Bizə yazın

Baku

-°C

USD

-

M. Əsədullazadə: İran yeni etirazlarla üzləşə bilər

Siyasət 08 Sentyabr 2026, 09:41

3655

İrana qarşı ABŞ-ın avqustun 24-dən elan etdiyi hərtərəfli və ağır sanksiyalara Avropa İttifaqı da qoşuldu. İran uzun illər Avropa İttifaqı, qonşu ölkələr və strateji tərəfdaşları ilə iqtisadi əlaqələrini davam etdirirdi. ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi müharibənin ölkənin defolta düşməsinə gətirib çıxarması mümkündür. Uzun müddət tətbiq edilən sanksiyalara duruş gətirən İranın bundan sonrakı sanksiyalar qarşısında necə idarə olunacağı sual doğurur. Çünki əvvəlki sanksiyalar müəyyən dərəcədə İrana əlavə imkanlar tanıyırdı. İran qonşu ölkələr və Avropa ölkələri ilə də iqtisadi əlaqələr qurmuşdu. Hazırda tətbiq edilən sanksiyalar çərçivəsində İranın qonşu ölkələri və strateji tərəfdaşları da hədəfə gələ bilər.

Artıq Pakistan və Türkmənistan İran TIR-larının tranzitinə icazə vermir. Həmçinin Türkmənistanla İran arasındakı dəmir yolu xətti ilə daşınan yüklərin hərəkəti dayanıb. ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar Tehranda ciddi fikir ayrılıqlarını dərinləşdirir. Artıq benzinin qiyməti bahalaşıb. Yanacaq və enerji çatışmazlığı, rialın devalvasiyası, ölkədə çörək problemi xalqın getdikcə narazılığını artıracaq.

SEPAH müqavimətin davam etdirilməsini, keçmiş liderlər və hökumət isə ABŞ sanksiyalarının İranda xaosa gətirib çıxaracağını və iqtisadi defolt yaşanacağını önə sürərək razılaşmaya getməyi təklif edirlər. Prezident M. Pezeşkian İslamabad memorandumuna qayıtmağı qeyd edir.

İrana tətbiq olunan ağır və hərtərəfli sanksiyalar SEPAH-ı danışıqlar masasına əyləşdirməyəcək. SEPAH Venesuela və Kuba ssenarisini tətbiq etməyə çalışır. Amma İranın yerləşdiyi region ona kifayət qədər müqavimət göstərməyə imkan vermir. Həmçinin SEPAH-a qarşı prezident, keçmiş liderlər və xalq da müxalif mövqeyə keçir. Belə olan təqdirdə İranda yenidən etirazların baş verməsi istisna deyil.

İran sonu bilinməyən bir yola çıxıb. Çin və Rusiya SEPAH-a dəstək verməklə ABŞ-ı regionda saxlamağa çalışır. Amma Vaşinqton İran ətrafında bataqlığa qərq olmayacaq.

Azərbaycan İranla qonşu ölkədir. Rəsmi Bakı İran böhranın danışıqlar yolu ilə həllində maraqlıdır. Azərbaycana qarşı daima  qeyri -konusturiktiv siyasətini həyata keçirən SEPAH İranı da çətin vəziyyətə salıb.

Məhəmməd Əsədullazadə 

Milli Cəbhə partiyasının başqanın müavini 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rövşən Muradov: Qubadlının potensialı ölkənin ümumi tərəqqisinə xidmət edəcək

Qubadlının inkişaf perspektivlərini qiymətləndirərkən bu bölgənin gələcəyini geniş iqtisadi və coğrafi imkanlar kontekstində nəzərdən keçirmək xüsusi əhəmiyyət daşıyır. Həkəri və Bərgüşad çayları hövzəsində yerləşən rayon təbii sərvətləri, kənd təsərrüfatı ənənələri və nəqliyyat əlaqələri baxımından Şərqi Zəngəzurun sosial-iqtisadi sistemində mühüm mövqeyə malikdir. Qubadlı Şəhəri Günü münasibətilə diqqət yetirilməli əsas məsələlərdən biri məhz azad edilmiş torpaqlarda həyatın uzunmüddətli, dayanıqlı və iqtisadi cəhətdən əsaslandırılmış şəkildə təşkili prosesidir.Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Citypost.az saytına açıqlamasında bildirib.Deputatın sözlərinə görə, bu baxımdan Nazirlər Kabinetinin 9 sentyabr 2025-ci ildə təsdiq etdiyi Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan mühüm strateji sənəddir. Şəhərin gələcək məkan...

24 Oktyabr 2026, 14:29

Zahid Oruc: İrəvanın təhlükəsizliyi Bakının qərarlarından asılıdır

Azərbaycan sülhü də müharibə kimi qazanacaq, Şuşa kimi..İrəvanın təhlükəsizliyi üçüncü paytaxtlarda müəyyənləşmir, məhz Bakının qərarı ilə təsdiqlənir.Azərbaycanla Ermənistan arasında hazırki münasibətləri xarakterizə edərkən, Xankəndi Zəfərindən sonra lokal və genişmiqyaslı toqquşmaların olmaması xüsusi vurğulanır. Lakin sülhün institusional əsasları, xalqlararası düşmənçiliyin azaldılması üçün davamlı tədbirlərin həyata keçirilmirsə,regional təhlükəsizlik arxitektutasının yaradılmadığı şəraitdə şərti sərhədlər növbəti toqquşmlara və yeni təmas xəttinə çevrilə bilər. Paradoks ondadır ki, sülhün siyasi və diplomatik əsasları yaradıldığı halda, onun hüquqi təsbitinə aparan proses hələ də başa çatmayıb. 8 avqust 2925-ci il tarixi yol ayrıcı, Azərbaycanın parlaq Qələbəsinin bir nömrəli siyasi paytaxtda tanınması və Ağ Evdə əldə edilən razılaşmaların mahiyyətini...

24 Oktyabr 2026, 10:42

Zaur Şükürov: Qubadlının dirçəlişi milli həmrəyliyimizin təntənəsidir

Əsrlər boyunca xalqımızın dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərinin və zəngin mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş bu rayonun müasir tarixi qəhrəmanlıq və mübarizə, eləcə də sarsılmaz iradə, milli həmrəylik və yenidən dirçəliş salnaməsidir.XX əsrin əvvəllərində cərəyan edən mürəkkəb hərbi-siyasi hadisələr Azərbaycanın tarixi torpaqlarının taleyinə əhəmiyyətli dərəcədə təsir etmişdir. Sonrakı illərdə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və həyata keçirdiyi işğalçılıq siyasəti ölkəmizin bir sıra əraziləri ilə yanaşı, Qubadlı rayonunun da tarixində dərin izlər qoymuşdur.Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Citypost.az-a açılmasında bildirib.Millət vəkili xatırladıb ki, 1988-ci ildən etibarən Ermənistanla 120 kilometr, keçmiş Dağlıq Qarabağla isə 45 kilometr sərhədi olan Qubadlı...

24 Oktyabr 2026, 10:01

Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovu qəbul edib.Citypost.az xəbər verir ki, görüş barədə partiyanın "X" sosial media hesabında video paylaşılıb.

23 Oktyabr 2026, 20:58

Ədalət Verdiyev Nəsrullahın öldürülməsini əks etdirən videonu şərh edib

Hərbi ekspert Ədalət Verdiyev İsrailin Baş naziri Benyamin Netanyahunun süni intellekt vasitəsilə hazırlanmış Həsən Nəsrullahın öldürülməsini əks etdirən videonu yayımlaması ilə bağlı fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, Ədalət Verdiyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Hərbi ekspertin sözlərinə görə, Netanyahu seçki kampaniyası çərçivəsində İran, SEPAH, HƏMAS və Hizbullahla bağlı bu cür çoxsaylı materiallar paylaşa bilər. O, yayımlanan videoların təkzib edilməsinin mümkün olmayacağını iddia edib.Ədalət Verdiyev paylaşımında yazıb:“Netanyahu süni intellekt vasitəsilə hazırlanmış Həsən Nəsrullahın öldürülməsi videosunu yayımlayıb. Video baş verənləri tam həcmdə əks etdirir.Seçki kampaniyası ilə bağlı Netanyahu İran, SEPAH, HƏMAS və Hizbullah ilə əlaqədar onlarla belə material paylaşa bilər.Kimsə də...

23 Oktyabr 2026, 08:43

ABŞ İrana yeni zərbə endirməyə hazırlaşır? – Ədalət Verdiyev AÇIQLADI 

Hərbi ekspert Ədalət Verdiyev ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyata başlaya biləcəyi ilə bağlı fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, hərbi ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Ədalət Verdiyevin sözlərinə görə, Pentaqon yeni əməliyyata başlamaq üçün ABŞ Prezidenti Donald Trampdan icazə gözləyir və paralel olaraq qoşunları İran sərhədinə yaxınlaşdırır.Ekspert həftənin sonuna qədər İrana növbəti zərbənin endirilməsi ehtimalının böyük olduğunu bildirib.Turan

23 Oktyabr 2026, 08:27