Tural İrfan: İslam dəyərlərinə təhqir narahatlıq doğurur
Siyasət 30 Mart 2026, 08:52
325
Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan beynəlxalq proseslərlə bağlı geniş açıqlama verib.
Citypost.az xəbər verir ki, ekspert bildirib ki, “Xadimul hərəmeyn”, yəni iki müqəddəs məkanın – Kəbə və Peyğəmbər məscidinin xadimi olan Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin oğlu, ölkənin baş naziri və müdafiə naziri Məhəmməd bin Salmanın şərəf və ləyaqətinin dünya ictimaiyyəti qarşısında ABŞ prezidenti Donald Trump tərəfindən təhqir olunması dolayısı ilə İslamın müqəddəs dəyərlərinə qarşı hörmətsizliyin adiləşdirilməsinə hesablanıb.
Dinşünas qeyd edib ki, ABŞ rəsmiləri zaman-zaman əsl hədəflərinin İslam olduğunu açıq şəkildə ifadə edirlər. O, Səddam Hüseynin Qurban bayramı günü edam olunmasını, eləcə də digər hadisələri İslam dünyasına yönəlmiş təzyiq kimi qiymətləndirib. Eyni zamanda, Müəmmər Qəddafinin öldürülməsini də bu kontekstdə dəyərləndirib.
Tural İrfanın fikrincə, müsəlman ölkələrinin liderləri müxtəlif formada tənqid oluna bilər, lakin onların təmsil etdikləri dəyərlərə qarşı yönələn təhqiramiz yanaşmalar bütövlükdə İslam aləminə qarşı hörmətsizlik kimi qəbul olunur. O bildirib ki, müqəddəs Məkkə və Mədinənin xadiminə qarşı səsləndirilən ifadələr bu baxımdan ciddi narahatlıq doğurur.
Dinşünas çıxışında tarixi paralellərə də toxunaraq, səlib yürüşləri dövründə baş verən hadisələri xatırladıb və bu gün Fələstində baş verənləri həmin ənənənin davamı kimi qiymətləndirib. O qeyd edib ki, müasir dövrdə bu proseslər fərqli formalarda təqdim olunsa da, mahiyyət etibarilə oxşar məqsədlər güdür.
Həmçinin oxuyun
Tural İrfan bildirib ki, hazırkı geosiyasi vəziyyətdə bəzi güclər müsəlman ölkələrinin resurslarından istifadə etməklə regionda qarşıdurmaları dərinləşdirir. Onun sözlərinə görə, bu münaqişələr bəzən “demokratiya”, “insan haqları” kimi şüarlarla pərdələnir.
O əlavə edib ki, regionda baş verən proseslər, xüsusilə İran ətrafında yaranan gərginlik daha genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər. Dinşünasın fikrincə, bu hadisələr nəticə etibarilə yeni qlobal güc balansının formalaşmasına gətirib çıxara bilər.
Sonda Tural İrfan vurğulayıb ki, baş verənlər təkcə siyasi və iqtisadi deyil, həm də ideoloji və dini xarakter daşıyır və bu səbəbdən uzunmüddətli təsirlərə malik ola bilər.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əliməmməd Nuriyev: ABŞ, İsrail və İran — qlobal qarşıdurmanın mahiyyəti
Tanınmış hüquqşünas, sabiq millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev beynəlxalq proseslərlə bağlı analitik məqalə ilə çıxış edib.Citypost.az xəbər verir ki, məqalədə ABŞ, İsrail və İran arasında baş verən gərginlik “mənalar savaşı” kontekstində şərh olunub. Müəllif qeyd edir ki, mövcud qarşıdurma yalnız geosiyasi maraqlar deyil, eyni zamanda fərqli “tarix ritmlərinin” toqquşması kimi qiymətləndirilə bilər.Yazıda bildirilir ki, Donald Trump administrasiyası dövründən başlayaraq ABŞ-ın region siyasəti nizamı qoruma refleksi ilə xarakterizə olunur, İsrail üçün əsas prioritet təhlükəsizlik, İran üçün isə müqavimət və regional təsir iddiasıdır.Müəllifin fikrincə, tərəflərin hər biri fərqli ideoloji və tarixi yanaşma ilə hərəkət etdiyindən ortaq siyasi həll imkanları...
30 Mart 2026, 09:33
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.Nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər.Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.
27 Mart 2026, 16:17
Nadir Azəri: TDT daxilində kollektiv müdafiə qüvvələrinin yaradılması vacibdir
“Təəssüf ki, Yaxın Şərqdə baş verənlər artıq bizim regiona da təsir göstərir və bu proseslər Türk dünyasından da yan keçmir. Biz bunu müxtəlif sahələrdə açıq şəkildə hiss edirik. Son proseslər özü ilə yeni reallıqlar yaradıb. Məhz bu reallıqlar fonunda yaranmış vəziyyət onu diqtə edir ki, türk dünyası vaxt itirmədən öz təhlükəsizliyini təmin etmək üçün daha operativ və eyni zamanda koordinasiyalı, kollektiv addımlar atmalıdır”.Bu fikirləri Citypost.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.Nadir Azəri xatırladıb ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatını birgə hərbi təlimlərin keçirilməsinə çağırmış və...
27 Mart 2026, 12:38
Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü
Budapeştdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında bildirib.“Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq.Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”, - deyə Prezidentin köməkçisi əlavə edib....
27 Mart 2026, 12:05
Şöhrət Eldəniz: “Müharibə daxili dəyişiklik başa çatana qədər davam edə bilər”
Jurnalist Şöhrət Eldəniz regionda gedən proseslərlə bağlı sərt mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, müharibə ilə bağlı səsləndirilən “danışıqlar realdır” və ya “İran qalib gəldi” kimi fikirlər reallığı əks etdirmir. Onun sözlərinə görə, belə genişmiqyaslı müharibələr “mənasız sonluqla” başa çatdırılmır.Jurnalist qeyd edib ki, mövcud vəziyyət region üçün ciddi risklər yaradır və İrandakı siyasi rejimlə bağlı tənqidi fikirlər səsləndirib. O vurğulayıb ki, belə bir dövlət modelinin qonşuluqda mövcudluğu arzuolunan deyil.Şöhrət Eldəniz hesab edir ki, proseslərin əsas istiqaməti daxili dəyişikliklərə doğru gedir və bu dəyişikliklərin ölkə daxilində baş verəcəyini iddia edib:“Bu prosesi xarici qüvvələr deyil, İranda yaşayan xalqlar həyata keçirəcək”.O...
27 Mart 2026, 11:15
Rafiq Əliyev: “Kubada məsələ artıq siyasətdən çox, insan həyatıdır”
“İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev ABŞ və Kuba münasibətləri fonunda yaranmış vəziyyətlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, alim bildirib ki, Amerika Birləşmiş Ştatlarının siyasətini nəzərə almadan Kubanın hazırkı durumunu obyektiv qiymətləndirmək mümkün deyil. Onun sözlərinə görə, onilliklərdir davam edən bu siyasətlər ölkənin həyat şəraitinə ciddi təsir göstərir və artıq bu təsir sadəcə təzyiq deyil, iqtisadi boğulma kimi özünü göstərir.Rafiq Əliyev qeyd edib ki, söhbət yalnız birbaşa məhdudiyyətlərdən getmir:“Elə bir sistem qurulub ki, Kubaya yardım etmək istəyən şirkətlər, banklar və hətta dövlətlər belə risklə üz-üzə...
27 Mart 2026, 11:01