Elxan Şahinoğlu: Tacikistan uğrunda Rusiya-Çin rəqabəti güclənir
Siyasət 30 Aprel 2026, 10:40
362
Əfqanıstanla Pakistan arasında ara-sıra baş verən hərbi toqquşmalar bölgə ölkələrini narahat edir. Əfqanıstana qonşu olan Tacikistan sərhədlərini gücləndirməyə qərar verib. Bir müddət əvvəl Əfqanıstan ərazisindən sərhədi keçməyə çalışan silah qruplaşma ilə toqquşma Tacikistanda çalışan bir neçə çinli işçinin ölümü ilə nəticələnmişdi. Bu kimi halların qarşısını almaq üçün Tacikistan Rusiya və Çinin iştirakı ilə silahlı qüvvələrini və sərhəd qoşunlarını gücləndirməyə davam edəcək.
Citypost.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu açıqlamasında bildirib.
Tacikistanda müdafiə sənayesi yoxdur və silah təchizatından asılıdır. Buna görə də Tacikistanın bu sahədə Rusiya və Çindən asılılığı var. Rusiya Tacikistanda 201-ci hərbi bazanı öz hesabına saxlayır və onun mövcudluğu 2042-ci ilə qədər planlaşdırılıb. Rusiya və Çin tərəfdaş olsalar da, Tacikistanda rəqibdirlər. Hər ikisi Mərkəzi Asiya, o cümlədən Tacikistanla hərbi sahədə əməkdaşlığı genişləndirməyə çalışır. Pekin Rusiyanın bu bölgədəki fəaliyyətini diqqətlı analiz edir. Maraqlıdır ki, Rusiyada Çini sadəcə Elmlər Akademiyası nəzdində yalnız Asiya İnstitutu tədqid edirsə, Çinə Rusiyanı araşdıran tədqiqat mərkəzlərinin sayı 20-dən çoxdur. Bu tədqiqat mərkəzləri Rusiyanın iqtisadi gücünü, daxili bazarını və investisiya gücünü araşdırırlar. Nəticədə Tacikistanda Rusiya istehsalı olan nəqliyyat vasitələrini Çin istehsalı olan elektrikli nəqliyyat vasitələri əvəz edib. Bununla Çin rəqabət üstünlüyü qazanıb və Tacikistanda yeni Çin elektrikli nəqliyyat vasitələrinin faizi artıb. Taciksitanda yüzlərlə Çin şirkəti fəaliyyət göstərir. Çin ikitərəfli ticarət həcmində birinci yerə yüksəlib. Çin, Tacikistanda aparıcı kredit və investisiya təminatçısıdır. Buna baxmayaraq, Tacikistan vətəndaşlarının Çində çalışmaq imkanı yoxdur, əksinə Çin şirkətləri öz vətəndaşlarını bu ölkədə çalışdırırlar ki, bu bır sıra hallarda narazılığa səbəb olur. Tackistan vətəndaşları əsasən Rusiyada çalışamağa üstünlük verirlər. Ancaq Rusiyada da vəziyyət mənfiyə doğru dəyişib. Rusiya miqrasiya qanunlarını sərtləşdirib. Buna baxmayaraq, işçi qüvvəsinin çatışmazlığı səbəbindən Rusiyanın hələ də miqrant işçilərə ehtiyacı var.
Həmçinin oxuyun
Rusiya Tacikistana hər il təxminən 1 milyon ton yanacaq və sürtkü yağları rüsumsuz tədarük etməyə davam edir. Rusiya Qazaxıstanda olduğu kimi Tacikistanda da atom elektrik stansiyası tikmək istəyir. Ancaq Moskvanın bu planları Pekini narahat edir. Çin Rusiyanı Tacikistanda hərbi zəmində də sıxışdırmağa çalışır. Misal üçün Çin Tacikistanla Əfqanıstan sərhədinə nəzarət məntəqələri inşa edir. Çinin Tacikistanda hərbi varlığının digər məqsədi “Böyük İpək Yolu” layihəsinin bu ölkədən keçən hissəsinə nəzarət etməkdir. Ancaq ABŞ-İran müharibəsi və Əfqanıstanın qonşu ölkələrlə sərhədlərində baş verən toqquşmalar Pekinin böyük layihəsinə müxtəlif təhlükələr yaradır.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qulu Məhərrəmli: Cənubi Qafqaz təhlükəli mərhələyə daxil olur
Cənubi Qafqazda baş verən proseslər təhlükəli mərhələyə daxil olur.Citypost.az xəbər verir ki, bu barədə professor Qulu Məhərrəmli sosial şəbəkədə paylaşımında qeyd edib.Q.Məhərrəmli bildirib ki, regionda əsas gərginlik Ermənistan uğrunda Qərb və Rusiya arasında gedən mübarizə ilə bağlıdır. Onun sözlərinə görə, Moskva parlament seçkiləri ərəfəsində Robert Koçaryan və Serj Sarkisyan kimi fiqurları yenidən siyasi proseslərə cəlb etməklə Nikol Paşinyan hakimiyyətini zəiflətməyə çalışır.Professorun fikrincə, bu proseslər fonunda Azərbaycan–Ermənistan siyasi əlaqələrinin intensivləşməsi və Bakının İrəvana dəstəyi Paşinyan üçün mühüm faktor kimi çıxış edir.Q. Məhərrəmli hesab edir ki, Paşinyanın seçkilərdə qalib gəlməsi Cənubi Qafqazda Rusiyanın təsirinin zəifləməsinin başlanğıcı ola bilər.Yusif...
30 Aprel 2026, 10:26
Turan Rzayev: Şahin Mustafayevin İrəvan səfəri delimitasiya prosesinə işarə edir
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan🇦🇿 nümayəndə heyəti Ermənistana səfər edib. Səfər indiki məqamda diqqət çəkir. Xüsusilə münaqişə tarixi baxımından bu, Azərbaycandan Ermənistana🇦🇲 ən yüksək səviyyəli səfərlərdən biridir.Səfərin məqsədi haqqında hələlik məlumat yoxdur. Lakin nəzərə alsaq ki, Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir, səfərin əsas məqsədinin bu istiqamətdə olması istisna deyil.Məsələ ondadır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət öncə Ermənistan və Azərbaycanın yaxın gələcəkdə delimitasiya prosesini davam etdirəcəyini demişdi.Sitat: “Əlbəttə ki, qarşıdakı dövrdə biz bunu məntiqi bir müddət ərzində davam etdirəcək və tamamlayacağıq”.Prinsipcə Ermənistan ilə Azərbaycan arasında...
30 Aprel 2026, 10:14
Məhəmməd Əsədullazadə: Gürcüstanda azərbaycanlılara qarşı ayrı-seçkilik yolverilməzdir
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə sosial şəbəkədə paylaşımında bildirib ki, Bidzina İvanişvili təsiri altında fəaliyyət göstərdiyi iddia olunan Gürcüstan hökumətinin siyasəti qəbuledilməzdir.Citypost.az xəbər verir ki, siyasətçi qeyd edib ki, Gürcüstanda tarixi torpaqlarında yaşayan azərbaycanlılara lazımi şərait yaradılmalı, onların hüquq və tələbləri təmin olunmalıdır.Siyasi şərhçinin fikrincə, Gürcüstan hökuməti demokratik ənənələrdən uzaqlaşaraq yanlış siyasət yürüdür və bu vəziyyət xarici təsirlərin, xüsusilə Rusiyanın bölgədə öz ssenarilərini həyata keçirməsinə şərait yaradır.Yusif...
30 Aprel 2026, 09:31
Səməd Seyidov Aİ-nin Azərbaycandakı səfiri görüşdü
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç ikitərəfli əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.Citypost.az xəbər verir ki, bu barədə Səməd Seyidov "X" hesabında yazıb."Biz Azərbaycan və Aİ arasında münasibətlərin inkişafı məsələlərinə dair konstruktiv fikir mübadiləsi apardıq, həmçinin siyasi, iqtisadi və regional təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə etdik", - o yazıb....
29 Aprel 2026, 17:41
Azərbaycanla Cənubi Koreya arasında regional əməkdaşlıq müzakirə olunub
29 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya Respublikasının xarici işlər naziri Ço Hyon arasında telefon danışığı aparılıb.XİN-dən Citypost.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional əməkdaşlıq məsələləri müzakirə olunub.Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə Koreya şirkətlərinin iştirakının əhəmiyyəti vurğulanaraq, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğu qeyd olunub.Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın münasibətlərin inkişafında mühüm rol oynadığı bildirilib.Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə mexanizminin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyəti diqqətə...
29 Aprel 2026, 13:32
Qulu Məhərrəmli: Ukrayna xalqının döyüş əzmi qırılmayıb
Professor Qulu Məhərrəmli Facebook paylaşımında bildirib ki, Putin Rusiyasının təcavüzündən sonra Ukrayna dünyanın ən döyüşkən ordularından birinə çevrilib. Citypost.az xəbər verir ki, professorun sözlərinə görə, müharibə ölkəni böyük dağıntı və məhrumiyyətlərə düçar etsə də, xalqın döyüş əzmini, iradəsini və azadlıq ruhunu qıra bilməyib.O qeyd edib ki, Ukrayna ordusunda xidmət edən çoxsaylı qadınların şücaəti də bu dözümlülüyün və mübarizə əzminin göstəricisidir. Qulu Məhərrəmlinin fikrincə, bu qadınlar ataları, qardaşları və ərləri ilə birlikdə azad Ukraynanın qəhrəmanlıq tarixini yazırlar....
29 Aprel 2026, 10:42