Böyrək daşı niyə dözülməz ağrı yaradır? – Uroloq açıqladı
Tibb 22 Oktyabr 2026, 10:00
444
Böyrək daşı xəstəliyi son illər həm Azərbaycanda, həm də dünyada ən çox rast gəlinən urolojı problemlərdən biridir. Bu xəstəliklə üzləşən insanların çoxu qəfil başlayan şiddətli ağrıdan şikayətlənir və çox vaxt ağrının səbəbini düzgün anlamır. Daşların hansı növlərdən ibarət olması, hansı hallarda əməliyyat tələb etməsi və böyrək ağrısının nə üçün bu qədər şiddətli olması isə həm xəstələri, həm də onların yaxınlarını maraqlandıran əsas suallar sırasındadır.
Uroloq-androloq Bəxtiyar Hüseynov mövzu ilə bağlı Citypost.az-a açıqlamasında böyrək daşlarının növləri, müalicə üsulları və ağrının mahiyyəti barədə məlumat verib. O bildirib ki, dünyada böyrək daşlarının çoxlu çeşidi mövcuddur. Lakin Azərbaycan bölgəsində qidalanma rejiminin daha çox ətli qidalara əsaslanması səbəbindən əsasən kalsium oksalat və kalsium fosfat daşlarına rast gəlinir. Uroloqun sözlərinə görə, bu daşlar xeyli iri ölçülü daşlardır və çox vaxt özbaşına düşməsi mümkün olmur.
B.Hüseynov qeyd edib ki, Azərbaycanda aşkarlanan daşların təxminən 90 faizi dərhal cərrahi müdaxilə tələb edir. Qalan 10-20 faiz hissədə isə bəzi yumşaq daşlar, 3-4 millimetrlik duz qumu, kristal tipli kiçik törəmələr dərman vasitələri ilə aradan qaldırıla və ya qabıqlanma yolu ilə kiçildilə bilər. Mütəxəssis vurğulayıb ki, hər daşın müalicə üsulu onun ölçüsündən, tərkibindən və yerləşdiyi nahiyədən asılıdır. Buna görə də xəstə özbaşına müalicəyə üz tutmamalı, mütləq uroloqa müraciət etməlidir.
Uroloq xüsusi olaraq “daşdan ağrı” ifadəsinin düzgün olmadığını bildirib. Onun sözlərinə görə, daşın özü ağrı yaratmır. Ağrı daşın sidik yollarını tıxaması nəticəsində yaranır. Belə halda böyrək sidiyi süzüb xaric edə bilmir, sidik böyrəkdə toplanır və orqan şişir. Məhz böyrəyin bu şəkildə genişlənməsi və gərilməsi şiddətli ağrı hissinə səbəb olur. Başqa sözlə, ağrının əsl səbəbi daşın təsiri deyil, sidik axınının bağlanması və böyrəyin şişməsidir.
B.Hüseynov izah edib ki, böyrək fəqərə sütununun sağ və sol tərəfində, sinirlərin çox olduğu nahiyədə yerləşir. Bu səbəbdən böyrək şişdikdə çox şiddətli ağrı yaranır. Uroloqun sözlərinə görə, böyrək ağrısının şiddəti doğuş ağrısından 1 dəfə, gülləli yaradan isə 2 dəfə çoxdur. O vurğulayıb ki, dünyada böyrək ağrısına bərabər ikinci bir ağrı növü yoxdur.
Mütəxəssis vətəndaşlara tövsiyə edib ki, bel nahiyəsində, böyrək bölgəsində qəfil və şiddətli ağrı yarandıqda, xüsusilə ağrı sidik ifrazının çətinləşməsi, qusma, hərarət və ya sidikdə qan ilə müşayiət olunarsa, gecikmədən həkimə müraciət etsinlər. Onun sözlərinə görə, sidik yollarının tıxanması uzun müddət davam etdikdə böyrək funksiyasına ciddi zərər dəyə bilər və xəstəlik ağırlaşa bilər.
Uroloq əlavə edib ki, böyrək daşı xəstəliyinin qarşısını almaq üçün kifayət qədər maye qəbul etmək, qidalanma rejiminə diqqət yetirmək və mütəmadi müayinədən keçmək vacibdir. Onun fikrincə, daşın erkən mərhələdə aşkarlanması həm müalicənin daha asan keçməsinə, həm də ağır fəsadların qarşısının alınmasına imkan yaradır.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şirniyyat istəyinin səbəbləri açıqlandı: Dietoloqdan xəbərdarlıq
Şirniyyat istəyi çoxlarının gündəlik həyatda üzləşdiyi problemlərdən biridir. Bəziləri bunu sadəcə xarakter zəifliyi və ya vərdiş kimi qiymətləndirsə də, mütəxəssislər bildirir ki, davamlı və güclü şirniyyat istəyinin arxasında orqanizmdəki müəyyən çatışmazlıqlar, hormonal dəyişikliklər və hətta metabolik pozuntular dayana bilər. Eyni zamanda diyabet xəstələri və kilo nəzarəti ilə məşğul olan insanlar arasında “diyetik şirniyyatlar” adlanan məhsulların nə dərəcədə təhlükəsiz olması da tez-tez müzakirə mövzusuna çevrilir.Dietoloq Şəfa Yadigarlı mövzu ilə bağlı Citypost.az-a açıqlamasında diyetik şirniyyatların təhlükəsizliyi və şirniyyat istəyinin səbəbləri barədə məlumat verib. O bildirib ki, satışda olan diyetik şirniyyatların tərkibinə 100 faiz zəmanət vermək mümkün olmaya bilər. Mütəxəssisin sözlərinə görə, bu...
22 Oktyabr 2026, 09:00
Çobanyastığı çayı sistitə qarşı faydalıdırmı? – Uroloqdan açıqlama
Sistit sidik kisəsinin iltihabı ilə xarakterizə olunan və xüsusilə qadınlar arasında geniş yayılan sağlamlıq problemlərindən biridir. Tez-tez sidiyə getmə, sidik ifrazı zamanı yanma və ağrı, qarının aşağı hissəsində narahatlıq kimi əlamətlərlə müşahidə olunan bu xəstəlik gündəlik həyat keyfiyyətinə də ciddi təsir göstərə bilər. Sistitdən əziyyət çəkən bəzi insanlar müalicəyə əlavə olaraq müxtəlif bitki çaylarından istifadə etməyə üstünlük verirlər. Bu baxımdan çobanyastığı çayı da tez-tez gündəmə gələn təbii vasitələrdən biridir.Androloq-uroloq Bəxtiyar Hüseynov Citypost.az saytına açıqlamasında çobanyastığı çayının istifadəsi, onun qəbul qaydaları və sistitlə bağlı mümkün faydaları barədə danışıb.Həkimin sözlərinə görə, xüsusilə xroniki sistitdən əziyyət çəkən şəxslər arasında bitki çaylarından istifadə geniş...
21 Oktyabr 2026, 11:00
Su pəhrizi ilə arıqlamaq istəyənlərə xəbərdarlıq: Uzunmüddətli aclıq hansı fəsadlara səbəb ola bilər?
Son illərdə artıq çəkidən qurtulmaq istəyən insanlar arasında müxtəlif pəhriz üsullarına maraq artıb. Bu üsullardan biri də müəyyən müddət ərzində yalnız su qəbul etməyə əsaslanan su pəhrizidir. Bəzi insanlar bu üsulun qısa müddətdə çəki azalmasına və orqanizmin təmizlənməsinə kömək etdiyini düşünürlər. Lakin uzun müddət qidasız qalmaq, zülal və digər vacib qida maddələrini kifayət qədər qəbul etməmək sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə arıqlamaq məqsədilə belə pəhrizlərə başlayan şəxslərin orqanizmin ehtiyaclarını və mümkün fəsadları nəzərə almaları vacibdir.Dietoloq Şəfa Yadigarlı Citypost.az saytına açıqlamasında su pəhrizinin xüsusiyyətləri, bu üsula başlamazdan əvvəl diqqət yetirilməli məqamlar və uzunmüddətli məhdud qidalanmanın orqanizmə təsirləri barədə danışıb....
21 Oktyabr 2026, 10:00
Zob xəstəliyində dərman müalicəsi nə zaman kifayət etmir? – Həkimdən açıqlama
Zob və qalxanabənzər vəzinin digər xəstəlikləri cəmiyyətdə geniş yayılan sağlamlıq problemləri sırasındadır. Qalxanabənzər vəzi orqanizmdə maddələr mübadiləsinin tənzimlənməsində, enerji balansının qorunmasında, ürək fəaliyyətində və bir çox digər fizioloji proseslərdə mühüm rol oynayır. Bu vəzinin fəaliyyətində yaranan pozuntular hormonların normadan az və ya çox ifraz olunmasına, eləcə də vəzinin ölçüsünün böyüməsinə və düyünlərin əmələ gəlməsinə səbəb ola bilər. Belə hallarda xəstələrin ən çox maraqlandığı məsələlərdən biri dərman müalicəsinin nə zaman tətbiq edilməsi, hansı hallarda isə cərrahi müdaxiləyə ehtiyac yaranmasıdır.Endokrinoloq Sevinc Ağaqız Citypost.az-a açıqlamasında zob xəstəliyinin müalicə üsulları, dərman preparatlarının təyin olunması və cərrahi əməliyyata göstərişlər barədə danışıb.Həkimin sözlərinə görə, müalicə üsulu...
21 Oktyabr 2026, 09:00
Çayın yanında şirniyyat əvəzinə nə yemək lazımdır? – Endokrinoloqdan tövsiyələr
Çay süfrəsi Azərbaycan mətbəxinin və gündəlik həyatımızın ayrılmaz hissəsidir. Bir çox insan çay içərkən yanında mürəbbə, peçenye, tort, konfet və müxtəlif qənnadı məmulatları yeməyə üstünlük verir. Lakin bu vərdiş, xüsusilə gün ərzində bir neçə dəfə təkrarlandıqda, orqanizmə qəbul edilən şəkərin və ümumi kalorinin artmasına səbəb ola bilər. Mütəxəssislər daha sağlam qidalanmaq istəyən şəxslərə çayın yanında seçdikləri qidalara diqqət yetirməyi, şəkərli şirniyyatların miqdarını azaltmağı və alternativ məhsullardan istifadə etməyi tövsiyə edirlər.Xüsusilə şəkərli diabetdən əziyyət çəkən insanlar üçün çay süfrəsindəki qidaların seçimi mühüm əhəmiyyət daşıyır. Bəzən adi şəkər və qənnadı məmulatları əvəzinə daha sağlam hesab edilən qidalara üstünlük verilsə də, onların da...
20 Oktyabr 2026, 11:40
Dəridəki qaşınma və yaralar parazitdən deyil, psixoloji səbəblərdən qaynaqlana bilər – Dermatoloqdan açıqlama
Dəridə davamlı qaşınma, qızartı, yara və sanki dərinin altında həşəratların hərəkət etməsi hissi bir çox insanı narahat edən əlamətlərdəndir. Belə hallarda insanlar ilk növbədə allergiyadan, dəri infeksiyalarından və ya parazitlərin yaratdığı problemlərdən şübhələnirlər. Lakin bəzi hallarda bu əlamətlərin arxasında fərqli bir səbəb dayanır. İnsan dərisinin altında parazitlərin və ya həşəratların olduğuna qəti şəkildə inanır, həmin hisslərdən qurtulmaq üçün dərisini davamlı qaşıyır, sıxır və hətta zədələyir. Halbuki aparılan müayinələr zamanı belə bir inamı təsdiqləyən heç bir parazit aşkarlanmaya bilər.Bu vəziyyət tibbdə delüzional parazitoz adlanır. Problemin əsas xüsusiyyəti insanın dərisində parazitlərin olduğuna dair güclü inamının yaranması və bu səbəbdən öz dərisinə zərər...
20 Oktyabr 2026, 10:40