Baş açmadım səndən, dünya!
Söz adamı 06 Oktyabr 2026, 11:31
2723
Həm sevincsən, həm də kədər,
Baş açmadım səndən, dünya!
Hər şey yalan, hər şey hədər,
Baş açmadım səndən, dünya!
Nadürüstə cənnət oldun,
Dərd qanana zülmət oldun,
Qüssə oldun, zillət oldun,
Baş açmadım səndən, dünya!
Kimə yasdır, kimə toydur,
Dərd verməkdən görən doydun?!
Çoxlarını naçar qoydun,
Baş açmadım səndən, dünya!
Nizam saxta, düzüm saxta,
Ümid qalıb təkcə baxta.
Vəzir sarsaq, şahı axta,
Baş açmadım səndən, dünya!
Həmçinin oxuyun
Fayda gördü səndən namərd,
Çox adama dərd verdin, dərd!
Bir üzün şən, bir üzün sərt,
Baş açmadım səndən, dünya!
Nadana verdin taxt-tacı,
Gah şirinsən, gah da acı.
Dərd var ki, yoxdur əlacı,
Baş açmadım səndən, dünya!
26.09.2026
Camal Zeynaloğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Poetik peyzajlar ustası - Asif Rüstəmli yazır...
Azərbaycanın sevilən nəğməkar şairi, Əməkdar mədəniyyət işçisi Zeynal Cabbarzadə lirik peyzajları, poetik miniatürləri, vətəni tərənnüm edən şərqiləri ilə Vurğun ədəbi məktəbinin müqtədir müdavimi olduğunu təsdiqləmiş, yaddaşlarda yaşatmışdır. Onun şeirlərindəki dil-üslub cazibədarlığı, poetik düşüncələrin harmoniyası, axıcılıq, ahəngdarlıq, metaforik bənzərsizlik xalq poeziyası ənənələrindən bəhrələnməklə çağdaş ədəbiyyatımıza yeni naxışlar, cizgilər, çalarlar bəxş etmişdir.Zeynal Cabbarzadə 31 dekabr 1920-ci ildə Bakı şəhərinin Bilgəh qəsəbəsində, balıqçı Əliabbas kişinin ailəsində dünyaya göz açmışdır. Onun uşaqlıq və gənclik illəri Sovet rejiminin iqtisadi böhran, tənəzzül, xaos, siyasi repressiyalar dövrünə təsadüf etmişdir. Gənc Zeynal doğma kəndində orta məktəbi bitirdikdən sonra 1934-1937-ci illərdə fəhlə fakültəsində oxumuş, 1937-1941-ci illərdə isə ADPU-nun (keçmiş...
05 Oktyabr 2026, 14:59
Bu səhər şəhər də birbaşqa idi
Bu səhər şəhər də birbaşqa idi. Havanın havasın köksünə sıxıb, Biraz kövrək, biraz qəmli gözlərlə Nəmli göylərə boylanırdı.Buludlar da ağlamaq üçün bəhanə axtarırdı sanki. Yağışdan islanmış insanlar Küçələrə səpələnmişdi.Mən də axına qoşulub, Sel dənizində itmək, yox olmaq istəyirdim. Bəlkə də sevmək istəyirdim yağışı. Akasiyalar da çiçəkləyib, Sevgi qoxuyur şəhərin küçələri.Biraz buludlarla dərdləşmək istədim. Mən kövrəldim, o ağladı. Sıxdıq kipriklərimizi, Göz yaşımız sel olana kimi. Küçə aşağı axan sulara qarışdıq.Tanrım, boğuldum sərçələrin əyləndiyi gölməçələrdə.Yanağımda özünə yol açan qoşa damlalarqovuşacağı məkana çatmaq üçün nədənsə tələsdilər üzüaşağı axan sular kimi.Sevinclə kədər arasında körpüyə çevrildilər.İstədim əl atıb tutam yağışın əlindən.Yaş idi deyə sürüşüb düşdü ovcumdan.Qarışdı göllənən, sellənən sulara.Torpağa qovuşmaq üçün özünü göy üzündən Yerə atıb intihar etdi damlalar.Ramidə Yaqubqızı....
05 Oktyabr 2026, 10:32
Xatirə Rəhimbəylinin şeiri -Şəhidim
Cəsurluğun qürurum,kədərimdi həlakın,Cismin məzarda saxlı,ruhun cənnətdə sakin."Əzizim,Vətən yaxşı...",-deyim,bayatı çəkim,Yoxsa məzarın üstdə çalım layla,şəhidim?Yurdun hər qarışında sənin haqqı-sayın var,Palıdlaşan vüqarın,çinarlaşan boyun var.Udduğumuz havada,suda sənin payın var,Layiqiksə,haqqını halal eylə,şəhidim.Keçdin taleyimizdən,keçdin ildırımsayaq,Yağdırdın alovunu düşmən üstə...yenə yağ...Adın - müsəlləh əsgər,ruhun daima oyaq,İgidləri qisasa çağır,hayla,şəhidim.Zamanları adlayar,əsrləri aşarsan,Gözlərdə,könüllərdə elə qaynar,daşarsan.Bizlər gəldi-gedərik,sən əbədiyaşarsan,Bizdən gələcək nəslə salam söylə,şəhidim.Layiqiksə,haqqını halal eylə,şəhidim.
27 Sentyabr 2026, 11:10
Dəli - Xatirə Rəhimbəyli yazır
Gözümün yaşını selə döndərib, ömrün altın üstə çevirən dəli.Yalandı bu acı giley-güzarlar, mən yenə də səni sevirəm, dəli.Neyləyim bu qədər sərtsən, soyuqsan?Çaşaram hardasa qarşıma çıxsan.Sən ay mənim yoxum, sən həmin yoxsan!Varsan ki, taxtını devirəm, dəli?Sən bir şirin yoxsan, mən bir acı var!Sən lalsan, mən isə dilli-dilavar!Dəli duyğuları, noolar, gəl apar, hərəsin bir yana qovuram, dəli!..Qalmaya ürəklər güman içində, elə ah içində, aman içində.Noola, tufan olam bir an içində – bütün dərdü-səri sovuram, dəli.Sən bir var olasan, mən bir bəxtəvər – döyə qapımızı hey xeyir xəbər, deyə bir-birinə vurğun könüllər hər səhər, hər...
24 Sentyabr 2026, 20:16
Getdilər... Zülfüqar Rüfətoğlu
Heç vaxt unutmaram o avtobusu…Adlar sadalandı, başlandı minikİki dayanacaq var idi yolda,Biri qazilikdi, biri şəhidlik.Nəğmə deyə-deyə, rəqs edə-edə,Sanki gedirdilər toya, düyünə,Az sonra avtomat asacaqdılar,Hələ yük görməyən zərif çiyinə.Heç görməmişdilər,Eşitmişdilər adını Şuşanın,Ya Zəngilanın,Heç 19 yaşı hələ yox idi,Mənim əvəzimə ölən oğlanın…Lap tezdən getdilər,Günəş doğmadan,Körpə balaları oyatmadılar,Hamı qayıtmaqçün çıxmışdı evdən,Getdilər…Bir daha qayıtmadılar.
23 Sentyabr 2026, 20:22
Saday Şəkərlinin şeirləri ingilis dilində nəşr edildi
Şair Saday Şəkərli yeni nəşr olunan “Sözün yaşıl fəsli” kitabı ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, Şair bildirib ki, kitabda gənclik illərində yazdığı şeirlərlə yanaşı, amerikalı şair Kevin Rabas və gənc Azərbaycanlı tərcüməçi Murad Cəlilin onun şeirlərini ingilis dilinə çevirdiyi nümunələrə də yer verilib.Saday Şəkərli qeyd edib ki, həmin tərcümələr bir müddət əvvəl 60 illik yubileyi münasibətilə ona hədiyyə olaraq Brüsselə göndərilib. O, yeni kitabında bu şeirlərə yenidən yer verərək onların “ikinci həyat” qazandığını bildirib.Şairin sözlərinə görə, kitabın digər tərcüməçisi Almaniyada yaşayan Vika Krutu, tərtibçisi isə ukraynalı İrina Savitskayadır....
23 Sentyabr 2026, 10:08