Ədəbiyyat, yoxsa siyasət? Sayman Aruz yazır...
Söz adamı 30 Aprel 2026, 10:24
8374
Ədəbiyyatla siyasətin qarşılıqlı əlaqəsi yeni mövzu deyil. Ədəbiyyat Siyasətin bədii ifadə formasıdır. Təsadüfi deyil ki, bu mübarək münasibətin kökləri qədim Yunanistan-a, xüsusilə Əflatunun fəlsəfi irsinə qədər gedib çıxır. Sonrakı dövrlərdə Jan Jak Russo kimi mütəfəkkirlər bu iki sahəni paralel şəkildə inkişaf etdirmiş, ictimai-siyasi nəzəriyyə ilə yanaşı bədii yaradıcılığa da müraciət etmişlər.
Bu münasibətin tarixdə konkret və sistemli ifadələrindən biri də Səlcuqlu dövrünə aiddir. Nizamülmülkün qələmə aldığı Siyasətnamə əsəri siyasətin idarəetmə prinsiplərini izah etsə də, onun dili və üslubu sırf quru siyasi traktat deyil. Əsərdə hekayələr, nümunələr və bədii elementlər vasitəsilə siyasi düşüncə təqdim olunur. Bu isə göstərir ki, hələ orta əsrlərdə belə siyasət özünü ifadə etmək üçün ədəbiyyatın imkanlarından istifadə etmiş, ədəbiyyat isə siyasətin daşıyıcısına çevrilmişdir.
Daha yaxın tarixə nəzər saldıqda Bertrand Rassel və Jan Pol Sartr kimi kimi filosofların həm fəlsəfi, həm siyasi, həm də ədəbi fəaliyyət göstərdiklərini görürük. Edvard Səid isə ümumiyyətlə, aydının rolunu məhz ədəbiyyatla siyasətin kəsişmə nöqtəsində müəyyənləşdirirdi.
Bu xətt üzrə düşünən digər mütəfəkkirlər – məsələn, Artur Şopenhauer və Fridrix Nitşe – öz fəlsəfi ideyalarını elə bir üslubda təqdim etmişlər ki, onların mətnlərində forma ilə məzmunun yaxınlaşması aydın hiss olunur. Hətta bir çoxları Nitşeni filosofdan daha çox ədəbiyyatçı kimi qəbul edir.
Bütün bu yaxınlığa baxmayaraq, sual açıq qalır: nə üçün ədəbiyyat və siyasət arasında bu qədər məsafə mövcuddur? Niyə ədəbiyyatçılar və siyasətçilər çox vaxt ayrı düşür, ortaq platformada birləşə bilmirlər? Qərb cəmiyyətlərində bu problem daha az hiss olunsa da, bizim kimi ölkələrdə bu iki sahə arasında ciddi sərhədlər mövcuddur. Bu münasibəti anlamaq üçün ilk növbədə onların fərqlərini müəyyənləşdirmək lazımdır.
Siyasət nədir?
“Siyasət” anlayışını düzgün dərk etmək üçün onu iki səviyyədə ayırmaq vacibdir:
1-siyasət aparmaq (praktik fəaliyyət)
2-siyasət elmi
Gündəlik həyatda siyasət daha çox praktiki fəaliyyət kimi başa düşülür. İnsanların bir araya gəldiyi hər yerdə – istər dövlət qurumlarında, istər şirkətlərdə, istərsə də ictimai birliklərdə – güc münasibətləri və maraq toqquşmaları siyasətin əsasını təşkil edir.
Siyasət elmi isə bu prosesləri öyrənir və "hakimiyyətin mahiyyəti nədir?, siyasi sabitlik və dəyişiklik necə yaranır?o ideal siyasi sistem nədir?"- kimi suallara cavab axtarır.
Daha dəqiq desək, bu elm, dövlətlə vətəndaş arasındakı münasibətləri sistemli şəkildə izah etməyə çalışır.
Bəs ədəbiyyatın mahiyyəti nədir:
Siyasətdən fərqli olaraq ədəbiyyat birbaşa fərdin dünyasına yönəlir. O, insanın daxili aləmi ilə əlaqə qurur və duyğular vasitəsilə təsir edir. Georg Vilhelm Fridrix Hegel bu barədə yazırdı ki, həqiqət və gözəllik bir-birinə yaxındır və incəsənət azad olduqda öz həqiqi mahiyyətini ortaya qoyur.
Ədəbiyyat yalnız əyləncə vasitəsi deyil. Əgər onu sadəcə vaxt keçirmək kimi dəyərləndirsək, yaradıcılığın dərinliyinə haqsızlıq etmiş olarıq. Eyni zamanda onu sırf “faydalı alət” kimi görmək də doğru deyil. İmmanuel Kantın ifadə etdiyi kimi, estetik yaradıcılıq müəyyən mənada “qərəzsizdir”.
Ədəbiyyatın gücü ondadır ki, o həm zövq verir, həm də düşüncə yaradır. Məhz bu xüsusiyyət onu siyasətlə əlaqəyə gətirən əsas körpüdür.
Bəs dəbiyyat və siyasət arasındakı əsas fərqlər nədir:
- Fərdilik və universallıq:
Ədəbiyyat fərdi təcrübələrdən çıxış edir, siyasət isə ümumi prinsiplər qurmağa çalışır.
- Ehtimal və zərurət:
Ədəbiyyat təsadüfləri və ehtimalları qəbul edir, siyasət isə reallıq və qanunauyğunluq axtarır. Bertolt Brextin dediyi kimi, həqiqət üzə çıxarılmalıdır.
-Yaradıcılıq və kəşf:
Ədəbiyyat yeni dünyalar yaradır, siyasət isə mövcud gerçəklikləri izah edir. Lüdviq Vitgenşteyn ədəbiyyatı “dünyanın təsviri” kimi görürdü.
-Sirr və açıqlama:
İris Mördokə görə, ədəbiyyat sirr yaradır, siyasət isə onu izah və bəzən də ifşa etməyə çalışıra
-Təsəvvür və məntiq:
Ədəbiyyat hisslərə təsir edir, siyasət isə məntiqə əsaslanır.
-Forma və məzmun:
Ədəbiyyat formaya, siyasət isə məzmuna daha çox önəm verir.
Bu münasibəti daha dərindən anlamaq üçün tarixə nəzər salmaq vacibdir:
Klassik dövrdə – Qədim Yunanıstan və xristian dünyasında – fərd ictimaiyyətdən ayrı düşünülmürdü. Ədəbiyyat və siyasət paralel inkişaf edir, əxlaq isə ictimai həyatın ayrılmaz hissəsi sayılırdı. Homer və yunan tragediya müəllifləri bu sintezinin nümunəsidir.
Xristian dövründə isə dünya daha çox günah və əzab məkanı kimi qəbul olunduğu üçün estetik zövq ikinci plana keçdi.
Modern dövrdə, xüsusilə Renessans ilə birlikdə insan mərkəzə çəkildi. Artıq insan yaradıcı güc kimi qəbul edildi və ədəbiyyatla siyasət bir-birindən ayrılmağa başladı.
Sonrakı mərhələdə romantizm, modernizm və nəhayət postmodernizm bu münasibətləri daha da mürəkkəbləşdirdi. Postmodern yanaşma isə hakimiyyətə, vahid həqiqətə və sabit mənalara qarşı çıxaraq ədəbiyyatı etiraz və üsyan alətinə çevirdi.
Bütün bu fərqlərə baxmayaraq, ədəbiyyat və siyasət bir-birindən tam ayrılmazdır. Karl Marksın fikrincə, insanın şüuru onun ictimai varlığı ilə müəyyən olunur. Bu baxımdan ədəbiyyat da, siyasət də eyni ictimai reallığın fərqli ifadə formalarıdır. Deməli, əsas sual budur: ədəbiyyat siyasətə xidmət etməlidir, yoxsa öz müstəqilliyini qorumalıdır?
Bu sual əslində iki fərqli düşüncə sisteminin toqquşmasıdır. Bir tərəfdə ədəbiyyatı azad və müstəqil sahə kimi görənlər dayanır. Bu yanaşmaya görə, ədəbiyyatın əsas vəzifəsi gözəlliyi yaratmaq, insanın daxili dünyasını ifadə etmək və həqiqəti estetik formada təqdim etməkdir. İmmanuel Kantın “qərəzsiz estetik mühakimə” anlayışı bu mövqenin fəlsəfi əsaslarından biridir. Bu baxışa görə, ədəbiyyat hər hansı ideologiyanın və ya siyasi gücün alətinə çevrildiyi anda öz mahiyyətini itirməyə başlayır.
Digər tərəfdə isə ədəbiyyatı ictimai məsuliyyət daşıyan sahə kimi qəbul edənlər var. Karl Marks və onun davamçıları hesab edirdilər ki, ədəbiyyat və incəsənət cəmiyyətin sosial-iqtisadi quruluşundan kənarda mövcud ola bilməz. Bu baxışa görə, ədəbiyyat ya mövcud sistemi möhkəmləndirir, ya da ona qarşı çıxır – amma heç vaxt neytral qalmır.
Bu iki mövqe arasında seçim etmək asan deyil. Çünki tarix göstərir ki, ədəbiyyat heç vaxt tam azad da olmayıb, tam asılı da.
Ədəbiyyatın siyasətə tabe olduğu anlar:
Tarixdə çoxsaylı nümunələr var ki, ədəbiyyat birbaşa siyasi ideologiyanın təsiri altına düşüb. Xüsusilə qədim totalitar rejimlərdə ədəbiyyat “tərbiyə vasitəsi” kimi istifadə olunub. Bu zaman yazıçıdan gözlənilən əsas şey həqiqəti deyil, “lazımi həqiqəti” yazmaq olur.
Belə şəraitdə ədəbiyyatın dili dəyişir: simvollar artır, dolayı ifadə güclənir, açıq fikir yerini gizli mənaya verir. Yazıçı artıq təkcə yaradan deyil, həm də gizlədənə çevrilir.
Bəs ədəbiyyatın müqavimət gücü?
Amma eyni zamanda ədəbiyyatin tarix boyu siyasətə qarşı müqavimət forması da olub. Bəzən bir şeir, bir roman, bir obraz açıq siyasi çıxışdan daha güclü təsir yaradır.
Məhz bu məqamda ədəbiyyat siyasətin alternativinə çevrilir. Çünki siyasət çox zaman güc üzərində qurulur, ədəbiyyat isə təsir üzərində.
Fridrix Nitşe yazırdı ki, söz bəzən qılıncdan daha dərin yaralayır. Bu fikir ədəbiyyatın görünməyən, amma davamlı təsir gücünü izah edir.
Azərbaycan reallığında ədəbiyyat və siyasət:
Azərbaycan mühitində bu münasibət daha mürəkkəb və həssasdır. Burada ədəbiyyat çox zaman milli kimliyin qorunması funksiyasını daşıyıb. Xüsusilə də xalqımızın yaddaşında milli faciə kimi yadda qalan 1813-1828 Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycan ədəbiyyatı istər-istəməz siyasətlə birlikdə hərəkət edib.
Axundov, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Mikayıl Müşviq, Əhməd Cavad, Səməd Behrəngi, Bəxtiyar Vahabzadə, Mirzə İbrahimov. Mircəlal Paşayev, Balaş Azəroğlu, Süleyman Rüstəm, Məmməd Araz, Səhənd və Zöhrab Tahir kimi şairlərin poeziyasında milli azadlıq ideyası, eyni zamanda dil və yaddaş məsələsi – artıq sırf ədəbi deyil, həm də ciddi siyasi-ictimai hadisələr kimi özünü göstərib. O kimi ediblərdə ədəbiyyat birbaşa milli varlığın qorunması vasitəsinə çevrilmişdir. Bu gün də gənc ədiblərimizin əsərlərində eyni siyasi-mədəni xətt davam edir. Burada yazmaq sadəcə estetik fəaliyyət deyil – qələm silah, ədəbiyyat isə mövcudluğun ifadəsidir.
Bəs sərhəd haradadır?
Bütün bu deyilənlərdən sonra əsas sual yenidən ortaya çıxır: ədəbiyyatla siyasətin sərhədi haradan keçir? Əslində bu sərhəd sabit deyil. O: dövrdən dövrə dəyişir, cəmiyyətdən cəmiyyətə fərqlənir, bəzən tamamilə yox olur.
Ədəbiyyat siyasətdən qaça bilməz, çünki o, insanı və cəmiyyəti təsvir edir. Siyasət də ədəbiyyatdan uzaq qala bilməz, çünki o, insanın düşüncəsinə təsir etmək istəyir.
Ədəbiyyat və siyasət qarşı-qarşıya qoyulan iki düşmən sahə deyil. Onlar fərqli dillərlə danışan, amma eyni reallığı izah etməyə çalışan iki gücdür.
Ədəbiyyat həqiqəti hiss etdirir, yaşadır və təbliğ edir. Siyasət isə həqiqəti idarə etməyə çalışır. Bəlkə də əsas fərq elə buradadır. Ancaq mənim fikrimcə bu fərq kimi görünsə də əslində ədəbiyyat və siyasətin eyni mənbə və məqsədə xidmət etdiyini bir daha sübut etmiş olur. Onların hər ikisi də həqiqətin carçılarıdır...
Sayman Aruz
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
SABİR RÜSTƏMXANLI: DƏYİŞMƏZ VƏ ƏBƏDİ ÜNVANIMIZ — Sabir Abdin YAZIR
Əslində Sabir Rüstəmxanlı dünyaya göz açdığı, çırağı haqdan yanan o balaca qartal yuvası ev, ocaq, böyüdüyü, qol-qanad açdığı kənd, o taylı, bu taylı böyük Azərbaycan, qüdrətli, nəhəng Türk dünyası və nəhayət, ucsuz-bucaqsız kainatımızın özü boyda bir coğrafiyadır, silinməz, bölünməz bir xəritədir, yeriyən, yürüyən Vətəndir.Sabir Rüstəmxanlı əbədidir.Biz Sabir bəyin bənzərsiz, dillər əzbəri olan şeirləriylə, sözlərinə yazılmış nəğmələrlə böyümüşük, pərvazlanmışıq, o uzaq dağ kəndlərindən bu adın, bu odun işığını tutub gəlmişik. Sabir Rüstəmxanlının bənzərsiz yaradıcılığı, şəxsiyyəti, Azərbaycan uğrunda mübarizə dolu həyatı gəncliyimiz üçün, şəxsən mənim üçün nümunə olmuşdur.Yaxşı yadımdadır, ağır və təlatümlü 90-cı illərin əvvəllərində Kürdəmir rayon prokurorluğunda çalışırdım. Bir nəfər barəsində aparılan...
20 May 2026, 11:53
Fatimə Novruzova: “Yalan insanı öz həqiqətindən uzaqlaşdırır”
İnsan həyatda çox seçimlərlə qarşılaşır. Bu seçimlərdən ən önəmlilərindən biri isə doğru ilə yalan arasında edilən seçimdir. Bəzən bir söz insanın taleyini dəyişə, bir həqiqət münasibətləri qoruya, bir yalan isə illərlə qurulan etibarı məhv edə bilər. Müasir dövrdə insanlar çox zaman həqiqəti gizlətməyi çıxış yolu hesab etsələr də, dürüstlük hər zaman insanın mənəvi dəyərini müəyyən edən əsas xüsusiyyətlərdən biri olaraq qalır. Mənim fikrimcə, yalan yalnız başqasını aldatmaq deyil, həm də insanın öz vicdanına qarşı etdiyi ən böyük haqsızlıqdır. Məhz buna görə “Yalan mənim üçün nədir?” sualı mənim daxili dünyamda xüsusi məna daşıyır.Citypost.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin...
19 May 2026, 10:21
O, rəhbər olmaq üçün doğulub... Elman Eldaroğlu yazır...
"Yardımlı Xeyriyyə Cəmiyyəti"nə rəhbərlik etdiyim vaxtlarda Yardımlı rayon Mərkəzi Xəstəxanasında çox olmuşam. Həmin vaxtlar hər il ramazan bayramında oraya həkim briqadaları apararaq cərrahiyyə əməliyyatlarına, müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla yerli sakinin təmənasız şəfa tapmasında vasitəçi olmuşam. Onda mərkəzi xəstəxananın baş həkimi, hörmətli eloğlum Rasim Əkbərov, direktoru isə Mir Əbülfəz ağa idi. Haqqında söhbət açmaq istədiyim Ravil Qənbərov ilə isə tanışlığım olmayıb. Buna baxmayaraq, 2025-ci ildə Yardımlı rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilən Ravil bəy haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Axı, mayın 14-ü Ravil Qənbərovun ad günüdür. Gənclərə diqqət göstərmək biz yaşlı nəslin borcudur...Ravil bəy 1988-ci ilin may ayına düşən şənbə...
14 May 2026, 08:56
Ağrı və iradənin dialoqu. Şəmsi Qoca yazır...
Gecənin ən qatı sükutunda, saatın əqrəbləri "üç"ün üzərində donub qalanda, otağın küncündə iki kölgə üz-üzə gəldi. Biri ağır, boğucu və amansız idi – Ağrı. Digəri isə yorğun, amma gözlərində sönməz bir atəş daşıyan İradə.Ağrı qəddar bir gülümsəmə ilə pıçıldadı:— "Hələ də yorulmadınmı? Artıq bir il yarımdır ki, mən sənin bədənində hər hüceyrəyə bir zəncir vurmuşam. Gecələrini yuxusuzluğa, gündüzlərini isə mənə məhkum etmişəm. Niyə hələ də o qələmi əlindən yerə qoymursan? Görürsən ki, mən hər gün bir az daha böyüyürəm, sən isə hər gün bir az daha kiçilirsən."İradə sakit, amma sarsılmaz bir səslə cavab verdi:— "Sən mənim bədənimi zəncirləyə bilərsən, amma...
11 May 2026, 12:29
Bolşeviklər Gəncə üsyanından sonra Bülbülü niyə öldürmədilər ? Zaur Əliyev yazır...
Bülbül – Murtuza Məşədi Rza oğlu 1897-ci ildə Şuşada anadan olmuşdur. 1914-cü ildə Bülbül Gəncəyə köçür və Gəncə həyatı onun müğənnilik həyatında böyük rol oynayır. O, ilk dəfə Gəncədə böyük sənətkar Cəmil Əmirovun “Seyfəlmülk ” adlı opera tamaşasında çıxış edir. Murtuza Məmmədov "Bülbül" adını Gəncədə alıb. Cavad Xanın nəvəsi Şirinbəyim xanım Ziydxanlı o adı verib.1920-ci ildə 28 mayı Gəncədə böyük coşğu ilə keçirildiyi zaman orda mahnı ifa edir. Belində silahla Bülbül Azərbaycan himnin ifa edir. Qeyd edim ki, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusu Bakını azad etməyə gələndə, Bülbül onları "Azərbaycan marşı" və milli mahnılarla qarşılayan şəxslərdən biri idi. Rusların Gəncəni bombalaması,...
11 May 2026, 12:07
Əhmədağa Muğanlınin 100 illiyi: “İllər keçəcək, onu filmləri yaşadacaq”
Bu gün Əhmədağa Muğanlının 100 illiyidir…“Kaş oğlu Araz Qurbanov atasının 100 illiyi ilə bağlı hər hansı bir tədbir keçirib, oxucularını dəvət edəydi. Heç olmazsa, mərasim evlərinin birində ehsan süfrəsi açıb, Əhmədağasevərləri bir araya gətirəydi…”XX əsr Azərbaycan ədəbiyyatının tərəqqi dövrü olub. Sözsüz ki, həmin dövr ədəbiyyatımıza çox böyük şəxsiyyətlər bəxş edib. Onlardan Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Məmməd Səid Ordubadinin, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Əliağa Vahidin, Səməd Vurğunun, Məmməd Arazın, İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Musa Yaqubun, Əhmədağa Muğanlının və s. yazarlarımızın adlarını çəkə bilərik...Bildiyiniz kimi “Atları yəhərləyin” filmi Süleyman Rüstəmin “Qaçaq Nəbi” mənzum pyesinin...
11 May 2026, 11:50