Bizə yazın

Baku

-°C

USD

-

"Abzas Media" işi üzrə cəza istənilib  

Cəmiyyət 20 May 2025, 17:22

106

"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

CityPost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokurorun çıxışı

Prokuror təqsirləndirilən Ülvi Həsənlinin 12, Sevinc Vaqifqızının (Abbasova) 11, Məhəmməd Kekalovun 11, Nərgiz Absalamovanın 11, Hafiz Babalının 12, Elnarə Qasımovanın 11, Fərid Mehralızadənin 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.

Proses iyunun 10-da davam etdiriləcək.

Qeyd edək ki, 2023-cü il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

“Abzas Media” işi üzrə ittiham

Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Bakının bu ərazisində işıq olmayacaq 

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq 21 may tarixində Şüvəlan qəsəbəsinin bir sıra hissəsində elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək qəsəbənin Mayak adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

20 May 2025, 20:23

Bu tarixdə iş olmayacaq  

Mayın 28-i ölkə ərazisində Müstəqillik Günü qeyd olunur.KONKRET.az xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, 28 May rəsmi bayram günü olduğundan qeyri-iş günü sayılır.Qeyd edək ki, 2021-ci ildən bəri bu tarix Respublika Günü deyil, Müstəqillik Günü kimi qeyd olunur.Həmin gün dövlət qurumları, banklar, təhsil müəssisələri fəaliyyət göstərməyəcək.

20 May 2025, 16:20

Güclü külək əsəcək - sarı və narıncı xəbərdarlıq  

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

20 May 2025, 14:59

Ədliyyə nazirinin müavini Rasim Həmidovu qəbul etdi   

Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun  keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə məlumat vermişdik.Məhkəmənin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması  üçün hər ay,hər  uşağa  görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin,aliment ödəməli olan Sevinc Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki, icra etməməkdən ötrü müxtəlif cür bəhanələr gətirərək,süni əngəl törətməklə məşğuldur.Fotoda   Ədliyyə nazirinin müavini,III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz ƏhmədovdurRasim Həmidovu bu gün Ədliyyə nazirinin müavini,III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz...

20 May 2025, 14:16

Sabah 30 dərəcə isti olacaq  

Mayın 21-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən 

20 May 2025, 12:54

“Son zəng” bu tarixdə keçiriləcək  

Bu il ümumi təhsil müəssisələrində "Son zəng" iyunun 14-ü keçiriləcək.

20 May 2025, 11:48