Bizə yazın

Baku

-°C

USD

-

İspaniyada mobil elektrik şəbəkələri qəzaya uğrayıb 

Dünya 20 May 2025, 12:30

108

İspaniyanın "Telefónica" telekommunikasiya infrastrukturunda yaranan texniki nasazlıq səbəbindən bütün ölkə ərazisində ciddi rabitə problemləri yaşanıb. Hadisə son həftələrdə elektrik enerjisinin kəsilməsindən sonra baş verib.

CityPost.az xəbər verir ki, nasazlıq İspaniyanın bir çox yerlərində "Telefónica" xidmətlərinə təsir göstərərək, xüsusilə stasionar telefonlarda ciddi fasilələrə səbəb olub.
Mobil səs xidmətləri də qismən sıradan çıxıb və təcili yardım xətlərinə müraciət etmək mümkün olmayıb.
112 saylı təcili yardım xətti söndürülüb
Araqon, Ekstremadura, Bask ölkəsi və Valensiya kimi muxtar bölgələrdə 112 təcili yardım nömrəsinə zəng etmək mümkün olmayıb.
Yerli hökumətlər vətəndaşlara alternativ telefon nömrələri vasitəsilə xidmət göstərildiyini açıqlayıb.
İspaniya mətbuatının məlumatına görə, fasilələr çərşənbə axşamı səhər saat 2 radələrində başlayıb.
Downdetector məlumatlarına görə, istifadəçilərin 72 faizi xidmətin tam kəsilməsini, 18 faizi siqnal itkisini, 10 faizi isə girişin tam bloklandığını bildirib.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66