Bizə yazın

Baku

-°C

USD

-

Bakıda Formula 1 keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub 

Cəmiyyət 27 Sentyabr 2026, 15:41

504

Formula 1 Azərbaycan Qran-prisi 2026 ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub.

Bakı Şəhər Halqasından  verilən xəbərə görə, əsas yarış başa çatdıqdan dərhal sonra şəhərdə halqa infrastrukturu və Azneft dairəsindəki tribunalarda söküntü işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb.

Yarışın keçdiyi bəzi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün 00:00-dan başa çatıb.

Saat 12:30-dan etibarən, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan hissə istisna olmaqla, yollarda hərəkət tam bərpa edilib.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi həftəsində şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılmışdır. Səhər və axşam saatlarında bir sıra əsas istiqamətlər üzrə tranzit dəhlizlər açıq saxlanılırdı ki, bu da şəhər sakinləri və sürücülərin hərəkət imkanlarını artırırdı. 2026-cı ildə nəqliyyatın hərəkəti üçün imkanlar daha da genişləndi. İlk dəfə olaraq Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olundu.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Müqəddəs və mübarək sentyabr 

Müqəddəs və mübarək sentyabr 2020-ci il 27 sentyabr yaddaşımıza həkk olunan şərəfli tarixdir. Yaxşı xatırlayıram, iki gün idi anamla bacım Bakıda bizdə idilər. Çox çətin günlər keçirirdik. Qardaşım Rövşənin (tanıyan hamı ona, həkim deyə müraciət edirdi) qəfil faciəli ölümü hamımızı məhv etmişdi. Bu, elə bir dövr idi ki, anam heç cür özünə yer tapa bilmirdi. Bir sözlə, başını götürüb, bizə gəlmişdi. Burada da qərar tuta bilmirdi. Axşamdan onu aparacaq maşınla danışmağımızı tapşırdı ki, sabah səhər qayıdım evimə. Özünə bağışlaya bilmirdi ki, üç gündür qəbir üstə gedə bilmir. Səhəri hamı təlaş içində açdı. Televiziyada yayımlanan hər şeydən qəribəlik sezilirdi, internet də kəsilmişdi....

27 Sentyabr 2026, 15:38

Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək 

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir, şimal-şərq küləyi əsəcək.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, havanın temperaturu gecə 18-20° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz olacaq. Lakin axşam dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysana keçəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz...

27 Sentyabr 2026, 13:33

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib 

Bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.CityPost.az   xəbər verir ki, qeyd olunan saatda küçələrdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.

27 Sentyabr 2026, 12:07

Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb 

Prezident İlham Əliyevin sosial media hesablarında sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb.CityPost.az  paylaşımı təqdim edir:Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub. pic.twitter.com/lLSIiCtupq— İlham Əliyev (@azpresident) September 27, 2026

27 Sentyabr 2026, 11:52

Lerikdə 3,2 maqnitudalı zəlzələ olub 

Lerikdə 3,2 maqnitudalı zəlzələ olub.Bu barədə  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.Yerli vaxtla saat 11:14 Lerik stansiyasından 16 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Ocağı 23 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

27 Sentyabr 2026, 11:43

Zəfərimizin 27 sentyabr tarixi   -Ramidə Yaqubqızı İMZASI

2019-cu il idi. Oğlumla avtobusda gedirdik. Bu, o zamanlar idi ki, hər bir vətəndaş, vətən övladı yalnız qisas və qələbə əzmi ilə yaşayırdı. Qəlblərdə və düşüncələrdə olduğu kimi, bir çox elan xarakterli yazılarda da bu ruhda çağırışlar vardı. Oğlumun qəfil dediyi sözlərə əvvəlcə çaşdım. “Ana, ora bax, yazılıb ki, “Bütün yollar Qarabağa aparır”. Aparmır axı, biz ora gedə bilmirik. Ermənilər var"...Gözümü monitordakı cümlədən çəkmədən dedim:"Aparacaq, az qalıb, lap az".Bu əhvalat sentyabr ayında olmuşdur. Cəmi bir il sonra, bütün yollar, arzular, diləklər bizi Qarabağa apardı. Apardıkı, yarım qalan arzulara, həsrətli baxışlara, yurd-ocaq itkisinə son qoysun. İndi mənim oğlum da hərbçi olmaq istəyir,...

27 Sentyabr 2026, 10:56