Bizə yazın

Baku

-°C

USD

-

Müqəddəs və mübarək sentyabr 

Cəmiyyət 27 Sentyabr 2026, 15:38

660

Müqəddəs və mübarək sentyabr 

2020-ci il 27 sentyabr yaddaşımıza həkk olunan şərəfli tarixdir. Yaxşı xatırlayıram, iki gün idi anamla bacım Bakıda bizdə idilər. Çox çətin günlər keçirirdik. Qardaşım Rövşənin (tanıyan hamı ona, həkim deyə müraciət edirdi) qəfil faciəli ölümü hamımızı məhv etmişdi. Bu, elə bir dövr idi ki, anam heç cür özünə yer tapa bilmirdi. Bir sözlə, başını götürüb, bizə gəlmişdi. Burada da qərar tuta bilmirdi. Axşamdan onu aparacaq maşınla danışmağımızı tapşırdı ki, sabah səhər qayıdım evimə. Özünə bağışlaya bilmirdi ki, üç gündür qəbir üstə gedə bilmir. 

Səhəri hamı təlaş içində açdı. Televiziyada yayımlanan hər şeydən qəribəlik sezilirdi, internet də kəsilmişdi. Az keçmədi, hamı o həyacanlı xəbəri eşitdi. 

MÜHARİBƏ BAŞLADI! 

Anam gili yola salanda zarafatla qayıtdım ki, "heç nədən qorxmayın. Ürəkli olun!" Maşına əyləş anamın gözlərindəki kədərə elə bil bir balaca işıq gəlmişdi. Gülümsəməyə çalışaraq qayıtdı ki:

-Erməni qələt eliyir. Nəkarədi ki, ondan qorxaq. 

 İllərdi işğal altında olan torpaqların həsrətini ata-anam da çəkirdi. Hər il, üç ay yayı Kəlbəcər, Laçın yaylaqlarında dincələn anama o yerlər doğma idi. Elə o səbəbdən də, işğal dövründə təkcə bizim evimizə yeddi ailə gəlmişdi Qarabağdan. 

Heç yadımdan çıxmır. 1993-cü il idi. Qardaşım Tibb Universitetində oxuyurdu, mən də Jurnalistika fakültəsinə qəbul olmuşdum. Yay tətili kəndə evimizə gedəndə məəttəl qaldıq. Evimizdə o qədər tanımadığımız insanlar vardı. Atam hamısı haqqında bizi məlumatlandırdı. Bizi də onlara təqdim etdi. Axşam yatmaq vaxtı gələndə anam biz bacı-qardaşa da öz otaqlarında yer saldı. Bildirdi ki, otaqlar hamısı doludur. Biz bir təhər yola gedək, qoy onlar rahat olsun. Həmin insanlar xeyli müddət bizdə qaldılar. Hətta, atamın dostunun oğlu sevdiyi qızı bizə qaçırtmışdı. O çətin günlərdə hamının ovqatına xeyli şənlik qatılmışdı. O qız, bizim evimizdən gəlin köçəndə anam öz balası kimi yola saldı, hədiyyəsini də kəm etmədi. 

Ata-anam çox bağlı idi o yerlərə. 27 sentyabrda müharibənin başladığını biləndə, xeyli sevinmişdilər. Tam əminliklə deyirdilər ki, bu dəfə mütləq alınacaq torpaqlar. Həmin günü rayona yola düşən anamla, bacım axşam kəndə çatdılar. Hansı ki, Bakıdan İmişliyə ən gec halda üç saata çatırsan. Xeyli yorğun olsalar da telefonun o başından sevinc və fərəhqarışıq səslərini eşitmək mənə də ruh verirdi. Yolboyu şahidi olduqlarından ağızdolusu danışırdılar. Anam deyirdi ki, "Ay bala, maşallah olsun, nə qədər tankımız, silahımız var. Erməni dayana bilməz day bizim qabağımızda". 

Hər gün əlaqə saxlayıb, xəbər tuturdum. Deyirdilər, gecələr birbaşqa aləm olur. "Söyündüyümüzdən yata bilmirik. Topun, tüfəngin səsi aydın eşidilir". Elə şövqlə danışırdılar, adam kəndə getmək, onlar müşahidə etdiyini sən də görmək istəyirdin. 

Hər dəqiqə gözümüz televizorun ekranına dikilirdi. Elə ki, ekranın aşağısındakı titr yazılarında oxuyurduq ki, filan saatda Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti olacaq., özümüzdən asılı olmayaraq həyacanlanırdıq. Bilirdik ki, dövlət başçısı yenə də müjdəli xəbərlər verəcək. 

Televiziyada verilən xəbərlərlə bərabər, internetdən də nəsə öyrənməyə çalışırdıq. 30 illik həsrətin tam sona çatmasına tələsirdik. İnternetin məhdud olduğu həmin müddətdə düz 44 gün biz həyacanla kənar internet qovşağında olan o dovşanı qovduq. O qaçdıqca, biz də arxasınca qaçırdıq elə bil. Təzə xəbərlər eşitmək üçün. 

Noyabr ayının 1-i rayona getdim. Qardaşımın birinci ildönümü idi. Hər gün müjdəli xəbərlərlə yanaşı, şəhid xəbərləri də gəlirdi. Birinci Qarabağ müharibəsində olduğu kimi Vətən müharibəsində də kəndimizdən, rayonumuzdan xeyli şəhid olan var idi. Atam-anam çalışdıqları qədər həmin yas mərasimlərində iştirak edirdilər. Öz dərdlərinə ümumxalq dərdini qatmışdılar. Anam hər gün ağı deyib, qardaşımı ağlayanda, atam təsəlli verirdi. "Bəs o körpələrin, şəhidlərin anaları neyləsin" deyirdi. Kənddə qaldığım günlərdə mən də bir necə şəhid yasında iştirak etdim. Eyni zamanda, şəhid kapitan Əsəd Həsənovun yasında. Qüssə, kədərlə yanaşı, fəxr, qürur hissi keçirirdi insan. Belə oğulların qəhrəmanlığını görəndə. 

Necə deyərlər, bir gözümüz ağalyırdısa, bir gözümüz də gülürdü. Camaat arasında söz gəzirdi ki, bizim əsgər artıq Şuşanı alıb. Çünki, Şuşasız qələbə mümkün deyildi. Ona görə də, hamı bu xəbəri tez eşitmək, Şuşanın, məhz Şuşanın azadlığına sevinmək istəyirdi. 

Xəbərlərdə elan etdilər ki, Ali Baş Komandan İlham Əliyev Fəxri Xiyabandan xalqa müraciət edəcək. Evdə hamı təşvişə düşdü. Dəqiq Şuşa alınıb şüarları səslənməyə başladı. Rəhmətlik atam bildirdi ki, Prezident İlham Əliyev təsdiq etməsə arxayın olmaram. Anam qayıtdı ki, "Seyid Aydının cəddi haqqı Şuşa alınıb. Ürəyimə damıb". Seyid Aydın ağa bizim Sarıxanlı kəndində ən sınanmış seyidlərdəndir. 

Həyacan, sevinc bir-birinə qarışmışdı. Dərdimizi də unutmuşduq. Ekranda Prezident İlham Əliyevi hərbi formada görəndə evə bir sakitlik çökdü. Hamı onun nə deyəcəyini gözləyirdi. Elə bil, bu xəbər min illərin o üzündən gəlirdi. Elə ki, Ali Baş Komandan "Əziz Şuşa, sən azadsan!" dedi, bacımla qeyri-ixtiyarı qışqırıb ayağa qalxdıq. Atam "mən dedim ki, kişinin oğlu təsdiqləməsə, arxayın olan deyiləm". İkinci dəfə idi ki, qardaşım İlqarı ağlayan görürdüm. Birinci dəfə qardaşım Rövşənin cənazəsi qapımızda qoyulanda idi. Onda qardaş itkisinin ağırlığını yaşayırdı. İndi isə itirilmiş torpağın azadlıq sevincini. 

Bu gün 27 sentyabrdır. O müqəddəs savaşın başladığı gündən 6 il keçir. 30 il torpaq itkisinin kədərini yaşadıq. Amma cəmi 44 günə bütün həsrətli yollara işıq salıb, ərazilərimizi azad etdik. 

Yaşasın yenilməz Azərbaycan əsgəri! Var olsun Ali Baş Komandan, Prezident İlham Əliyev! 

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Dünya durduqca onlara borcluyuq. Bu günkü azad, müstəqil, suveren və öz ərazilərini tam təmin etmiş Azərbaycan dövləti şəhidlərin qanı, canı bahasına bərqərar olub. 

Sentyabrımız mübarək olsun! 

  Ramidə Yaqubqızı.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda Formula 1 keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub 

Formula 1 Azərbaycan Qran-prisi 2026 ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub.Bakı Şəhər Halqasından  verilən xəbərə görə, əsas yarış başa çatdıqdan dərhal sonra şəhərdə halqa infrastrukturu və Azneft dairəsindəki tribunalarda söküntü işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb.Yarışın keçdiyi bəzi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün 00:00-dan başa çatıb.Saat 12:30-dan etibarən, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan hissə istisna olmaqla, yollarda hərəkət tam bərpa edilib.Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi həftəsində şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılmışdır. Səhər və axşam...

27 Sentyabr 2026, 15:41

Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək 

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir, şimal-şərq küləyi əsəcək.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, havanın temperaturu gecə 18-20° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz olacaq. Lakin axşam dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysana keçəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz...

27 Sentyabr 2026, 13:33

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib 

Bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.CityPost.az   xəbər verir ki, qeyd olunan saatda küçələrdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.

27 Sentyabr 2026, 12:07

Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb 

Prezident İlham Əliyevin sosial media hesablarında sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb.CityPost.az  paylaşımı təqdim edir:Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub. pic.twitter.com/lLSIiCtupq— İlham Əliyev (@azpresident) September 27, 2026

27 Sentyabr 2026, 11:52

Lerikdə 3,2 maqnitudalı zəlzələ olub 

Lerikdə 3,2 maqnitudalı zəlzələ olub.Bu barədə  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.Yerli vaxtla saat 11:14 Lerik stansiyasından 16 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Ocağı 23 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

27 Sentyabr 2026, 11:43

Zəfərimizin 27 sentyabr tarixi   -Ramidə Yaqubqızı İMZASI

2019-cu il idi. Oğlumla avtobusda gedirdik. Bu, o zamanlar idi ki, hər bir vətəndaş, vətən övladı yalnız qisas və qələbə əzmi ilə yaşayırdı. Qəlblərdə və düşüncələrdə olduğu kimi, bir çox elan xarakterli yazılarda da bu ruhda çağırışlar vardı. Oğlumun qəfil dediyi sözlərə əvvəlcə çaşdım. “Ana, ora bax, yazılıb ki, “Bütün yollar Qarabağa aparır”. Aparmır axı, biz ora gedə bilmirik. Ermənilər var"...Gözümü monitordakı cümlədən çəkmədən dedim:"Aparacaq, az qalıb, lap az".Bu əhvalat sentyabr ayında olmuşdur. Cəmi bir il sonra, bütün yollar, arzular, diləklər bizi Qarabağa apardı. Apardıkı, yarım qalan arzulara, həsrətli baxışlara, yurd-ocaq itkisinə son qoysun. İndi mənim oğlum da hərbçi olmaq istəyir,...

27 Sentyabr 2026, 10:56