Bizə yazın

Baku

-°C

USD

-

Prezident bu ailələrə 200 manat birdəfəlik maddi yardım ayırdı 

Cəmiyyət 22 Dekabr 2025, 13:26

186

2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamın icrası məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 15 300 000 (on beş milyon üç yüz min) manat ayrılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan ailələrə ödənilməsini təmin etməlidir.

Nazirlər Kabineti və Maliyyə Nazirliyi isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ötən həftə min hektardan çox ərazi minalardan təmizlənib 

Azad olunan ərazilərdə dekabrın 15-dən 21-nə qədər 46 tank əleyhinə mina, 145 piyada əleyhinə mina, 525 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.Məlumata əsasən, 1 299 hektar ərazi minalardan təmizlənib.Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib....

22 Dekabr 2025, 14:15

2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu - Sərəncam 

Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.CityPost.az   xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən, Prezident Administrasiyası Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

22 Dekabr 2025, 13:36

Cevdet Yılmaz Azərbaycana gəldi 

Bu gün Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib.CityPost.az  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.C. Yılmazı Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıb.

22 Dekabr 2025, 12:58

Maliyyə Nazirliyi Bakı metrosuna faizsiz kredit verib 

Bu il fevralın 20-də "Bakı Metropoliteni" QSC Maliyyə Nazirliyindən ilin sonunda qaytarmaq şərti ilə 244,8 milyon manat faizsiz kredit alıb.CityPost.az  bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.Məlumata görə, metro həmçinin hökumətdən əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, vaqonlar kimi yeni əsas vəsaitlərin alınması və infrastrukturun inkişaf etdirilməsi məqsədilə 73,63 milyon manat kapital vəsaiti alıb.Bu il hökumət aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranmış zərərləri kompensasiya etmək üçün isə şirkətə 42,662 milyon manat subsidiya ayırıb.Bundan başqa, bu il iyulunda şirkətin tikinti bölməsi onun funksiyalarının ixtisaslaşmış təşkilatlara ötürülməsi məqsədilə ləğv edilib. Bu addım tikinti idarəçiliyində çevikliyi, səmərəliliyi vəmüasirləşməni artırmaqla yanaşı, korporativ strukturu sadələşdirmək və...

22 Dekabr 2025, 12:03

Üç gün geomaqnit qasırğası olacaq 

Üç gün geomaqnit qasırğası olacaq.Bu barədə CityPost.az-a  Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.Bildirilib ki, Geomaqnit sahəsinin Tac Dəliklərinin geoeffektiv olması səbəbilə 22-24 dekabr tarixlərində G1-G2 səviyyəli, yəni zəif və orta güclü geomaqnit qasırğası gözlənilir.

22 Dekabr 2025, 11:44

İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcək 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb.CityPost.az   xəbər verir ki, Prezident Administrasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilmiş iclasında iştirak etməyib.Dövlət başçısı bu gün MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək.Xatırladaq ki, Azərbaycan Respublikası üzv dövlət kimi MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi olaraq iştirak edir və MDB çərçivəsində əməkdaşlığa, o cümlədən üzv dövlətlərlə...

22 Dekabr 2025, 10:29