Bizə yazın

Baku

-°C

USD

-

İsmayıllı şəhərində "Sağlam məhəllə" layihəsi çərçivəsində yeni idman zonası açılıb 

İdman 30 Aprel 2026, 10:02

300

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən "Sağlam məhəllə" layihəsi çərçivəsində İsmayıllı şəhərində idman zonası istifadəyə verilib.

Bu barədə Citypost.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Açılış mərasimində nazir Fərid Qayıbov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və idmançılar iştirak ediblər.

Ərazidə minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla söhbət edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan çimərlik futbolu millisi ilk yoldaşlıq matçında Belarusa uduzub 

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi ilk yoldaşlıq oyununu keçirib."Report" xəbər verir ki, komanda Belarus yığması ilə qarşılaşıb.Su İdmanı Sarayında təşkil olunan görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.Millimizin heyətində qolu Ramil Əliyev vurub.

30 Aprel 2026, 10:44

"Fənərbağça"da növbəti prezident seçkilərinin tarixi açıqlanıb 

Türkiyənin "Fənərbağça" klubunda növbəti prezident seçkilərinin tarixi müəyyənləşib."Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin hazırkı rəhbəri Sadəttin Saran klubun mətbuat xidmətinə açıqlamasında bildirib.O, seçkilərin iyunun 6-7-də olacağını vurğulayıb.Xatırladaq ki, Sadəttin Saran 2025-ci ilin sentyabrından "Fənərbağça"nın prezidentidir.

28 Aprel 2026, 17:56

"Real"ın futbolçusu Eder Militao əməliyyat olunub 

İspaniyanın "Real" klubunun futbolçusu Eder Militao əməliyyat olunub."Report" xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.28 yaşlı braziliyalı müdafiəçi sol ayağından cərrahi müdaxiləyə ehtiyac duyub.O, yaxın günlərdə reabilitasiyaya başlayacaq.Xatırladaq ki, Eder Militao cari mövsüm İspaniya La Liqasında 16 oyunda 2 qolla yadda qalıb.

28 Aprel 2026, 17:51

“Liv Bona Dea Arena”  stadion yenilənir

Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”da təbii ot örtüyünün yenilənməsi məqsədilə genişmiqyaslı renovasiya işlərinə start verilib.Bu barədə Citypost.az-a AFFA-dan məlumat verilib.Bildirilib ki, aparılan işlər UEFA-nın “Hat-Trick” layihəsi çərçivəsində həyata keçirilir və stadionun infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edir. Layihə çərçivəsində meydanın keyfiyyətinin artırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və oyun şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.

27 Aprel 2026, 17:42

Tanınmış vəkil:Bir-birinizi qıranca, girib, futbol qaydalarını oxuya bilərsiniz

Nə Sabah, nə də Qarabağ azərkeşiyəm. Mən Neftçiyə azərkeşlik edirəm. Bugünkü oyunda mübahisəli penalti epizodu barədə deyim ki, orada penalti epizodu yox idi.Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) "Oyun Qaydaları" kitabında Maddə 12-də deyilir ki, əllə oynama qayda pozuntularını müəyyən etmək məqsədilə, qolun yuxarı sərhədi qoltuqaltının alt səviyyəsi ilə eyni xətdə hesab olunur. Oyunçunun əlinin qolunun topla hər təması qayda pozuntusu deyil.Qaydalara əsasən, əgər top qüvvətli zərbə ilə vurulubsa və oyunçunun əli həqiqətən təbii vəziyyətdədirsə (bədənin yanında), bu halda məsafədən asılı olmayaraq penalti sayılmır. Müasir futbol qaydalarında ən vacib amil qolun bədəni süni şəkildə böyüdüb-böyütməməsidir. Oyunçunun qolu bədəninə bitişikdirsə və ya həmin...

24 Aprel 2026, 11:29

Xanım jurnalist: Futbolda sağlam rəqabət olmalıdır

Mən bəzi futbol azarkeşlərini anlamıram. Siz hər il eyni komandanın - “Qarabağ”ın çempion olmasını istəyirsiniz? Başqa klub çempion olmamalıdır? ÇL-ə vəsiqə qazanmamalıdır?ÇL-də mübarizəyə kökləndilər bu il, daxildə hansısa proseslər gedir, ya nədir, bilmirəm. Hamımız “Qarabağ”ın ölkə adına tarix yazmağına sevinirdik. İndi sıra başqa klublarda olmamalıdırmı? Ya adının yükünə görə ancaq onu görmək istəyirsiniz? Özüm “ölkəni təmsil etmək” yazmadım, çünki klub turnirlərində bu anlam yoxdur. Hər klub öz şəhərini, azarkeşlərini - özünü təmsil edir. Heç təsəvvür edə bilirsiniz ki, İspaniyadan “Atletik Bilbao” klubu sırf Bask ölkəsinin onlardan qopmaması üçün və dünyada İspaniyanın tərkibi kimi tanınması üçün dəstək alsın və ÇL-də çıxış edəndə “Real”, “Barselona”,...

24 Aprel 2026, 11:16