Bizə yazın

Baku

-°C

USD

-

Asif Nərimanlı: Epşteyn dosyaları qlobal siyasət və güc oyunlarını üzə çıxarır

Siyasət 04 Fevral 2026, 14:57

245

Son illərdə Jeffrey Epşteynin adı dünya mediasında tez-tez hallanır. Onun villalarında baş verən hadisələr, yüksək səviyyəli siyasətçilər və iş adamları ilə yaxın münasibətləri, həmçinin yayılan sənədlər geniş rezonans yaradıb. Araşdırmalar göstərir ki, bu qalmaqal təkcə şəxsi münasibətlər və əyləncə məclisləri ilə bağlı deyil, həm də qlobal siyasət və biznes maraqlarını əhatə edir. Epşteyn dosyaları yalnız ifşaedici faktlar təqdim etmir, həm də siyasi və iqtisadi güc oyunlarının açıq nümunəsi kimi qiymətləndirilir.

Bu mövzuda Citypost.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, Epşteyn qalmaqalı yalnız iddialar səviyyəsində qalmayıb, yayılan sənədlər bir çox həqiqətləri üzə çıxarıb:“Epşteyn məsələsi indiyə qədər irəli sürülən iddiaların təsiri hesab olunur. Daha əvvəl yayılan məlumatlar qanun güclənməsi və müxtəlif əyləncə məclisləri ilə bağlı olsa da, sui-qəsd nəzəriyyələri kimi təqdim olunub. Lakin sənədlər göstərir ki, iddiaların bir qismi doğrudur. Villalarda baş verən hadisələr yalnız əyləncə xarakterli olmayıb; həm də qlobal siyasət müzakirələri aparılıb. Məsələn, pandemiyanın yayılması üç il öncədən müzakirə olunub ki, bu da göstərir ki, müəyyən qruplar özlərini dövlətlərdən və xalqlardan üstün tutaraq dünyanı idarə etməyə çalışıblar. Bu sənədlər həm siyasi, həm də biznes maraqlarının qorunması və şantaj vasitəsi kimi istifadə olunub,” – deyə A.Nərimanlı bildirib.

Politoloq əlavə edib ki, yayılan sənədlərdə bəzi məlumatlar uydurma ola bilər, amma faktlar göstərir ki, qlobal oyunçular arasında müəyyən şəbəkələrin fəaliyyəti təsdiqlənir: “Epşteyn məsələsində adı hallanan siyasətçilər və iş adamları üzərində bu cür şantaj materiallarının toplanması qlobal elitanın maraqları ilə bağlıdır. Lokal müstəvidə isə bu proseslər İran və digər ölkələrə qarşı siyasət və biznes maraqlarına xidmət edə bilər.”

A.Nərimanlı vurğulayıb ki, sənədlərin yayılması həm də qlobalistlərlə mühafizəkarlar arasında aparılan mübarizənin bir hissəsi kimi qiymətləndirilə bilər: “Qlobal elitanın məqsədi həm siyasi, həm də biznes sahəsində rəqibləri sıradan çıxarmaq, onları arxa plana keçirməkdir. Trampın da adı hallansa da, o, bu sənədlərin yayılması prosesində öz mövqeyini müdafiə edib.”

Politoloq yekun olaraq bildirib: “Epşteyn dosyaları yalnız şəxsi əyləncələr deyil, qlobal siyasət və güc oyunlarının açıq nümayişidir. Bu sənədlər həm qlobal şantaj, həm də siyasi maraqların qorunması vasitəsi kimi istifadə olunur və yayımlanması prosesində maraqlı tərəflərin məqsədləri aydın görünür.”

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Fazil Mustafa: İranda baş verən proseslər Azərbaycana təhlükə yarada bilər  

Milli Məclisin ötən gün keçirilən iclasında deputat Fazil Mustafa İranda baş verən proseslərlə bağlı mühüm açıqlama verib.Citypost.az-ın məlumatına görə, Deputat bildirib ki, mövcud vəziyyət Azərbaycan dövləti üçün potensial risklər yarada bilər və bu istiqamətdə həm dövlət qurumları, həm də cəmiyyət hazırlıqlı olmalıdır.Fazil Mustafanın sözlərinə görə, ehtimal olunur ki, dövlət qurumlarının və xüsusi xidmət orqanlarının İranda baş verən proseslərlə bağlı kifayət qədər məlumatı mövcuddur və müəyyən fəaliyyət planları üzərində iş aparılır. Lakin deputat əsas diqqətin cəmiyyətin bu proseslərə necə hazırlandığına yönəldilməli olduğunu vurğulayıb.“Bütün dünya İranda baş verə biləcək proseslərə hazırlıqlı şəkildə daxil olmağa çalışır. Türkiyədən tutmuş digər ölkələrə qədər hər kəs...

04 Fevral 2026, 15:28

Politoloqdan açıqlama: Epşteyn qalmaqalı kimlərin nüfuzuna təsir etdi? 

Son illərdə Jeffrey Epşteynin adı dünya mediasında tez-tez hallanır. Onun müxtəlif siyasətçilər və tanınmış şəxslərlə yaxın münasibətləri, öz villalarında baş verən hadisələr və üzə çıxan sənədlər böyük qalmaqala səbəb olub. Epşteyn dosyaları həm ABŞ, həm də beynəlxalq səviyyədə siyasi dairələrdə ciddi rezonans yaradıb. Faktlar göstərir ki, bu qalmaqal yalnız bir şəxsin əməlləri ilə bitmir, həm də yüksək səviyyəli siyasətçilərin nüfuzuna təsir göstərir və siyasi oyunlarda yeni mübahisə mövzusu kimi istifadə olunur.Bu mövzuda Citypost.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Epşteyn dosyaları Wikileaks qalmaqalına bənzər təsir göstərib:“Epşteyn müxtəlif siyasətçilər və tanınmış şəxslərlə münasibət qurmuş, onları öz villalarına dəvət etmişdi. Bu...

04 Fevral 2026, 14:05

İlham Əliyevlə Nikol Paşinyan görüşdü

Bu dəqiqələrdə Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilir.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

04 Fevral 2026, 09:53

ABŞ–İran gərginliyi: regionu gözləyən təhlükəli ssenarilər AÇIQLANDI

“Birləşmiş Ştatlarla İran arasında gərginliyin getdikcə artması artıq öz mənfi təsirini həm qlobal, həm də regional müstəvidə açıq şəkildə göstərməkdədir. Qlobal baxımdan gəlincə, bu gərginliyin üçüncü dünya müharibəsinə yol aça biləcəyinə dair ehtimallar səsləndirilir. Son günlər bu mövzuda səslənən fikirlərin artması isə ciddi narahatlıq doğurur. Təbii ki, biz bu cür ehtimalların reallığa çevrilməməsini arzu və ümid edirik. Çünki belə bir ssenarinin gerçəkləşməsi bəşəriyyət üçün fəlakət, sözün əsl mənasında dünyanın sonu ola bilər”. Bunu Citypost.az saytına Əməkdar jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib. ABŞ - İran qarşıdurmasının regional müstəvidə yarada...

03 Fevral 2026, 11:21

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistan səfiri Qurbanmamet Elyasovla görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.Məlumata görə, Hikmət Hacıyev və Qurbanmamet Elyasov ikitərəfli əməkdaşlıq üzrə maraq doğuran məsələləri müzakirə ediblər, 2025-ci ilin nəticələrinə dair fikir mübadiləsi aparıblar.Bildirilib ki, Azərbaycan və Türkmənistan liderlərinin təşəbbüsləri nəticəsində ölkələr arasında strateji əlaqələr qardaşlıq ruhunda inkişaf edir.Görüş zamanı 2026-cı ildə Azərbaycan və Türkmənistanda keçiriləcək tədbirlər, beynəlxalq forumlar, görüşlər və digər mövzular haqqında da danışılıb.2026-cı ilin payızında keçiriləcək Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün əhəmiyyəti xüsusi vurğulanıb, Azərbaycanın bu formatda...

30 Yanvar 2026, 17:14

Elxan Şahinoğlu Aİ-nin SEPAH addımını şərh etdi

Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıması beynəlxalq gündəmdə ciddi rezonans doğurub. Qərar İranda son dövrlər baş verən qanlı hadisələr və dinc nümayişçilərə qarşı zorakılıqlar fonunda qəbul edilib. Bu addımın regional və qlobal təsirlərini politoloq Elxan Şahinoğlu Citypost.az-a şərh edib.Politoloqun sözlərinə görə, İranda yaşanan son hadisələr artıq beynəlxalq ictimaiyyətin gözardı edə biləcəyi həddi çoxdan keçib:“İranda baş verən qətliamlar təkcə ABŞ-ı deyil, Avropa İttifaqını da ciddi şəkildə narahat edir. ABŞ İrana qarşı hərbi zərbə ehtimalını gündəmdə saxlayır. Avropa İttifaqı isə Amerikanın mümkün hərbi əməliyyatlarında iştirak etməyəcək. Ancaq bu, Aİ-nin İranda baş verən qətliamlara səssiz qalacağı anlamına...

30 Yanvar 2026, 12:13