Bizə yazın

Baku

-°C

USD

-

"Qəzzada insan əzabının səviyyəsi dözülməzdir" - Makron

Dünya 20 May 2025, 12:00

137

Fransa prezidenti Emmanuel Makron bildirib ki, İsrailin soyqırımını davam etdirdiyi Qəzzada insan əzabının səviyyəsinin dözülməz olduğunu deyib.

CityPost.az xəbər verir ki, Makron bu barədə "X" hesabındakı paylaşımında bildirib.

"Biz İsrailin Qəzzada hərbi əməliyyatlarının genişlənməsinə qəti şəkildə qarşıyıq. Qəzzada insan əzabının səviyyəsi dözülməzdir".

İyunun 18-də ABŞ-ın Nyu-York şəhərində Fələstin məsələsi ilə bağlı keçiriləcək konfransa toxunan Makron, bu çərçivədə iki dövlətli həll üçün işlərin görülməli olduğunu vurğulayıb.

Makron həmçinin ölkəsi, Böyük Britaniya və Kanadanın imzaladığı birgə bəyanatda İsraili Qəzzaya hücumlarını dərhal dayandırmağa çağırıb.

Bəyanatda deyilir: “İsrail yeni hərbi əməliyyatlarını dayandırmasa və humanitar yardıma qoyduğu maneələri aradan qaldırmasa, biz daha konkret addımlar atacağıq”.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66