Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan-Türkiyə Birgə Media Platformasının Birgə İşçi Komissiyası yaradılacaq

Cəmiyyət 28 Mart 2026, 10:34

241

"Stratcom Summit 26" çərçivəsində Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş keçirilib.

Agentlikdən  verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında media sahəsində mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi, xüsusilə dezinformasiya ilə mübarizə istiqamətində birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.

Vurğulanıb ki, qlobal informasiya məkanında baş verən transformasiyalar, eləcə də saxta və manipulyativ məzmunların artan təsiri dövlət qurumları arasında daha sıx koordinasiya və sistemli əməkdaşlığı zəruri edir.

Görüşün sonunda "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti arasında Azərbaycan – Türkiyə Birgə Media Platformasının Birgə İşçi Komissiyasının və Komitələrinin yaradılması haqqında Anlaşma Memorandumu" imzalanıb.

Sənəd tərəflər arasında institusional əməkdaşlığın daha da dərinləşdirilməsini, birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsini və koordinasiyanın gücləndirilməsini nəzərdə tutur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yanından ötüb-keçirik, amma şəfa mənbəyidir — İmmuniteti gücləndirir 

Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir. CityPost.az  xəbər verir ki, xalq arasında "turşəng" və ya "quzuqulağı" kimi tanınan bu bitki iltihabı təmizləyir, hüceyrələri yeniləyir və immuniteti polad kimi gücləndirir. Heç bir dərmanlama və ya gübrələmə olmadan, təbiətin öz ritmi ilə cücərən bu yaşıl möcüzə tərkibindəki antioksidant və vitaminlərlə dərmanlara meydan oxuyur.Elmi araşdırmalar sübut edir ki, quzuqulağının tərkibindəki aktiv maddələr immun sistemini zirvəyə daşıyır. Xüsusilə bədəndə toplanan toksinləri təmizləməsi ilə seçilən bu bitki qaraciyər piylənməsindən həzm problemlərinə qədər bir çox xroniki xəstəliyin təbii rəqibi hesab olunur. Qan şəkərini tarazlaşdıran...

28 Mart 2026, 11:36

Bakı və Abşeronda yağıntının miqdarı aylıq normanın 247 %-ni təşkil edir

Saat 22:00-a olan məlumata əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Dağlıq ərazilərə isə qar yağır.Hazırda Bakıda və Abşeron yarımadasında intensiv və güclü yağış yağır. Yağıntının miqdarı 58 mm qeydə alınır ki, bu da aylıq normanın 247 %-ni təşkil edir.Martın 28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi gözlənilir. Martın 29-da gündüz saatlarından yağıntılar tədricən kəsiləcək....

27 Mart 2026, 22:49

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA 

Saat 20:00-a olan məlumata əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq, Qrıza qar, ölkənin əksər bölgələrinə isə yağış yağır.Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195 %-ni təşkil edir.

27 Mart 2026, 22:05

BŞİH: Paytaxtın bəzi ərazilərində subasma müşahidə olunur

Bakıda intensiv yağıntılar səbəbindən bəzi ərazilərdə subasma halları müşahidə olunur.CityPost.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.Qeyd olunub ki, gün ərzində normadan xeyli artıq yağan yağış kollektor sistemlərinin yüklənməsinə səbəb olub və nəticədə bəzi ərazilərdə suyun kənarlaşdırılmasında çətinliklər yaranıb.Məlumata görə, subasma müşahidə olunan ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur.Aidiyyəti qurumlar tərəfindən yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir....

27 Mart 2026, 20:43

Polis gücləndirilmiş iş rejiminə keçdi

Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhəri və respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Citypost.az-a bildirilib ki, intensiv yağıntılarla əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmətə əlavə polis naryadları cəlb olunub. Küçə və prospektlərdə nəqliyyatın hərəkəti Yol Patrul Xidməti əməkdaşları tərəfindən tənzimlənir.Vətəndaşlara zəruri köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur. Polisin müşayiəti ilə təhlükəsizlik tədbirləri hazırda davam etdirilir....

27 Mart 2026, 17:55

İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının kollektivini təbrik etdi 

Prezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə teatrın kollektivinə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda qeyd edilib:"Əziz dostlar.Sizi əlamətdar hadisə - Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının genişmiqyaslı yenidənqurmadan sonra açılışı münasibətilə təbrik edirəm.Rusiya Federasiyasının və Dağıstan Respublikasının rəhbərliklərinə Azərbaycan xalqının mədəni-tarixi irsinin bu abidəsinin qorunmasına göstərilən diqqətə görə təşəkkürümü bildirirəm.Bir əsrdən çox tarixi olan bu mədəniyyət mərkəzi Azərbaycan milli teatr sənətinin ən qədim kollektivlərindən biridir.Rusiya Federasiyasında Azərbaycan dilində yeganə dövlət teatr müəssisəsi olan Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrı Dağıstanın mədəni həyatında daim mühüm rol oynayıb və respublikanın ərazisində...

27 Mart 2026, 17:25