"Yaraşıqlı kişi!" - Günel Gözəlova Rasim Balayevdən YAZDI
Söz adamı 30 Mart 2026, 09:24
277
Mən onu daim belə yaraşıqlı və mərd Azərbaycan kişisi kimi xatırlayacam
İl 2021...başıma gələn hadisələrdən kimsə xəbərdar deyil. Sadəcə köhnə qvardiya jurnalistlər bilir, bizim bir qrupumuz var. Əziz, doğma, dəyərli həmkarım Elnur Kalantarovdur yaradan. Orada şəxsən özüm ailəvi və çox ciddi problemlərimdən dolayı işimdən ayrılmaq qərarımı bildirdim. Qısa zamanda xəbər yayıldı, hamı "Günel, niyə?", "Etmə, eləmə?!", "Bəlkə nazir dəyişdi, səbəb odurmu?"...Halbuki sonradan yoldaşımla, atamın az zaman fərqlə başına gələnləri və mənim onların ikisinin də dayanmadan qulluğunda durmalı olduğumu bildi hamı, hər ikisinin həyati təhlükəsi vardı.
Xülasə...xəbər yayıldı...gələn ilk iki zəng kimlərdən idi?
Ekranın və səhnənin sükutunu səsi, sözü, obrazı ilə silkələyən möhür adamlar. İlki qardaşım, dostum, böyüyüm, həmkarım Mir Shahin Agayev: "Günel, bacı, bilmirəm niyə çıxırsan. Sabahdan "Real TV"də gözləyirəm səni". Mən: "Şahin, vəziyyət başqadır, hələ işdəyəm, yığıb sonra danışacam"...
"Ay Gün kimi El qız, qayıt efirə...sən Poçta gedəndə də dedim ki, TV sənin üzünü, özünü itirməməlidir!"
Mirşahinlə sağollaşanda telefonda ikinci zəngdə o vardı. Hər rolunda ruhunun bir parçasını qoyan adam. Hər obrazında bir başqa vurulduğum...Zəng edən sevdiklərim idi- Babək, Nəsimi, İstintaqçı Murad, Cavid...və nəhayət, mənim bütün mənalarda vurğunu olduğum Rasim Balayev.
Mən: "Ay can". O: "Ay qız, təzə gələn nazirlikdir məsələ?" Mən: "Ağladım, zatən Şahinlə danışanda özümü güclə saxlamışdım...atam ölür, Rasim müəllim. Mən onu qurtarmalıyam, onsuz yaşaya bilmərəm..." ...Araya bir sükut çökdü. O:"Günel anladım, amma səbrli ol, çalış gəl yanıma, mənim ayaqlarım tutmur, yaxşı deyiləm...hər şey yaxşı olacaq, amma sən sonra qayıt TV-yə". Dedim söz-çox keçdi, hətta illər, o illər ki, başım yaman bəlalar çəkdi, atam torpağa döndü, mən TV-yə qayıtdım.
9 iyul 2025. Baku.tv-nin “Söz” (“The word”) sənədli filminin təqdimatı
Zəng etdim.Həmən açdı. Səsi çox zəif, gücsüz idi. Bir anlıq "Yeddi oğul istərəm"dəki Səlimin "Kələntər dayı, ürəyimi nişan al, ağrıdır axı"- sözləri cingildədi qulağımda. "Nə olub, Rasim m.niyə belə gəlir səsiniz? Deyirdiz qayıt TV.yə, qayıtdım. İndi də bir gözəl tədbirimiz var, istəyirəm orda yanımda olsız". O: "Günel, vallah yeriyə bilmirəm".....və çox dərdləşdik, o gələ bilmədi, indi isə əbədi getdi!
Allah rəhmət eləsin, sevgili obrazım, əziz insan, yaraşıqlı kişi!
Günel Gözəlova
jurnalist
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Dövrümüzün Hürrü kim olacaq?! Elxan Şükürlü
Dövrümüzün Hürrü kim olacaq?!Dünən Qəzza – Fələstin torpaqları, bu gün Tehran, Təbriz, Məşhəd, Şiraz, İsfahan... – külli-İran! Dünən Qəzzada sünni, bu gün İranda şiə müsəlmanlar eyni bir gücün – səlibçi-si*o*nist ittifaqının bombardmanıyla qətl edilir! Bilirsiniz, niyə?! Çünki hər iki ünvan bu lənətlənmiş gücün iradəsinə boyun əyməyən, parça-parça edilmiş İslam aləminin əsas dirəniş cəbhələri, müqavimət qalaları, ölümün özünə qalib gəlməyin örnəyini göstərən savaş meydanları, hər an külündən közərib alovlanan ocaqlar, məğlubedilməz bir düşüncənin dərin kök atdığı və yayıldığı ideya məkanlarıdır!Oradakıların da iradəsini qırdılarsa, təslim etdilərsə, o ocaqları söndürdülərsə, əmin olun ki, bütün müsəlman dünyasını dizə gətirəcək, bütün İslam coğrafiyasına daha bir neçə əsr...
27 Mart 2026, 11:22
Səhnəmizin Cavidi
Həsən Ağasoy təkcə bir aktyor deyil, eyni zamanda sənətdə əyilməzlik və ləyaqət simvoludur. Onun Naxçıvan teatr mühitində yaratdığı obrazlar və son illərdə qarşılaşdığı çətinliklərə rəğmən göstərdiyi dik duruş, onu müasir səhnəmizin "Cavid təbiətli" sənətkarlarından birinə çevirib. Hörmətli Həsən müəllim!Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, sizə möhkəm can sağlığı və sarsılmaz ruh yüksəkliyi arzulayırıq.Siz Azərbaycan səhnəsinin elə bir uca zirvəsindəsiniz ki, oradan baxanda yalnız istedad deyil, həm də insani ləyaqət və haqq mübarizəsi görünür. Səhnəmizin Cavid obrazını canlandıran sənətkar kimi, taleyin sınaqları qarşısında göstərdiyiniz mətanət, Sizi tamaşaçıların gözündə sadəcə bir aktyor deyil, həm də bir mənəviyyat qəhrəmanına çevirmişdir.Siz Naxçıvan teatr məktəbinin...
27 Mart 2026, 08:11
Şəhərli-kəndli söhbəti. Turan Etibaroğlu yazır…
Son günlər sosial şəbəkələr yenidən “köhnə xəstəliyi” üzə çıxarıb yəni ənənəvi şəhərli–kəndli söhbətini. Bayram günlərində Bakı nisbətən boşaldı, insanlar doğma rayonlarına üz tutdu. Amma bu rahatlıq bəzi adamların içində gizlənən kompleksləri də üzə çıxardı özünü süni şəkildə üstün görmək ehtiyacı. İndi həmin insanlar geri qayıdanlara istehza edir, “xarabalarından dönüblər” kimi ifadələrlə sosial şəbəkədə ucuz bir “status” qazanmağa çalışırlar. Sözün açığı, bu cür yanaşma nə zarafatdır, nə sosial müşahidə, nə də tənqid. Bu, açıq-aşkar təhqirdir və daha da təhlükəlisi odur ki, bu, cəmiyyətin içində səssizcə yayılan bir xəstəliyin simptomudur. Özünü dəyərsiz hesab edənlərin başqasını aşağılayaraq özünü dəyərli göstərmək cəhdidir.Ən ucuz, amma...
26 Mart 2026, 15:30
Səməd Vəkilov: Tənqid etmək yetərli deyil, öz əsərinizi yaradın
Tanınmış ictimai xadim və hüquqşünas, Vəkilovlar nəslinin təmsilçisi Səməd Vəkilov Azərbaycanda bir qrup şair və yazıçının klassik əsərləri tənqid etməsini şərh edib.Citypost.az xəbər verir ki, Səməd Vəkilov bildirib ki, bəzi ədəbi şəxslər gözəl nümunələr yaratmaq yerinə yalnız klassik şair və yazıçıları tənqid etməyə üstünlük verirlər. “Tənqid etmək hər kəsin hüququdur. Ancaq bir ritorik sual meydana çıxır: Bəyəm tənqid etdiyiniz şəxslər Sizə gözəl şeir və ya nəsr nümunələri yaratmağa imkan vermir? Qurani-Kərimdən götürülmüş bir fikir ilə desək, Siz heç ağlınızı işlətmirsiniz?” – deyə Səməd Vəkilov vurğulayıb.Hüquqşünas qeyd edib ki, əgər bu şəxslərin oxucuları varsa, onlar onlardan yalnız keyfiyyətli və maraqlı əsərlər...
24 Mart 2026, 10:39
Yağlıvənddən zirvəyə: 80 illik ömür dastanı
Bəzi insanlar var ki, onlar dünyaya sanki bir missiya ilə gəlirlər: boz həqiqətləri süni rənglərlə bəzəmək yox, o bozluğun içindəki gizli insanı tapıb çıxarmaq. Azərbaycan ədəbiyyatının canlı klassiki, oxucuların "Yağlıvəndli Şekspir"i Seyran Səxavət məhz belə bir qələm sahibidir. Bu il onun ömür karvanı 80-ci dayanacağa çatır, amma onun sözü hələ də ilk günkü kimi təravətli, kəsərli və səmimidir. Yağlıvənddən dünyaya açılan pəncərə-Seyran Səxavətin yaradıcılığını məncə belə də adlandırmaq olar.Çünki onun əsərləri məhz ordan-Füzulinin Yağlıvənd kəndindən boylanır. Lakin o, heç vaxt lokal bir yazıçı olmadı; o, kənd adamının taleyini, dərdini və sevincini elə bir dillə yazdı...
23 Mart 2026, 11:20
DIM-DIM halvası - İbrahim Nəbioğlu
Telefonda dostum Abidlə (Məmmədov) dərdləşirdik. Xeyli vaxtdır bir məsələni çözməyə çalışırdı. Niyə indiyə qədər həll edə bilmədiyini soruşdum. “Dım-dım halvasıdırmı? Elə asan məsələ deyil axı” deyə cavab verdi. Qulaqlarıma inanmadım, qəribə bir gizilti keçdi içimdən…Anam dünyasını dəyişəndən bəri ilk dəfə idi ki, “Dım-dım halvasıdırmı?” deyimini eşidirdim. Həlli asan görünən, əslində isə çox çətin olan bir iş olanda mərhum anam elə deyirdi. O, bu deyimi əsasən "asanlıqla əldə edilməyən, çətin düzələn iş" mənasında işlədirdi… Dım-dım halvası digər halvalardan fərqli olaraq çox bərk olur. Onu dişləmək, kəsmək və ya parçalamaq çətin işdir. Buna görə də, mən bir işi “çantada kəklik sananda” anam dərhal...
23 Mart 2026, 09:05