Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan və Bruney liderləri bir-birilərini təbrik ediblər 

Siyasət 25 Noyabr 2025, 15:27

5438

Azərbaycan Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu göndərib.

CityPost.az-ın  məlumatına görə, məktubda deyilir:

"Əlahəzrət,

Azərbaycan Respublikası ilə Bruney Darüssalam arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.

Otuz illik dövr ərzində ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli imkanlar açmışdır.

Biz Bruney Darüssalam ilə dövlətlərarası münasibətlərimizi genişləndirmək və əməkdaşlığımızı yeni məzmunla zənginləşdirmək əzmindəyik. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Bruney Darüssalam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim firavanlıq və rifah arzulayıram".

Bruney Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah da öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Bruney Darüssalam ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Son otuz il ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və ortaq dəyərlər əsasında səmimi və möhkəm dostluq münasibətləri formalaşıb. Əminəm ki, bu sıx münasibətlər qarşıdakı illərdə daha da güclənəcəkdir.

Həmçinin ölkələrimizin, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün birlikdə çalışmasını səbirsizliklə gözləyirəm. Bu mühüm qurumlarda birgə səylərimiz xalqlarımızın və daha geniş qlobal birliyin rifahı naminə sülhün, harmoniyanın və davamlı inkişafın daha da möhkəmlənməsinə olan ortaq öhdəliyimizi əks etdirir.

Bu əlamətdar hadisəni qeyd etdiyimiz zaman Allah-taala Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah nəsib etsin.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rövşən Muradov: Qubadlının potensialı ölkənin ümumi tərəqqisinə xidmət edəcək

Qubadlının inkişaf perspektivlərini qiymətləndirərkən bu bölgənin gələcəyini geniş iqtisadi və coğrafi imkanlar kontekstində nəzərdən keçirmək xüsusi əhəmiyyət daşıyır. Həkəri və Bərgüşad çayları hövzəsində yerləşən rayon təbii sərvətləri, kənd təsərrüfatı ənənələri və nəqliyyat əlaqələri baxımından Şərqi Zəngəzurun sosial-iqtisadi sistemində mühüm mövqeyə malikdir. Qubadlı Şəhəri Günü münasibətilə diqqət yetirilməli əsas məsələlərdən biri məhz azad edilmiş torpaqlarda həyatın uzunmüddətli, dayanıqlı və iqtisadi cəhətdən əsaslandırılmış şəkildə təşkili prosesidir.Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Citypost.az saytına açıqlamasında bildirib.Deputatın sözlərinə görə, bu baxımdan Nazirlər Kabinetinin 9 sentyabr 2025-ci ildə təsdiq etdiyi Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan mühüm strateji sənəddir. Şəhərin gələcək məkan...

24 Oktyabr 2026, 14:29

Zahid Oruc: İrəvanın təhlükəsizliyi Bakının qərarlarından asılıdır

Azərbaycan sülhü də müharibə kimi qazanacaq, Şuşa kimi..İrəvanın təhlükəsizliyi üçüncü paytaxtlarda müəyyənləşmir, məhz Bakının qərarı ilə təsdiqlənir.Azərbaycanla Ermənistan arasında hazırki münasibətləri xarakterizə edərkən, Xankəndi Zəfərindən sonra lokal və genişmiqyaslı toqquşmaların olmaması xüsusi vurğulanır. Lakin sülhün institusional əsasları, xalqlararası düşmənçiliyin azaldılması üçün davamlı tədbirlərin həyata keçirilmirsə,regional təhlükəsizlik arxitektutasının yaradılmadığı şəraitdə şərti sərhədlər növbəti toqquşmlara və yeni təmas xəttinə çevrilə bilər. Paradoks ondadır ki, sülhün siyasi və diplomatik əsasları yaradıldığı halda, onun hüquqi təsbitinə aparan proses hələ də başa çatmayıb. 8 avqust 2925-ci il tarixi yol ayrıcı, Azərbaycanın parlaq Qələbəsinin bir nömrəli siyasi paytaxtda tanınması və Ağ Evdə əldə edilən razılaşmaların mahiyyətini...

24 Oktyabr 2026, 10:42

Zaur Şükürov: Qubadlının dirçəlişi milli həmrəyliyimizin təntənəsidir

Əsrlər boyunca xalqımızın dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərinin və zəngin mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş bu rayonun müasir tarixi qəhrəmanlıq və mübarizə, eləcə də sarsılmaz iradə, milli həmrəylik və yenidən dirçəliş salnaməsidir.XX əsrin əvvəllərində cərəyan edən mürəkkəb hərbi-siyasi hadisələr Azərbaycanın tarixi torpaqlarının taleyinə əhəmiyyətli dərəcədə təsir etmişdir. Sonrakı illərdə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və həyata keçirdiyi işğalçılıq siyasəti ölkəmizin bir sıra əraziləri ilə yanaşı, Qubadlı rayonunun da tarixində dərin izlər qoymuşdur.Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Citypost.az-a açılmasında bildirib.Millət vəkili xatırladıb ki, 1988-ci ildən etibarən Ermənistanla 120 kilometr, keçmiş Dağlıq Qarabağla isə 45 kilometr sərhədi olan Qubadlı...

24 Oktyabr 2026, 10:01

Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovu qəbul edib.Citypost.az xəbər verir ki, görüş barədə partiyanın "X" sosial media hesabında video paylaşılıb.

23 Oktyabr 2026, 20:58

Ədalət Verdiyev Nəsrullahın öldürülməsini əks etdirən videonu şərh edib

Hərbi ekspert Ədalət Verdiyev İsrailin Baş naziri Benyamin Netanyahunun süni intellekt vasitəsilə hazırlanmış Həsən Nəsrullahın öldürülməsini əks etdirən videonu yayımlaması ilə bağlı fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, Ədalət Verdiyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Hərbi ekspertin sözlərinə görə, Netanyahu seçki kampaniyası çərçivəsində İran, SEPAH, HƏMAS və Hizbullahla bağlı bu cür çoxsaylı materiallar paylaşa bilər. O, yayımlanan videoların təkzib edilməsinin mümkün olmayacağını iddia edib.Ədalət Verdiyev paylaşımında yazıb:“Netanyahu süni intellekt vasitəsilə hazırlanmış Həsən Nəsrullahın öldürülməsi videosunu yayımlayıb. Video baş verənləri tam həcmdə əks etdirir.Seçki kampaniyası ilə bağlı Netanyahu İran, SEPAH, HƏMAS və Hizbullah ilə əlaqədar onlarla belə material paylaşa bilər.Kimsə də...

23 Oktyabr 2026, 08:43

ABŞ İrana yeni zərbə endirməyə hazırlaşır? – Ədalət Verdiyev AÇIQLADI 

Hərbi ekspert Ədalət Verdiyev ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyata başlaya biləcəyi ilə bağlı fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, hərbi ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Ədalət Verdiyevin sözlərinə görə, Pentaqon yeni əməliyyata başlamaq üçün ABŞ Prezidenti Donald Trampdan icazə gözləyir və paralel olaraq qoşunları İran sərhədinə yaxınlaşdırır.Ekspert həftənin sonuna qədər İrana növbəti zərbənin endirilməsi ehtimalının böyük olduğunu bildirib.Turan

23 Oktyabr 2026, 08:27