2026, 18:19
Xalq artistindən ürəkdağlayan paylaşım: “Sənsiz mənə çox çətindir”
Xalq artisti , teatr və kino aktyoru Məzahir Süleymanov mərhum həyat yoldaşını belə yad etdi: “Sənsiz mənə çox çətindir”Citypost.az xəbər verir ki, Xalq artisti Məzahir Süleymanov ötən aylarda vəfat edən həyat yoldaşı ilə fotosunu sosial şəbəkə hesabında paylaşıb.Sənətçi paylaşımında həyat yoldaşının yoxluğunun onun üçün nə qədər ağır olduğunu ifadə edən kövrək sözlər yazıb.“Yanımda necə də yerin görünür. Sənsiz mənə çox çətindir”, – deyə Məzahir Süleymanov qeyd edib.Turan ...
16 Oktyabr 2026, 09:02
Zaur Rzayevin vəziyyəti ağırdır
Zaur Rzayevin səhhəti yenidən pisləşib.Citypost.az axşam.az-a istinadla xəbər verir ki, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.Xalq artistinin ailəsi onun reanimasiyaya yerləşdirildiyini bildirib: “İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda müalicəsi davam edir”. pizza hutZ.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilmişdi. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib....
14 Oktyabr 2026, 17:27
Rafael Tağızadə: “Alim Qasımovun səsində bütöv bir xalqın ruhu yaşayır”
İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rəfail Tağızadə dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımovun yaradıcılığı və Azərbaycan muğam sənətindəki xidmətləri barədə yazıb.Citypost.az xəbər verir ki, Rəfail Tağızadə qeyd edib ki, bəzən bir insanın səsində bütöv bir xalqın ruhu yaşayır. Onun fikrincə, Alim Qasımov məhz belə sənətkarlardandır.“Onun səsi sadəcə muğam oxumur — Azərbaycan torpağının yaddaşını, sevincini, kədərini və sonsuz mənəvi zənginliyini dünyaya çatdırır”, – deyə o bildirib.Rəfail Tağızadənin sözlərinə görə, Alim Qasımovun sənətinin əsas gücü onun muğama gətirdiyi bənzərsiz nəfəsdədir. Xanəndə muğamın əsrlərdən gələn ruhunu qorumaqla yanaşı, bu sənəti müasir dinləyiciyə də sevdirə bilib.Qeyd olunub ki, Alim...
08 Oktyabr 2026, 09:33