Bizə yazın

Baku

-°C

USD

-

Xeyirxahlıq missiyasını şərəflə daşıyan insan – Niyaz Eyvazov 55 yaşında  

Söz adamı 29 Aprel 2026, 08:54

4307

Həyatda elə insanlar var ki, onların fəaliyyəti yalnız gördükləri işlərlə deyil, toxunduqları insan taleləri ilə ölçülür. Niyaz Eyvazov da məhz belə insanlardandır. Bu gün onun ömür yolunda əlamətdar bir tarix – 55 illik yubileyi qeyd olunur. Bu illər təkcə zamanın keçidi deyil, həm də xeyirxahlıq, xidmət və fədakarlıqla zəngin bir həyat salnaməsidir.

Niyaz Eyvazov uzun illərdir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon bölməsinin sədridir. O, həm də  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının üzvü kimi humanitar sahədə yorulmadan çalışır. Onun fəaliyyəti sadəcə vəzifə icrası deyil – bu, insanlara yardım etməyi həyat amalına çevirən bir ürəyin səsidir. O, çətin vəziyyətdə olan insanların yanında olmağı, onların ümidinə çevrilməyi özünün mənəvi borcu hesab edir.

Eyni zamanda “Könüllülər” Kitabxana İctimai Birliyinin sədri kimi Niyaz Eyvazov cəmiyyətin mədəni inkişafına mühüm töhfələr verir. Onun təşəbbüsü ilə həyata keçirilən çoxsaylı mədəni tədbirlər, maarifləndirici layihələr və sosial aksiyalar insanları bir araya gətirir, cəmiyyətin mənəvi dəyərlərini gücləndirir. Bu fəaliyyətlər onun nə qədər geniş dünyagörüşə və təşkilatçılıq bacarığına malik olduğunu bir daha sübut edir.

2024-cü ildən etibarən “MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyində  Elektron informasiya şöbəsinin rəisi kimi fəaliyyət göstərməsi isə onun peşəkar həyatında yeni bir mərhələnin başlanğıcıdır. Burada da o, öz məsuliyyəti, prinsipiallığı və işgüzarlığı ilə seçilir, informasiya sahəsində səmərəli fəaliyyət göstərir.

Niyaz Eyvazovun xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 2015 -ci  ildə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  “Tərəqqi” medalı ilə təltif olunub və  bundan başqa bir çox mükafatlara layiq görülüb. Lakin onu tanıyanlar yaxşı bilir ki, onun ən böyük mükafatı insanların sevgisi, etimadı və minnətdarlığıdır.

Onu fərqləndirən əsas xüsusiyyətlərdən biri də insanlığıdır. Mərhəmətli, mehriban, səmimi və etibarlı dost kimi o, hər zaman ətrafındakı insanların qəlbində xüsusi yer tutur. Onunla ünsiyyətdə olan hər kəs bu səmimiyyəti və daxili zənginliyi dərhal hiss edir.

Bu gün 55 yaşını qeyd edən Niyaz Eyvazov həyatının ən məhsuldar və dəyərli dövrlərindən birini yaşayır. O, həm gördüyü işlərlə, həm də insanlara bəxş etdiyi ümidlərlə örnək bir ömür yolu keçib və keçməkdə davam edir.

Bu əlamətdar gündə ona möhkəm cansağlığı, uzun ömür, yeni uğurlar və daha böyük nailiyyətlər arzulayırıq. Qoy onun xeyirxah əməlləri, gördüyü nəcib işlər hər zaman davam etsin və cəmiyyətimiz üçün ilham mənbəyi olaraq qalsın.

Şəmsiyyə Kərimova, 

Əməkdar jurnalist

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əkrəm Əylisli: “Mən Şeyx Əbdül, Seyran Səxavət deyiləm...” 

“İndiki zamanədə zəng edib kiminsə əhvalını soruşmaq çox nadir hallarda olur. Artıq çoxdandır, heç kimlə danışmıram. Xeyli müsahibə istəyən var, heç kimə müsahibə vermirəm. İndiki zəmanədə susmaq daha əlverişlidir”.Citypost.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.O, “Adamlar və ağaclar” əsərinə görə mükafat alsa da, heç kimin onunla maraqlanmamasından da gileylənib: “O boyda Avropa mükafatı aldım, heç zəng edib təbrik də etmədilər. “Adamlar və ağaclar” əsərim Avropada birinci yerə çıxdı. Heç maraqlanan olmadı. Bu barədə nə yazdılar? Heç nə. Mənim üçün vacib olan belə şeylərdir. Başqa məsələlərə qarışmaq istəmirəm".Ə.Əylisli tədbirlərə dəvət alıb-almaması, hazırda hansı əsəri yazması barədə...

09 Oktyabr 2026, 14:07

İZMİRİ GƏZƏRKƏN  

Bu nə sevgidi, ilahi,süzülüb axır üzümə.Baxışlardan leysan kimitökülüb yağır üzümə.Göydən gələn nur selimi,Tanrı dağının yelimi,Ya mən ağılda dəlimi?!.fərəhi sıxır üzümə.Gülə sancılan arıtək,ulu ruhların yarıtək,Min ilin tanışlarıtək-daş-divar baxır üzümə...Mən düşünən kimi bu yer,ləhcə şirin,söhbət şeir.Osmanlı torpağı deyir-duyduğun çıxır üzünə.                                  (Mövlanə məhəlləsi)     Avdı Qoşqar

07 Oktyabr 2026, 17:06

Mərd kişilər millət üçün ƏFƏNDİ! - Əmir Pəhləvanın YAZISI 

Rüstəm Behrudi 1957-ci ildə Ordubad rayonunun Behrud kəndində anadan olmuşdur. 1979-1984-cü illərdə Ordubad rayonundakı Unus kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlamışdır. Kələki və Unus kəndlərində işlədikdən sonra Ordubadda muzeydə elmi şuranın üzvü kimi çalışmışdır.Rüstəm Behrudi 1984-cü ildə Bakıya gəlmiş, 1986-1990-cı illərdə "Yazıçı" bədii ədəbiyyat nəşriyyatında fəhlə, korrektor, kiçik redaktor, poeziya redaksiyasının redaktoru vəzifələrində çalışmışdır. Həmçinin şair bir müddət Sabir Rüstəmxanlının rəhbərliyi ilə nəşr edilən "Azərbaycan" qəzetində redaksiya müdiri kimi fəaliyyət göstərmişdir. Fikir və düşüncələrinə görə sovetlər dönəmində təqib olunmuş, habelə həbsdə yatmışdır.O, ilk şeirini orta məktəbdə yazıb. Behrudinin şeirləri "Azərbaycan", "Araz" almanaxlarında mütəmadi olaraq çap...

06 Oktyabr 2026, 12:46

Baş açmadım səndən, dünya!  

Həm sevincsən, həm də kədər,Baş açmadım səndən, dünya!Hər şey yalan, hər şey hədər,Baş açmadım səndən, dünya!Nadürüstə cənnət oldun,Dərd qanana zülmət oldun,Qüssə oldun, zillət oldun,Baş açmadım səndən, dünya!Kimə yasdır, kimə toydur,Dərd verməkdən görən doydun?! Çoxlarını naçar qoydun,Baş açmadım səndən, dünya!Nizam saxta, düzüm saxta,Ümid qalıb təkcə baxta.Vəzir sarsaq, şahı axta,Baş açmadım səndən, dünya!Fayda gördü səndən namərd,Çox adama dərd verdin, dərd! Bir üzün şən, bir üzün sərt,Baş açmadım səndən, dünya!Nadana verdin taxt-tacı,Gah şirinsən, gah da acı.Dərd var ki, yoxdur əlacı,Baş açmadım səndən, dünya! 26.09.2026Camal Zeynaloğlu...

06 Oktyabr 2026, 11:31

Poetik peyzajlar ustası - Asif Rüstəmli yazır... 

Azərbaycanın sevilən nəğməkar şairi, Əməkdar mədəniyyət işçisi Zeynal Cabbarzadə lirik peyzajları, poetik miniatürləri, vətəni tərənnüm edən şərqiləri ilə Vurğun ədəbi məktəbinin müqtədir müdavimi olduğunu təsdiqləmiş, yaddaşlarda yaşatmışdır. Onun şeirlərindəki dil-üslub cazibədarlığı, poetik düşüncələrin harmoniyası, axıcılıq, ahəngdarlıq, metaforik bənzərsizlik xalq poeziyası ənənələrindən bəhrələnməklə çağdaş ədəbiyyatımıza yeni naxışlar, cizgilər, çalarlar bəxş etmişdir.Zeynal Cabbarzadə 31 dekabr 1920-ci ildə Bakı şəhərinin Bilgəh qəsəbəsində, balıqçı Əliabbas kişinin ailəsində dünyaya göz açmışdır. Onun uşaqlıq və gənclik illəri Sovet rejiminin iqtisadi böhran, tənəzzül, xaos, siyasi repressiyalar dövrünə təsadüf etmişdir. Gənc Zeynal doğma kəndində orta məktəbi bitirdikdən sonra 1934-1937-ci illərdə fəhlə fakültəsində oxumuş, 1937-1941-ci illərdə isə ADPU-nun (keçmiş...

05 Oktyabr 2026, 14:59

Bu səhər şəhər də birbaşqa idi

Bu səhər şəhər də birbaşqa idi. Havanın havasın köksünə sıxıb, Biraz kövrək, biraz qəmli gözlərlə Nəmli göylərə boylanırdı.Buludlar da ağlamaq üçün bəhanə axtarırdı sanki. Yağışdan islanmış insanlar Küçələrə səpələnmişdi.Mən də axına qoşulub, Sel dənizində itmək, yox olmaq istəyirdim. Bəlkə də sevmək istəyirdim yağışı. Akasiyalar da çiçəkləyib, Sevgi qoxuyur şəhərin küçələri.Biraz buludlarla dərdləşmək istədim. Mən kövrəldim, o ağladı. Sıxdıq kipriklərimizi, Göz yaşımız sel olana kimi. Küçə aşağı axan sulara qarışdıq.Tanrım, boğuldum sərçələrin əyləndiyi gölməçələrdə.Yanağımda özünə yol açan qoşa damlalarqovuşacağı məkana çatmaq üçün nədənsə tələsdilər üzüaşağı axan sular kimi.Sevinclə kədər arasında körpüyə çevrildilər.İstədim əl atıb tutam yağışın əlindən.Yaş idi deyə sürüşüb düşdü ovcumdan.Qarışdı göllənən, sellənən sulara.Torpağa qovuşmaq üçün özünü göy üzündən Yerə atıb intihar etdi damlalar.Ramidə Yaqubqızı....

05 Oktyabr 2026, 10:32