Bizə yazın

Baku

-°C

USD

-

Xaçmazın bəzi ərazilərində işıq olmayacaq 

Cəmiyyət 22 Dekabr 2025, 10:17

170

Bu gün Xaçmaz rayonun Xudat şəhərində bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə CityPost.az  "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, Xudat Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Xudat" yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək 10 kV-luq hava xətləri üzərində yerləşən rayonun bir sıra kənd və qəsəbələrdə (Həsənqala, Ağaşirinoba, Çinartala, Dədəli, Bostançı, Baraxum, Palıdlı, Kənd Xudat, Seyidlər, Mahsuskənd, Yasaqoba, Aşağı Ləgər, Balaqusar), eləcə də Xudat şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Maliyyə Nazirliyi Bakı metrosuna faizsiz kredit verib 

Bu il fevralın 20-də "Bakı Metropoliteni" QSC Maliyyə Nazirliyindən ilin sonunda qaytarmaq şərti ilə 244,8 milyon manat faizsiz kredit alıb.CityPost.az  bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.Məlumata görə, metro həmçinin hökumətdən əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, vaqonlar kimi yeni əsas vəsaitlərin alınması və infrastrukturun inkişaf etdirilməsi məqsədilə 73,63 milyon manat kapital vəsaiti alıb.Bu il hökumət aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranmış zərərləri kompensasiya etmək üçün isə şirkətə 42,662 milyon manat subsidiya ayırıb.Bundan başqa, bu il iyulunda şirkətin tikinti bölməsi onun funksiyalarının ixtisaslaşmış təşkilatlara ötürülməsi məqsədilə ləğv edilib. Bu addım tikinti idarəçiliyində çevikliyi, səmərəliliyi vəmüasirləşməni artırmaqla yanaşı, korporativ strukturu sadələşdirmək və...

22 Dekabr 2025, 12:03

Üç gün geomaqnit qasırğası olacaq 

Üç gün geomaqnit qasırğası olacaq.Bu barədə CityPost.az-a  Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.Bildirilib ki, Geomaqnit sahəsinin Tac Dəliklərinin geoeffektiv olması səbəbilə 22-24 dekabr tarixlərində G1-G2 səviyyəli, yəni zəif və orta güclü geomaqnit qasırğası gözlənilir.

22 Dekabr 2025, 11:44

İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcək 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb.CityPost.az   xəbər verir ki, Prezident Administrasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilmiş iclasında iştirak etməyib.Dövlət başçısı bu gün MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək.Xatırladaq ki, Azərbaycan Respublikası üzv dövlət kimi MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi olaraq iştirak edir və MDB çərçivəsində əməkdaşlığa, o cümlədən üzv dövlətlərlə...

22 Dekabr 2025, 10:29

Göyçayda qadın dəm qazından boğularaq ölüb 

Göyçayda bədbəxt hadisə baş verib.Qadın dəm qazından boğularaq ölüb.Hadisə dekabrın 21- də baş verib. Belə ki, rayon sakini Mirzəliyeva Lalə İsgəndər qızı evin həyətyanı sahəsində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb.Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

22 Dekabr 2025, 10:24

Hazırda əhali arasında ən çox kəskin respirator virus infeksiyalarına rast gəlinir - RƏSMİ 

Son günlərdə havaların soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur.CityPost.az   xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mövsümi xəstəliklərlə bağlı əhaliyə etdiyi müraciətdə qeyd olunub.Bildirilib ki, hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasına şərait yaradır:"Hazırda əhali arasında ən çox rast gəlinən kəskin respirator virus infeksiyaları adətən yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağırlaşmalarla müşayiət olunur. Risk qrupuna daxil olan şəxslər – yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar üçün bu infeksiyalar daha ağır fəsadlara səbəb...

22 Dekabr 2025, 10:21

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib 

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.CityPost.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir....

21 Dekabr 2025, 21:14