Politoloq: “Siyasətçilər video çəkməyi bacarmalıdır”
Siyasət 07 Sentyabr 2026, 10:22
3607
Politoloq Zaur İbrahimli Almaniyada keçirilən regional seçkilərin nəticələrində sosial medianın siyasi təbliğatda roluna diqqət çəkib.
Citypost.az xəbər verir ki, politolo bildirib ki, siyasətçilər artıq yalnız siyasi proqram və çıxışlarla deyil, sosial media platformalarında özlərini qısa və effektiv şəkildə təqdim etmək bacarığı ilə də seçicilərə təsir göstərməlidirlər:
“TikTok almanları pərişan elədi. İndi siyasətçilər gərək yaxşı video da çəkə bilsinlər və bir dəqiqəyə özlərini anlatsınlar”.
Politoloqun sözlərinə görə, Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən parlament seçkilərində sağçı populist “Almaniya üçün Alternativ” (AfD) partiyası ilkin nəticələrə əsasən 44 faiz səs toplayaraq böyük üstünlük əldə edib.
Zaur İbrahimli bu nəticədə partiyanın 35 yaşlı namizədi Uilrix Ziqmundun rolunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, Ziqmund ölkədə “TikTok ulduzu” kimi tanınır və geniş auditoriyaya məhz bu platforma vasitəsilə müraciət edir.
Həmçinin oxuyun
Politoloq hesab edir ki, seçkilərdə AfD-nin uğurunun bir sıra fundamental səbəbləri olsa da, partiyanın sosial mediada apardığı peşəkar və effektiv təbliğat da qələbədə mühüm rol oynayıb.
“Gözümüz qarşısında yeni kommunikasiya vasitələri əsas siyasi alətə çevrilir”, – deyə Zaur İbrahimli vurğulayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rövşən Muradov: Qubadlının potensialı ölkənin ümumi tərəqqisinə xidmət edəcək
Qubadlının inkişaf perspektivlərini qiymətləndirərkən bu bölgənin gələcəyini geniş iqtisadi və coğrafi imkanlar kontekstində nəzərdən keçirmək xüsusi əhəmiyyət daşıyır. Həkəri və Bərgüşad çayları hövzəsində yerləşən rayon təbii sərvətləri, kənd təsərrüfatı ənənələri və nəqliyyat əlaqələri baxımından Şərqi Zəngəzurun sosial-iqtisadi sistemində mühüm mövqeyə malikdir. Qubadlı Şəhəri Günü münasibətilə diqqət yetirilməli əsas məsələlərdən biri məhz azad edilmiş torpaqlarda həyatın uzunmüddətli, dayanıqlı və iqtisadi cəhətdən əsaslandırılmış şəkildə təşkili prosesidir.Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Citypost.az saytına açıqlamasında bildirib.Deputatın sözlərinə görə, bu baxımdan Nazirlər Kabinetinin 9 sentyabr 2025-ci ildə təsdiq etdiyi Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan mühüm strateji sənəddir. Şəhərin gələcək məkan...
24 Oktyabr 2026, 14:29
Zahid Oruc: İrəvanın təhlükəsizliyi Bakının qərarlarından asılıdır
Azərbaycan sülhü də müharibə kimi qazanacaq, Şuşa kimi..İrəvanın təhlükəsizliyi üçüncü paytaxtlarda müəyyənləşmir, məhz Bakının qərarı ilə təsdiqlənir.Azərbaycanla Ermənistan arasında hazırki münasibətləri xarakterizə edərkən, Xankəndi Zəfərindən sonra lokal və genişmiqyaslı toqquşmaların olmaması xüsusi vurğulanır. Lakin sülhün institusional əsasları, xalqlararası düşmənçiliyin azaldılması üçün davamlı tədbirlərin həyata keçirilmirsə,regional təhlükəsizlik arxitektutasının yaradılmadığı şəraitdə şərti sərhədlər növbəti toqquşmlara və yeni təmas xəttinə çevrilə bilər. Paradoks ondadır ki, sülhün siyasi və diplomatik əsasları yaradıldığı halda, onun hüquqi təsbitinə aparan proses hələ də başa çatmayıb. 8 avqust 2925-ci il tarixi yol ayrıcı, Azərbaycanın parlaq Qələbəsinin bir nömrəli siyasi paytaxtda tanınması və Ağ Evdə əldə edilən razılaşmaların mahiyyətini...
24 Oktyabr 2026, 10:42
Zaur Şükürov: Qubadlının dirçəlişi milli həmrəyliyimizin təntənəsidir
Əsrlər boyunca xalqımızın dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərinin və zəngin mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş bu rayonun müasir tarixi qəhrəmanlıq və mübarizə, eləcə də sarsılmaz iradə, milli həmrəylik və yenidən dirçəliş salnaməsidir.XX əsrin əvvəllərində cərəyan edən mürəkkəb hərbi-siyasi hadisələr Azərbaycanın tarixi torpaqlarının taleyinə əhəmiyyətli dərəcədə təsir etmişdir. Sonrakı illərdə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və həyata keçirdiyi işğalçılıq siyasəti ölkəmizin bir sıra əraziləri ilə yanaşı, Qubadlı rayonunun da tarixində dərin izlər qoymuşdur.Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Citypost.az-a açılmasında bildirib.Millət vəkili xatırladıb ki, 1988-ci ildən etibarən Ermənistanla 120 kilometr, keçmiş Dağlıq Qarabağla isə 45 kilometr sərhədi olan Qubadlı...
24 Oktyabr 2026, 10:01
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovu qəbul edib.Citypost.az xəbər verir ki, görüş barədə partiyanın "X" sosial media hesabında video paylaşılıb.
23 Oktyabr 2026, 20:58
Ədalət Verdiyev Nəsrullahın öldürülməsini əks etdirən videonu şərh edib
Hərbi ekspert Ədalət Verdiyev İsrailin Baş naziri Benyamin Netanyahunun süni intellekt vasitəsilə hazırlanmış Həsən Nəsrullahın öldürülməsini əks etdirən videonu yayımlaması ilə bağlı fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, Ədalət Verdiyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Hərbi ekspertin sözlərinə görə, Netanyahu seçki kampaniyası çərçivəsində İran, SEPAH, HƏMAS və Hizbullahla bağlı bu cür çoxsaylı materiallar paylaşa bilər. O, yayımlanan videoların təkzib edilməsinin mümkün olmayacağını iddia edib.Ədalət Verdiyev paylaşımında yazıb:“Netanyahu süni intellekt vasitəsilə hazırlanmış Həsən Nəsrullahın öldürülməsi videosunu yayımlayıb. Video baş verənləri tam həcmdə əks etdirir.Seçki kampaniyası ilə bağlı Netanyahu İran, SEPAH, HƏMAS və Hizbullah ilə əlaqədar onlarla belə material paylaşa bilər.Kimsə də...
23 Oktyabr 2026, 08:43
ABŞ İrana yeni zərbə endirməyə hazırlaşır? – Ədalət Verdiyev AÇIQLADI
Hərbi ekspert Ədalət Verdiyev ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyata başlaya biləcəyi ilə bağlı fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, hərbi ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Ədalət Verdiyevin sözlərinə görə, Pentaqon yeni əməliyyata başlamaq üçün ABŞ Prezidenti Donald Trampdan icazə gözləyir və paralel olaraq qoşunları İran sərhədinə yaxınlaşdırır.Ekspert həftənin sonuna qədər İrana növbəti zərbənin endirilməsi ehtimalının böyük olduğunu bildirib.Turan
23 Oktyabr 2026, 08:27