Azıx mağarası: Qədim insan izlərinin ən mühüm ünvanlarından biri
Maraqlı 30 Aprel 2026, 09:03
1369
Azıx mağarası Azərbaycanın və bütövlükdə Qafqazın ən qədim insan məskənlərindən biri hesab olunur.
Citypost.az xəbər verir ki, bu mühüm arxeoloji abidə 1960-cı ildə azərbaycanlı arxeoloq Məmmədəli Hüseynov tərəfindən kəşf edilib.
Aparılan qazıntılar zamanı mağarada ümumi qalınlığı 14,5 metrə çatan çöküntü qatları müəyyən olunub və onlar 10 təbəqəyə ayrılıb. Xüsusilə üçüncü təbəqə (təxminən 2–3 metr dərinlikdə) zəngin tapıntıları ilə seçilir. Bu qatdan 4 minə yaxın daş əmək aləti və ibtidai insanların ovladığı heyvanlara aid minlərlə sümük qalıqları aşkar edilib. Tapılan alətlər Mustye mədəniyyətinə aiddir və bu təbəqənin yaşı təxminən 150 min il hesab olunur.
Mağaranın ən mühüm tapıntılarından biri isə 1968-ci ildə beşinci təbəqədən aşkarlanan ibtidai insana aid alt çənə sümüyüdür. Bu tapıntı elmdə Azıxantrop adı ilə tanınır. Həmin çənə sümüyü hazırda Azərbaycan Tarix Muzeyində qorunur.
Azıx mağarası yalnız regional deyil, həm də qlobal əhəmiyyətə malik paleolit abidəsidir. Hikmət Hacıyev bildirib ki, burada aparılan tədqiqatlar Neandertal və Homo sapiensin bölgədə birgə və ya paralel yaşayış ehtimalları barədə yeni elmi nəticələr ortaya qoya bilər.
Həmçinin oxuyun
Hazırda Azıx mağarasında həm yerli, həm də beynəlxalq alimlərin iştirakı ilə arxeoloji tədqiqatlar davam etdirilir və bu araşdırmalar insan tarixinin ən qədim mərhələlərinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Dezodorantlar tərləməni dayandırır, yoxsa sadəcə qoxunu gizlədir?
Bir çox insan düşünür ki, dezodorantlar tər vəzilərini bağlayaraq tərləməni tamamilə dayandırır. Halbuki mütəxəssislərin sözlərinə görə, tərləmənin özü əslində qoxusuzdur. Tər əsasən sudan və duzdan ibarət olur.Bəs o zaman xoşagəlməz qoxu necə yaranır?Citypost.az xəbər verir ki, alimlər bildirirlər ki, qoltuqaltı nahiyəsində yaşayan milyonlarla bakteriya ifraz olunan təri parçalayır. Məhz bu proses nəticəsində müxtəlif qoxulu maddələr və qazlar əmələ gəlir. İnsanların hiss etdiyi pis qoxunun əsas səbəbi də bakteriyaların fəaliyyəti hesab olunur.Mütəxəssislər qeyd edirlər ki, adi dezodorantların əsas funksiyası tərləməni tam dayandırmaq deyil, bakteriyaların çoxalmasını azaltmaq və qoxunu neytrallaşdırmaqdır.Dezodorantların tərkibində olan xüsusi antibakterial maddələr bakteriyaları ya məhv edir, ya da onların...
15 May 2026, 10:57
860 voltluq ŞOK: elektrikli ilanbalığı necə enerji istehsal edir?
Amazon və Orinoko çaylarının palçıqlı, qaranlıq sularında yaşayan Elektrikli ilanbalığı təbiətin ən heyrətamiz canlılarından biri hesab olunur. Maraqlıdır ki, adına baxmayaraq, bu canlı əslində həqiqi ilanbalığı deyil. O, xüsusi elektrik istehsal etmə qabiliyyəti ilə tanınan fərqli bir balıq növüdür.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, elektrikli ilanbalığı bir zərbə zamanı təxminən 860 volta qədər elektrik enerjisi yarada bilir. Bu isə adi məişət prizlərindəki gərginlikdən bir neçə dəfə yüksək hesab olunur. Belə güclü elektrik impulsu ovunu iflic etmək və özünü təhlükələrdən qorumaq üçün istifadə edilir.Alimlər bildirirlər ki, bu canlıların bədəninin böyük hissəsi elektrik istehsalına xidmət edir. Elektrikli ilanbalığının orqanizmində “elektrosit” adlanan...
15 May 2026, 10:44
Soğan doğrayarkən niyə ağlayırıq? – ŞOK SƏBƏB
Mətbəxdə soğan doğrayarkən gözlərin yaşarması demək olar ki, hər kəsin yaşadığı haldır. Alimlərin sözlərinə görə, bunun səbəbi soğanın özünü qorumaq üçün inkişaf etdirdiyi xüsusi müdafiə mexanizmidir.Citypost.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, Soğan kəsildiyi və ya əzildiyi zaman hüceyrələri parçalanır və bunun nəticəsində xüsusi kimyəvi maddələr havaya yayılır. Bu maddələr soğanın təbiətdə heyvanlar və digər canlılar tərəfindən yeyilməsinin qarşısını almağa xidmət edir.Araşdırmalara görə, bıçaq soğanın qatlarını kəsdiyi anda fermentlər reaksiyaya girir və havaya gözləri qıcıqlandıran qaz buraxılır. Həmin qaz gözlə təmas etdikdə yanma, batma və qıcıqlanma hissi yaradır.Gözlər isə bu qıcıqlandırıcı maddədən qorunmaq üçün dərhal müdafiə reaksiyası verir. Nəticədə göz yaşı...
14 May 2026, 10:36
Balina südünün niyə diş məcunu kimi qatı olduğunu bilirdinizmi?
Balinaların südü adi heyvan südündən tamamilə fərqlənir. Hətta onun qıvamı bildiyimiz mayelərdən çox, diş məcununun sıx və yapışqan quruluşunu xatırladır. Bunun əsas səbəbi isə balinaların okeanda yaşaması və balalarının su altında qidalanmasıdır.Citypost.az-ın məlumatına görə, alimlərin sözlərinə görə, Balina anaları südün su ilə qarışaraq dağılmasının qarşısını almaq üçün olduqca yağlı və qatı süd ifraz edir. Bu südün tərkibinin təxminən 50 faizi saf yağdan ibarət olur ki, bu da onu dünyanın ən qidalı və ən yoğun südlərindən birinə çevirir.Mütəxəssislər bildirirlər ki, balina südü okean suyuna qarışdığı zaman adi maye kimi yayılmır. Əksinə, yapışqan və qalın kütlə halında qalır. Bu xüsusiyyət balanın südü...
14 May 2026, 09:42
Sovet dövründə qadağan olunmuş musiqilər necə dinlənilirdi? — “sümük üzərində musiqi” fenomeni
Sovet dövründə, xüsusilə 1940–1950-ci illərdən sonra Qərb musiqisinin bir çox nümunələri qadağan edilmiş və ya ciddi nəzarət altında saxlanılmışdı. Buna baxmayaraq, gənclər sevdikləri xarici mahnılara qulaq asmaq üçün olduqca qeyri-adi və riskli bir üsul tapmışdılar.Citypost.az xəbər verir ki, bu fenomen tarixdə “sümük üzərində musiqi” və ya “röntgen musiqi valları” kimi tanınırdı. Çünki istifadə olunan materiallar həqiqətən də xəstəxanalardan atılmış rentgen plyonkaları idi.Həmin dövrdə qara bazarda orijinal vinil valları tapmaq çox çətin və baha idi. Ona görə də gənclər xəstəxana tullantılarından toplanan rentgen filmlərini götürür, onları dairəvi şəkildə kəsir, ortasında deşik açaraq sadə bir val formasına salırdılar. Daha sonra xüsusi ev...
13 May 2026, 11:08
Bərbərxanaların qarşısındakı fırlanan sütunun sirri — onun arxasında qanlı tarix gizlənir
Bu gün bir çox bərbərxananın qarşısında gördüyümüz qırmızı, ağ və mavi zolaqlarla bəzədilmiş fırlanan sütun əksər insanlara sadəcə dekorativ bir simvol kimi görünür. Citypost.az xəbər verir ki, lakin tarixçilərin sözlərinə görə, bu məşhur nişanın arxasında olduqca maraqlı və bir qədər də qaranlıq keçmiş dayanır.Araşdırmalara görə, orta əsrlərdə bərbərlər yalnız saç və saqqal kəsməklə məşğul olmurdular. O dövrdə tibbin kifayət qədər inkişaf etməməsi səbəbindən insanlar bir çox sağlamlıq problemləri üçün də məhz bərbərlərə müraciət edirdilər.Bərbərlər qan alma, diş çəkmə və hətta bəzi kiçik cərrahi prosedurları həyata keçirirdilər.Tarixçilər bildirirlər ki, o dövrdə “qan alma” üsulu müxtəlif xəstəliklərin müalicəsi hesab olunurdu. İnsan orqanizmindəki “pis...
13 May 2026, 10:11