Nadir Azəri: Əbu-Dabi görüşü beynəlxalq ictimaiyyətə mesajdır
Siyasət 05 Fevral 2026, 10:03
430
“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında fevralın 4-də Əbu-Dabidə keçirilən görüş bir çox baxımdan mühüm əhəmiyyət kəsb edir və qlobal miqyasda müsbət nümunənin yeni mərhələsi kimi dəyərləndirilə bilər. O baxımdan müsbət nümunədir ki, bu görüş dünyanın müxtəlif bölgələrində davam edən müharibələr, silahlı qarşıdurmalar və hətta həmin münaqişələrin dayandırılması istiqamətində göstərilən səylərin nəticəsiz qalması fonunda beynəlxalq ictimaiyyət üçün ‘sülhü əldə etmək üçün daha qətiyyətli olmaq lazımdır’ mesajı verdi”.
Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri deyib.
Onun sözlərinə görə, ən önəmli məqam ondan ibarətdir ki, tərəflər bu dəfə heç bir vasitəçinin iştirakı olmadan görüşərək birbaşa dialoq aparıblar və dünyaya sülhə dair açıq mesaj veriblər: “İkinci mühüm məqam tərəflərin ötən ilin avqust ayında Birləşmiş Ştatlarda əldə olunmuş razılaşmalara sadiq qaldıqlarını bir daha nümayiş etdirmələri oldu. Görüş barədə rəsmi məlumatda da qeyd edildiyi kimi, tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıblar. Onlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanılmasının vacibliyini vurğulayıblar. Yəni göründüyü kimi, tərəflər iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazırdırlar və ən əsası, bunun üçün qətiyyətli mövqe ortaya qoyulub”.
Həmçinin oxuyun
Nadir Azəri bildirib ki, görüşdə diqqətçəkən digər bir məqam Zəngəzur dəhlizi, başqa adı ilə TRIPP layihəsi ilə bağlı olub: “Yenə də rəsmi məlumatlara istinad edərək vurğulayaq ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər. Hesab edirəm ki, bu məsələ, yəni Zəngəzur dəhlizinin açılması bu gün təkcə Cənubi Qafqaz üçün deyil, dünyanın bir çox ölkələri üçün xüsusi önəm kəsb edir. Çünki Zəngəzur dəhlizinin açılması beynəlxalq ticarət və logistika baxımından böyük iqtisadi və maliyyə dividendləri vəd edir. Bu baxımdan qeyd edə bilərik ki, Azərbaycanla Ermənistan arasında əldə ediləcək razılaşma həm də qlobal əhəmiyyət kəsb edir. Başqa sözlə desək, söhbət yalnız siyasi sülhdən deyil, eyni zamanda hərtərəfli ‘bərəkətli sülh’dən gedir. Belə bir saziş Cənubi Qafqazda uzunmüddətli sabitliyi təmin etməklə yanaşı, regionun iqtisadi inkişafına güclü təkan verəcək, həmçinin Zəngəzur dəhlizinin fəaliyyəti bir qitədən digərinə yükdaşımaları həyata keçirən ölkələr üçün məsafəni və xərcləri azaltmaqla qlobal iqtisadiyyata real fayda gətirəcək”.
Turan Etibaroğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Fazil Mustafa: İranda baş verən proseslər Azərbaycana təhlükə yarada bilər
Milli Məclisin ötən gün keçirilən iclasında deputat Fazil Mustafa İranda baş verən proseslərlə bağlı mühüm açıqlama verib.Citypost.az-ın məlumatına görə, Deputat bildirib ki, mövcud vəziyyət Azərbaycan dövləti üçün potensial risklər yarada bilər və bu istiqamətdə həm dövlət qurumları, həm də cəmiyyət hazırlıqlı olmalıdır.Fazil Mustafanın sözlərinə görə, ehtimal olunur ki, dövlət qurumlarının və xüsusi xidmət orqanlarının İranda baş verən proseslərlə bağlı kifayət qədər məlumatı mövcuddur və müəyyən fəaliyyət planları üzərində iş aparılır. Lakin deputat əsas diqqətin cəmiyyətin bu proseslərə necə hazırlandığına yönəldilməli olduğunu vurğulayıb.“Bütün dünya İranda baş verə biləcək proseslərə hazırlıqlı şəkildə daxil olmağa çalışır. Türkiyədən tutmuş digər ölkələrə qədər hər kəs...
04 Fevral 2026, 15:28
Asif Nərimanlı: Epşteyn dosyaları qlobal siyasət və güc oyunlarını üzə çıxarır
Son illərdə Jeffrey Epşteynin adı dünya mediasında tez-tez hallanır. Onun villalarında baş verən hadisələr, yüksək səviyyəli siyasətçilər və iş adamları ilə yaxın münasibətləri, həmçinin yayılan sənədlər geniş rezonans yaradıb. Araşdırmalar göstərir ki, bu qalmaqal təkcə şəxsi münasibətlər və əyləncə məclisləri ilə bağlı deyil, həm də qlobal siyasət və biznes maraqlarını əhatə edir. Epşteyn dosyaları yalnız ifşaedici faktlar təqdim etmir, həm də siyasi və iqtisadi güc oyunlarının açıq nümunəsi kimi qiymətləndirilir.Bu mövzuda Citypost.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, Epşteyn qalmaqalı yalnız iddialar səviyyəsində qalmayıb, yayılan sənədlər bir çox həqiqətləri üzə çıxarıb:“Epşteyn məsələsi indiyə qədər irəli sürülən iddiaların təsiri hesab...
04 Fevral 2026, 14:57
Politoloqdan açıqlama: Epşteyn qalmaqalı kimlərin nüfuzuna təsir etdi?
Son illərdə Jeffrey Epşteynin adı dünya mediasında tez-tez hallanır. Onun müxtəlif siyasətçilər və tanınmış şəxslərlə yaxın münasibətləri, öz villalarında baş verən hadisələr və üzə çıxan sənədlər böyük qalmaqala səbəb olub. Epşteyn dosyaları həm ABŞ, həm də beynəlxalq səviyyədə siyasi dairələrdə ciddi rezonans yaradıb. Faktlar göstərir ki, bu qalmaqal yalnız bir şəxsin əməlləri ilə bitmir, həm də yüksək səviyyəli siyasətçilərin nüfuzuna təsir göstərir və siyasi oyunlarda yeni mübahisə mövzusu kimi istifadə olunur.Bu mövzuda Citypost.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Epşteyn dosyaları Wikileaks qalmaqalına bənzər təsir göstərib:“Epşteyn müxtəlif siyasətçilər və tanınmış şəxslərlə münasibət qurmuş, onları öz villalarına dəvət etmişdi. Bu...
04 Fevral 2026, 14:05
İlham Əliyevlə Nikol Paşinyan görüşdü
Bu dəqiqələrdə Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilir.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
04 Fevral 2026, 09:53
ABŞ–İran gərginliyi: regionu gözləyən təhlükəli ssenarilər AÇIQLANDI
“Birləşmiş Ştatlarla İran arasında gərginliyin getdikcə artması artıq öz mənfi təsirini həm qlobal, həm də regional müstəvidə açıq şəkildə göstərməkdədir. Qlobal baxımdan gəlincə, bu gərginliyin üçüncü dünya müharibəsinə yol aça biləcəyinə dair ehtimallar səsləndirilir. Son günlər bu mövzuda səslənən fikirlərin artması isə ciddi narahatlıq doğurur. Təbii ki, biz bu cür ehtimalların reallığa çevrilməməsini arzu və ümid edirik. Çünki belə bir ssenarinin gerçəkləşməsi bəşəriyyət üçün fəlakət, sözün əsl mənasında dünyanın sonu ola bilər”. Bunu Citypost.az saytına Əməkdar jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib. ABŞ - İran qarşıdurmasının regional müstəvidə yarada...
03 Fevral 2026, 11:21
Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistan səfiri Qurbanmamet Elyasovla görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.Məlumata görə, Hikmət Hacıyev və Qurbanmamet Elyasov ikitərəfli əməkdaşlıq üzrə maraq doğuran məsələləri müzakirə ediblər, 2025-ci ilin nəticələrinə dair fikir mübadiləsi aparıblar.Bildirilib ki, Azərbaycan və Türkmənistan liderlərinin təşəbbüsləri nəticəsində ölkələr arasında strateji əlaqələr qardaşlıq ruhunda inkişaf edir.Görüş zamanı 2026-cı ildə Azərbaycan və Türkmənistanda keçiriləcək tədbirlər, beynəlxalq forumlar, görüşlər və digər mövzular haqqında da danışılıb.2026-cı ilin payızında keçiriləcək Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün əhəmiyyəti xüsusi vurğulanıb, Azərbaycanın bu formatda...
30 Yanvar 2026, 17:14