Bizə yazın

Baku

-°C

USD

-

ABŞ-ın borc yükünün pisləşməsi iqtisadi narahatlıqları dərinləşdirir

Dünya 20 May 2025, 15:30

106

ABŞ-da sürətlə artan milli borcun nəzarət altına alınmasa, gələcək illərdə ölkə iqtisadiyyatının həcminə, məşğulluğa, investisiyalara və maaşlara mənfi təsir göstərəcəyi gözlənilir.

CityPost.az xəbər verir ki, Beynəlxalq kredit reytinqi agentliyi "Moody's" ABŞ-ın kredit reytinqini "Aaa"dan "Aa1"ə endirib və buna səbəb kimi dövlət borcunun və faiz ödənişlərinin artması ilə ölkənin daha ağır borc yükünü yenidən gündəmə gətirib.
Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da xərclər və gəlirlər arasındakı struktur disbalans milli borcun sürətlə artmasına səbəb olur və mövcud tendensiya davam edərsə, qarşıdakı illərdə iqtisadi artımın yavaşlaması, milyonlarla insanın işini itirməsi, investisiyaların azalması riski var.
Dövlət borcu büdcə kəsirləri ilə artır
Milli borc, federal hökumətin zamanla çəkilmiş xərclərin qalan qalığını ödəmək üçün borc götürdüyü pul məbləğidir.
Federal hökumət müəyyən maliyyə ilində xərclər gəlirdən çox olduqda baş verən büdcə kəsirini maliyyələşdirmək üçün müxtəlif maliyyə alətləri, o cümlədən xəzinədarlıq istiqrazları, notlar, veksellər, dəyişkən faizli notlar və inflyasiyadan qorunan qiymətli kağızlar vasitəsilə pul borc alır.
Milli borc bu borcun yığılmasından və bu qiymətli kağızları alan investorlara ödənilməli olan faizlərdən ibarətdir.
Federal hökumət təkrarlanan büdcə kəsirləri ilə üzləşdiyi üçün milli borc artır.
ABŞ Maliyyə Nazirliyinin məlumatlarına görə, federal hökumətin cəmi büdcə kəsiri 2025-ci maliyyə ilinin yeddinci ayı aprel ayı etibarilə 1,05 trilyon dollar səviyyəsindədir. Keçən ilin eyni dövründə sözügedən kəsirin 855,2 milyard dollar olduğu qeyd edilir.
ABŞ-ın dövlət borcu 36 trilyon dolları ötüb
Son 100 ildə ABŞ-ın federal borcunun 1924-cü ildəki 395 milyard dollardan 2024-cü ildə 35,46 trilyon dollara yüksəldiyi qeyd edilir.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin dövlət borcu hazırda 36,2 trilyon dollar təşkil edir. 2024-cü maliyyə ili üçün ABŞ-ın orta ÜDM-i 28,83 trilyon dollar olacağı halda, bu rəqəmin 35,46 trilyon dollara çatan borcunun altında qalması diqqət çəkir.
Bu vəziyyətin 2024-cü maliyyə ilində ölkənin borcunun ÜDM-ə nisbətinin 123 faizə yüksəlməsinə səbəb olduğu bildirilir. Borcun ÜDM-ə nisbətinin yüksək olması hökumətin borcunu ödəməkdə daha çox çətinlik çəkəcəyini göstərir.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66