Qəzzaya real yardım çatmayıb" - Qəzza hökuməti
Dünya 20 May 2025, 15:44

115
İsrailin martın 2-dən etibarən humanitar yardımların ölkəyə girişini əngəllədiyi Qəzzaya məhdud sayda yardım maşını gəlib elanından sonra Qəzza hökuməti bölgəyə həqiqi yardım çatmadığını bəyan edib.
CityPost.az xəbər verir ki, hökumətin Qəzzadakı media ofisi İsrailin Qəzzaya yardıma icazə verdiyi barədə bəyanatlarına cavab verib.
"Biz açıq şəkildə təsdiq edirik ki, 80 gündən çox davam edən sərt blokada və getdikcə şiddətlənən aclıq şəraitində Qəzza zolağına heç bir real yardım çatmayıb. Təxminən üç aya yaxındır ki, işğalçı İsrail bütün sərhəd keçidlərini bağlayıb və bir dənə də olsun buğda taxılının içəri girməsinə icazə verməyib", - bəyanatda deyilir.
İsrailin mülki əhalini hədəf alan hücumlarını davam etdirdiyi Qəzza zolağında “sistemli olaraq 2,4 milyon insana aclıq siyasəti tətbiq etdiyi” vurğulanıb.
İsrailin uşaqlar üçün qida əlavələri daşıyan 9 yardım maşınının Qəzzaya girməsinə icazə verəcəyini iddia edən bəyanatda bunun "təcili ehtiyaclar okeanında sadəcə bir damla olduğu və əsas yaşayış tələblərini əhatə etmədiyi" qeyd edilib.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

"ABŞ-ın NATO müttəfiqlərindən heç biri Patriot sistemlərini Kiyevə köçürmək istəmir" - Rubio
ABŞ dövlət katibi Markark Rubio ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib ki, Vaşinqtonun NATO müttəfiqlərindən heç biri öz Patriot hava hücumundan müdafiə sistemlərini Kiyevə təhvil vermək istəmir.
20 May 2025, 19:50

Lavrov İrəvana gəlib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana gəlib.
20 May 2025, 19:41

"Bayden sənədləri özü imzalamayıb" - Tramp
ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasının Respublikaçılar Partiyasının illik konfransında çıxış etmək üçün çərşənbə axşamı səhər tezdən Kapitoli təpəsinə gəlib.
20 May 2025, 19:21

Çin yeni təyyarəsini təqdim etdi
Çin 100-ə qədər kiçik dron istehsal edə bilən pilotsuz təyyarəni nümayiş etdirib.
20 May 2025, 18:45

Britaniyalı atlet Avstraliya ətrafında ən sürətli qaçan şəxs oldu
Britaniyalı ultramarafonçu Uilyam Qudc Avstraliyada qaçaraq dünya rekordu qırıb.
20 May 2025, 18:18

ABŞ 200 000 ukraynalını qaçqın statusundan məhrum edə bilər
"2022-ci ildən ABŞ-a gələn 200 mindən çox ukraynalı qaçqın statusunu itirə bilər".
20 May 2025, 17:30