Bizə yazın

Baku

-°C

USD

-

Tamam Cəfərova: Müstəqilliyimizi qorumaq onu qazanmaqdan daha çətindir

Siyasət 28 May 2026, 08:28

4860

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından 108il ötür. 108 il öncə Azərbaycan xalqı çoxəsrlik tarixində dəfələrlə olduğu kimi azadlıq, müstəqillik uğurunda mübarizəyə başlamış və nəticədə 1918-ci il mayın 28-də xalqımız özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasının yaradılmasına nail olmuşdur. XX əsrin əvvəllərində dünyada yeni nizamın formalaşdığı tarixi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi varlığını təsbit etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur.  Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.Ancaq Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhuriyyəti çox yasaya bilmədi, cəmi iki ilə yaxin müddət ərzində yasayıb, süqut etdi. Azərbaycan xalqı Xalq Cumhuriyyətinin qurucularının xatirəsini hər zaman dərin hörmət və ehtiramla yad edir. Onların əziz xatirəsini hörmətlə anırıq.

Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Tamam Cəfərova bildirib.

"1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. 

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmadığına görə xalqımız böyük faciələrlə üzləşmişdir. Xüsusilə vurğulamalıyıq ki, həm  Şərqi Zəngəzur, həm Qarabağ bu illərdə işğala məruz qaldı. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Ulu Öndərin dediyi kimi, müstəqilliyi qorumaq, onu əldə etməkdən daha çətindir.Azərbaycan əsl müstəqilliyini məhz 1993-cü ildə- #UluÖndər Heydər Əliyev xalqın  çağrışı ilə  yenidən hakimiyyətə gəldikdən sonra əldə etmişdir. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın banisi və memarı, cənab Prezident İlham Əliyev isə bütöv Azərbaycanın banisi və memarıdır. Hər iki lider adlarını müstəqil Azərbaycanın tarixinə qızll hərflərlə yazıblar.  Bu gün Aəzrbaycan dünyada analoqu olmayan dinamik inkişaf nümayiş etdirir. Ölkədə bütün istiqamətlərdə davamlı və ardıcıl işlər görülür. Bunu xüsusilə işğaldan azad olunmuş ərazilərin bərpasında görə bilərik. Bütün dünya Azərbaycanın Qarabağda gördüyü qruculuq və bərpa işlərini heyranlıqla izləyir. İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Nəzərə alsaq ki, işğaldan azad olunan ərazilər 4 Lüksemburq və 1 Livanın ərazisinə bərabərdir, onda görülən işlərin həcmi daha da heyranlıq oyadır.

✅Vətən müharibəsində və antiterror əməliyyatları nəticəsində Azərbaycanın yaratdığı yeni reallıq regionun və dünyanın siyasi gündəliyini tamamilə dəyişdirmişdir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bu gün güc amili ön plandadır, daha güclü olmalıyıq, güc toplamalıyıq. Güc amili bundan sonra da dünyada hakim olacaq. Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gələrək, həm gücünü, həm də ləyaqətini bütün dünyaya nümayiş etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Onu da qeyd etməliyik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetlərindən biri dövlətçilik ənənələrinə sadiqlikdir. Cəman Prezident çıxışlarından birində deyib: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”. 

Azərbaycan xalqı və dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini hər zaman uca tutur. Xatırladaq ki, 2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində və eləcə də dövlətçilik ənənələrinə sadiqlik baxımından mühüm əhəmiyyət kəsb edir. Onu da qeyd etmək lazımdır ki, 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir." - deyə Tamam Cəfərova bildirib

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hicab müzakirələrinin arxasında hansı məqsəd dayanır? – Deputatdan AÇIQLAMA

Azərbaycan bu gün müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü iqtisadi və siyasi potensiala malik, milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi beynəlxalq aləmdə özünəməxsus mövqeyi və nüfuzu ilə seçilir. Müasir dünyada müharibələrin, geosiyasi qarşıdurmaların, siyasi və iqtisadi ziddiyyətlərin dərinləşdiyi, beynəlxalq təhlükəsizlik sisteminin ciddi sınaqlarla üzləşdiyi bir şəraitdə ölkəmizin sabitlik, əmin-amanlıq və təhlükəsizlik mühitini qoruyub saxlaması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövlətinin həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasət, beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri, regional və qlobal əməkdaşlıq təşəbbüslərində fəal iştirakı ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verir.Azərbaycan təkcə regionda baş verən proseslərin fəal iştirakçısı deyil, həm də...

12 Oktyabr 2026, 16:06

Azərbaycanla Kamboca arasında üç sənəd mübadilə olunub 

Azərbaycanla Kamboca arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub.Citypost.az xəbər verir ki, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu ADA Universitetinin rektoru Hafiz Paşayev və Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutunun prezidenti Fann Makara mübadilə etdilər."Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın, habelə vergi üstünlüklərindən sui-istifadənin qarşısının alınması haqqında Saziş"i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov...

12 Oktyabr 2026, 12:48

“Paşinyan sülh adı ilə Ermənistanı gücləndirir” – Şəhla Cabbarlıdan SƏRT AÇIQLAMA

Araşdırmaçı-jurnalist, ictimai fəal Şəhla Cabbarlı Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti, Ermənistanın xarici əlaqələri və Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Ş. Cabbarlının sözlərinə görə, Paşinyanın əsas məqsədi sülh adı altında Ermənistanı təhlükəsiz bölgəyə çevirmək, ABŞ və Avropa şirkətlərini ölkəyə cəlb etmək, iqtisadi böhrandan çıxmaq və Ermənistanı Cənubi Qafqazın ən etibarlı dövlətinə çevirməkdir.Araşdırmaçı-jurnalistin fikrincə, Ermənistan rəhbərliyinin məqsədlərindən biri də Qərbə açılan nəqliyyat yolunun Ermənistan ərazisindən keçməsinə nail olmaq, bununla da Gürcüstanı və İranın Arazboyu bölgəsini arxa plana keçirməkdir.Şəhla Cabbarlı Ermənistanın müdafiə sahəsində siyasətinə də toxunaraq ölkənin Qərbdən və Hindistandan silah aldığını, müdafiə imkanlarını gücləndirdiyini qeyd edib.O, sosial...

12 Oktyabr 2026, 09:39

Kənan Rövşənoğlu: “Dövlət vətəndaşlarının ona olan inamı qədər güclüdür”

Jurnalist Kənan Rövşənoğlu ölkədə baş verən proseslərlə bağlı fikirlərini bölüşüb. O, kütləvi təbliğatın cəmiyyətə təsirindən və totalitar düşüncənin hələ də güclü olmasından məyus olduğunu bildirsə də, ümidini itirmədiyini vurğulayıb.Citypost.az xəbər verir ki, Jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.Kənan Rövşənoğlu qeyd edib ki, tanıyanlar onun hər zaman, hər mövzuda ağlın, məntiqin və sağlam düşüncənin üstün gələcəyinə inandığını bilirlər.“Neçə gündür müxtəlif təbəqələrdən insanlarla ünsiyyətdə oluram, insanlar maraqlanır, bu gedişatın hara gedəcəyini soruşur. Hələ də ümid edirəm, dövlətin hansısa yerlərində oturan vətənpərvər, müdrik insanların ağılsəlim, müdrik qərar verəcəyinə ümidimi itirməmişəm, sabah və ya qarşıdakı günlərdə bu mənasız, məntiqsiz, ölkəni, xalqı məyus edəcək...

12 Oktyabr 2026, 09:28

Elçin Rüstəmli: Trampın siyasəti Ukraynaya xəyanətdir

Siyasi şərhçi Elçin Rüstəmli ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı siyasətini və Ukraynada prezidentin dəyişdirilməsi barədə səsləndirdiyi fikirləri tənqid edib.Citypost.az xəbər verir ki, Elçin Rüstəmli bildirib ki, Tramp əvvəlcə Rusiyaya qarşı sanksiyaları dayandıraraq dizel sövdələşməsinə gedib, bu gün isə Ukraynada prezidentin dəyişməli olduğunu deyir.“Dünən Rusiyaya sanksiyaları dayandırıb dizel sövdələşməsinə getdi. Bu gün də deyir, Ukraynada prezident dəyişməlidir. Deyiləsi söz yoxdur artıq...Şübhəsiz ki, almanlar Hitlerdən utanc keçirdikləri kimi, amerikalılar da uzun illər Trampa görə bəşəriyyət qarşısında özlərini günahkar biləcəklər.Təkcə Ukraynaya xəyanət etdiyinə görə yox, bəşəri dəyərlərə vurduğu ağır zərbələrə görə...” – deyə siyasi şərhçi yazıb.Əli...

12 Oktyabr 2026, 09:23

“Energetika barışığı” Ukraynanın planlarını dəyişə bilər – Ədalət Verdiyevdən ŞƏRH

ABŞ Prezidenti Donald Trampın oktyabrın 11-də Ukrayna və Rusiya arasında energetika infrastrukturuna hücumların dayandırılmasını nəzərdə tutan “energetika barışığı” elan etməsi ilə bağlı hərbi ekspert Ədalət Verdiyev açıqlama verib.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, əgər bu razılaşma ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların kəskin yumşaldılmasını nəzərdə tutarsa, bu, Ukraynanın maraqlarına tam uyğun gəlməyəcək.Ədalət Verdiyevin sözlərinə görə, belə bir vəziyyətdə Ukrayna Rusiyanın hərbi hədəflərindən əlavə, data mərkəzlərinə, rabitə qovşaqlarına və istilik sistemlərinə daha çox zərbələr endirəcək.Turan...

12 Oktyabr 2026, 09:17