Qəzzada uşaqlar yenə öldürülür
Dünya 20 May 2025, 12:46

111
İsrail ordusunun bu gün səhər saatlarında Qəzza zolağının bombardmanı nəticəsində 33-ü uşaq, qadın və qoca olmaqla azı 50 fələstinli həyatını itirib.
CityPost.az xəbər verir ki, Fələstin Hökumətinin Qəzzadakı Media Ofisi İsrailin Qəzza zolağına həyata keçirdiyi zorakı hücumlarla bağlı açıqlama yayıb.
Bəyanatda deyilir: “İşğalçı İsrail ordusunun Qəzza zolağında müdafiəsiz mülki əhaliyə qarşı həyata keçirdiyi qanlı qətliamları ən kəskin şəkildə qınayırıq”.
Açıqlamada İsrailin səhər saatlarında Qəzzaya hücumlarını gücləndirdiyi vurğulanıb və bu hücumlarda İsrail ordusunun birbaşa olaraq şorbaxanaları, mülki evləri, köçkün fələstinlilərin sığındığı sığınacaqları və xəstəxanaları hədəf aldığı qeyd edilib.
İsrailin Qəzza zolağında soyqırım cinayəti törətdiyinə diqqət çəkən açıqlamada bu gün səhər saatlarında İsrail ordusunun həyata keçirdiyi hücumlarda 33-ü uşaq, qadın və qoca olmaqla 50-dən çox fələstinlinin həyatını itirdiyi bildirilib.
Həmçinin oxuyun
Bəyanatda İsrailin Qəzzada dinc əhaliyə qarşı qətl və aclıq silahlarından istifadə etdiyi vurğulanaraq, beynəlxalq hüquq və razılaşmaların açıq və sistemli şəkildə pozulmasına diqqət çəkilib.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

"ABŞ-ın NATO müttəfiqlərindən heç biri Patriot sistemlərini Kiyevə köçürmək istəmir" - Rubio
ABŞ dövlət katibi Markark Rubio ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib ki, Vaşinqtonun NATO müttəfiqlərindən heç biri öz Patriot hava hücumundan müdafiə sistemlərini Kiyevə təhvil vermək istəmir.
20 May 2025, 19:50

Lavrov İrəvana gəlib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana gəlib.
20 May 2025, 19:41

"Bayden sənədləri özü imzalamayıb" - Tramp
ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasının Respublikaçılar Partiyasının illik konfransında çıxış etmək üçün çərşənbə axşamı səhər tezdən Kapitoli təpəsinə gəlib.
20 May 2025, 19:21

Çin yeni təyyarəsini təqdim etdi
Çin 100-ə qədər kiçik dron istehsal edə bilən pilotsuz təyyarəni nümayiş etdirib.
20 May 2025, 18:45

Britaniyalı atlet Avstraliya ətrafında ən sürətli qaçan şəxs oldu
Britaniyalı ultramarafonçu Uilyam Qudc Avstraliyada qaçaraq dünya rekordu qırıb.
20 May 2025, 18:18

ABŞ 200 000 ukraynalını qaçqın statusundan məhrum edə bilər
"2022-ci ildən ABŞ-a gələn 200 mindən çox ukraynalı qaçqın statusunu itirə bilər".
20 May 2025, 17:30