Ağsuda 43 yaşlı qadını öldürüb otlaq sahəyə atmaqda təqsirləndirilən şəxslər həbs edilib
Hadisə 28 Mart 2026, 10:57
279
Ağsuda 1983-cü il təvəllüdlü Zahirə Şükürovanı öldürüb otlaq sahəyə atmaqda təqsirləndirilən şəxslər həbs edilib.
Bu barədə Citypost.az-a Ağsu Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Ağsu rayonunda yerləşən otlaq sahədə martın 23-də sözügedən şəxsin meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla martın 22-də Ağsu rayon sakinləri 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında Zahirə Şükürovanı qəsdən öldürdükdən sonra zərərçəkmiş şəxsin meyitini rayonun Muradlı kəndindən yerləşən otlaq sahəyə aparmalarına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin oxuyun
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə Əyyub Sahabov və Seymur Məmmədov Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Ağsu rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Gədəbəydə 2 yaşlı uşaq xəstəlikdən ölüb.APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini 2024-cü il təvəllüdlü A.Musayevin yaşadığı evdə qəflətən halı pisləşib. Azyaşlı xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.Məlumata görə, azyaşlı epilepsiya xəstəsi olub.Hazırda faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.
27 Mart 2026, 15:28
Bakıya sərnişin daşıyan avtomobil Masallıda qəzaya uğrayıb, ölən var
Astaradan Bakıya sərnişin daşıyan "Mercedes" markalı avtomobil Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində qəzaya uğrayıb."Report"un məlumatına görə, avtomobilin yol kənarında olan maneəyə çırpılması nəticəsində sürücü 1991-ci il təvəllüdlü Rəhim Hüseynov ölüb.Hadisə nəticəsində iki sərnişin isə xəsarət alıb.
27 Mart 2026, 13:53
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Sabunçu rayonunda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb.Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını deyib.Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
27 Mart 2026, 13:32
Ötən gün ölkədə 2 pulemyot və digər silah-sursatlar aşkarlanıb
Daxili İşlər Nazirliyinin əməkdaşları martın 26-da Bakı və ayrı-ayrı rayonlarda 8 avtomat silahı, 2 pulemyot, 1 tapança, 6 qumbara, 6 alışdırıcı, 15 tüfəng, 29 patron darağı və 1813 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Həmçinin qeyd olunub ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
27 Mart 2026, 10:52
Zaqatalada istirahət mərkəzində yanğın olub
Zaqatalada istirahət mərkəzində yanğın olub."Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın martın 26-dan 27-nə keçən gecə rayonun Qazangül qəsəbəsi ərazisində yerləşən "Hope Lake" ailəvi istirahət mərkəzində baş verib.Belə ki, ümumi sahəsi 100 kv/m-dən çox olan mətbəx binasında meydana gələn yanğının genişlənərək yaxınlıqdakı kottec və tikililərə keçməsinin qarşısı dərhal alınıb. Hadisə yerinə Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.Yanğın nəticəsində ailəvi istirahət mərkəzinin mətbəx binasının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.Faktla bağlı araşdırma aparılır....
27 Mart 2026, 10:41
Polis Bakıda ov silahı ilə qətl törədən şübhəlini saxlayıb
Martın 26-da axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib. Hadisə zamanı sonuncunun atası, 1956-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində ölüb.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Muradov saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.Hadisə şəxsi münasibətlər zəminində baş verib.Faktla bağlı araşdırma aparılır....
26 Mart 2026, 21:30