Bakıda leysan olacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 15 Aprel 2025, 16:06
22566
Bakıda və Abşeron yarımadasında gözlənilən hidrometeoroloji hadisə haqqında əhaliyə xəbərdarlıq edilib.
Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, aprelin 15-dən 16-a keçən gecədən Bakıda və Abşeron yarımadasında yağışın leysan xarakterli intensiv olacağı, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı var.
Aprelin 17-si gündüzədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək.
Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.
Aprelin 17-si səhər yağıntılar kəsiləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tramp: ABŞ-İran danışıqları sabah Dohada keçiriləcək
ABŞ-İran danışıqları iyunun 30-da Dohada keçiriləcək.Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth social" sosial şəbəkəsində yazıb."İran görüş istəyib. O, sabah Dohada keçiriləcək!", - o qeyd edib.
29 İyun 2026, 15:41
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq. Prezident İlham Əliyev bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.Belə ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil edilib.Qanun iyulun 1-dən qüvvəyə minir.
29 İyun 2026, 15:02
Sabah Masallı və Astaranın bəzi kəndlərində qaz olmayacaq
Sabah Masallı və Astara rayonlarının bəzi kəndlərində təbii qazın verilişi dayandırılacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Bildirilib ki, payız-qış mövsümünə hazırlıq və təmir-bərpa işləri ilə əlaqədar iyunun 30-da saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Hişkədərə kəndinin, Astara rayonunun Pensər, Kakalos, Bala Şahağacı və Qamışoba kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
29 İyun 2026, 14:37
Bu gün və sabah geomaqnit qasırğası olması ehtimalı var
Günəşi 26 iyunda tərk etmiş TKA-ın təsiri ilə 29-30 iyunda zəif (G1) geomaqnit qasırğası olması ehtimalı var.Bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.Bildirilib ki, bu təsirə bağlı olaraq iyulun 1-də də geomaqnit sahəsi aktiv və qeyri-sabit səviyyələr arasında dəyişə bilər.
29 İyun 2026, 14:31
Əmir Pəhləvan: OXŞAR TALE
Azərbaycan tarixinin ən şərəfli səhifələrindən olan iki dahi prokurur: Firudin İbrahimi və İsmət Qayıbov!İkiyə bölünmüş vətənin cənubunda Firudin İbrahimi, şimalında isə İsmət Qayıbov qanun keşikçiləri kimi həmişə millətin qan yaddaşında yaşayacaqlar. Onların hər ikisi millət yolunda öz canlarını qurban veriblər. Hər ikisi şəhiddir!Firudin İbrahimi 1945-ci ilin dekabrın 12-də Azərbaycan Milli Hökumətinin Baş Prokuroru təyin olunmuşdur.1946 cı ilin dekabrın 20 də Seyid Cəfər Pişəvəri Təbrizdə Milli Hökumətin binasını qorumğı on nəfərlə birlikdə Firudin İbrahimiyə tapşırır və Təbrizi başlı - başına qoyub Arazın bu tayına keçir. İran qoşunları Təbrizə daxil olur və Milli hökuməti yıxırlar. Firudin İbrahimini isə "Gülüstan" bağına aparıb dar...
29 İyun 2026, 13:16
Pərviz Şahbazova ağır itki
Energetika naziri Pərviz Şahbazova ağır itki üz verib.CityPost.az xəbər verir ki, onun anası Zemfira Şahbazova vəfat edib.Allah rəhmət eləsin. (PostMedia)
29 İyun 2026, 13:13