Bizə yazın

Baku

-°C

USD

-

"ABŞ-ın NATO müttəfiqlərindən heç biri Patriot sistemlərini Kiyevə köçürmək istəmir" - Rubio

Dünya 20 May 2025, 19:50

134

ABŞ dövlət katibi Markark  Rubio ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib ki, Vaşinqtonun NATO müttəfiqlərindən heç biri öz Patriot hava hücumundan müdafiə sistemlərini Kiyevə təhvil vermək istəmir.

CityPost.az xəbər verir ki, Rubionun sözlərinə görə, Vaşinqton bu məsələdə müttəfiqlərlə işləməyə davam edir, çünki onların bəzilərində, məsələn, Kiyev üzərində hava məkanını qorumaq üçün Ukraynaya ötürə biləcəkləri "Patriot" sistemləri var.
"Ukraynalıların tələb etdiyi hava hücumundan müdafiə sistemləridir, açıq desək, bizdə olmayan Patriot sistemləridir. Anladığınız kimi, bu ölkələrin heç biri onlarda olan Patriot sistemlərindən imtina etmək istəmir, lakin biz öz növbəmizdə onları kifayət qədər tez istehsal edə bilmirik", - Rubio deyib.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66