Sabah 30 dərəcə isti olacaq
Cəmiyyət 20 May 2025, 12:54

139
Mayın 21-də gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.
Həmçinin oxuyun
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sabah Bakının bu ərazisində işıq olmayacaq
Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq 21 may tarixində Şüvəlan qəsəbəsinin bir sıra hissəsində elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək qəsəbənin Mayak adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
20 May 2025, 20:23

"Abzas Media" işi üzrə cəza istənilib
"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
20 May 2025, 17:22

Bu tarixdə iş olmayacaq
Mayın 28-i ölkə ərazisində Müstəqillik Günü qeyd olunur.KONKRET.az xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, 28 May rəsmi bayram günü olduğundan qeyri-iş günü sayılır.Qeyd edək ki, 2021-ci ildən bəri bu tarix Respublika Günü deyil, Müstəqillik Günü kimi qeyd olunur.Həmin gün dövlət qurumları, banklar, təhsil müəssisələri fəaliyyət göstərməyəcək.
20 May 2025, 16:20

Güclü külək əsəcək - sarı və narıncı xəbərdarlıq
Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
20 May 2025, 14:59

Ədliyyə nazirinin müavini Rasim Həmidovu qəbul etdi
Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə məlumat vermişdik.Məhkəmənin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması üçün hər ay,hər uşağa görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin,aliment ödəməli olan Sevinc Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki, icra etməməkdən ötrü müxtəlif cür bəhanələr gətirərək,süni əngəl törətməklə məşğuldur.Fotoda Ədliyyə nazirinin müavini,III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz ƏhmədovdurRasim Həmidovu bu gün Ədliyyə nazirinin müavini,III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz...
20 May 2025, 14:16

“Son zəng” bu tarixdə keçiriləcək
Bu il ümumi təhsil müəssisələrində "Son zəng" iyunun 14-ü keçiriləcək.
20 May 2025, 11:48