Bizə yazın

Baku

-°C

USD

-

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi avtoqəzada ölüb 

Cəmiyyət 22 Dekabr 2025, 21:00

364

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.

İlkin məlumata görə, A.Rzayevanın idarə etdiyi "Nissan" markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə hakim hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Milli Olimpiya Komitəsində yeni təyinat gerçəkləşib 

Milli Olimpiya Komitəsində yeni təyinat gerçəkləşib.Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.Ceyhun Rəhmanov Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin müdiri vəzifəsinə təyin olunub.

22 Dekabr 2025, 23:40

Sumqayıtda 900 abonentin qazı kəsiləcək 

Sumqayıtda 900 abonentin qaz təchizatında fasilə yaranacaq."Azəriqaz" İstehsalat Birliyinin (İB) Sumqayıt Qaz İstehsal Sahəsindən (QİS) bildirilib ki, dekabrın 23-də şəhərin Yaşıl dərə yaşayış massivinin bir hissəsində yeni quraşdırılmış Şəhər Qaz Tənzimləyici Məntəqəsinin (ŞQTM) mövcud qaz şəbəkəsinə qoşulması ilə əlaqədar olaraq qaz təchizatı müvəqqəti dayandırılacaq.Aparılacaq işlərlə əlaqədar ərazidə yerləşən ümumilikdə 900 abonentin qazla təminatında fasilə yaranacaq. Qaz təchizatı işlər başa çatdırıldıqdan sonra bərpa ediləcək.Qurum yaranacaq müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib....

22 Dekabr 2025, 23:30

Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az  xəbər verir ki, məktubda deyilir:"Gürcüstan hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İcazə verin, bu əlamətdar gündə Sizə öz dərin ehtiramımı ifadə edim. Qeyd etmək istərdim ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası əhəmiyyəti uğurlara nail olmuşdur.Gürcüstanı və Azərbaycan Respublikasını tarixi dostluq və sarsılmaz strateji tərəfdaşlıq bir-birinə bağlayır və bu da regionda sabitliyin və rifahın təmin olunmasına öz töhfəsini verir. Mən qətiyyətlə inanıram ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında mövcud olan əlaqələr daha da dərinləşəcək və möhkəmlənəcəkdir.Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək, Sizə...

22 Dekabr 2025, 21:44

Amnistiya aktında ziddiyətli məqamlar var? -Hüquqşünasın ŞƏRHİ  

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktının icrasına başlanılıb.Amnistiya aktının icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində həyata keçirilir.Qeyd olunan hadisə bayram öncəsi  həm məhkumlar,həm də onların ailələri tərəfindən böyük sevinclə qarşılanıb.Bu,humanizmi özündə əks etdirən  addım kimi  qəbul  edilib.Amnistiya böyük müsbət nəticələrə səbəb olsa da,bəzi şəxslər bu aktın hazırlanması zamanı müəyyən boşluqlara yol verildiyini qeyd edir.Bu barədə CityPost.az-la  fikirlərini bölüşən hüquqşünas  Raqif Muradov  bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin özündə ədalət və humanizmi təcəssüm edən Milli Məclisə göndərdiyi Amnistiya haqqında Qanun Milli Məclisdə ziddiyyətli qərarlarla qəbul edilmişdir. Bəzi təzadları  diqqətinizə çatdırıram.           “Maddə...

22 Dekabr 2025, 16:56

Qarabağ Ərazi Vergilər Baş İdarəsinə yeni təyinatlar olub 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsinə yeni təyinatlar olub.CityPost.az  xəbər verir ki, Şahin Abbasov Qarabağ Ərazi Vergilər Baş İdarəsinin müavini təyin edilib.Eyni zamanda, Rauf Kərimov operativ vergi nəzarəti şöbəsinin rəisi təyin edilib.

22 Dekabr 2025, 16:38

Əhməd İsmayılov "Media Savadlılığı Konfransı"da çıxış edib

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə sağlam informasiya mühitinin qorunması mühüm əhəmiyyət daşıyır.CityPost.az  xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "Media Savadlılığı Konfransı"da deyib.Onun sözlərinə görə, artıq dörd ildir ki, ilin son günlərində media savadlılığı mövzusu ətrafında sistemli, ardıcıl, həmrəy fəaliyyətin təşkili Azərbaycanda ənənəyə çevrilib:"Rəqəmsallaşmanın sürətlə dərinləşdiyi, informasiya istehsalı və istehlakının miqyasının əhəmiyyətli dərəcədə artdığı bir dövrdə təhlükəsizlik, məsuliyyətlilik və etibarlılıq prinsiplərini özündə birləşdirən media savadlılığı anlayışı xüsusi aktuallıq kəsb edir. Bu yanaşma yalnız informasiya sahəsinin iştirakçıları üçün deyil, bütövlükdə cəmiyyət üçün mühüm dəyər və davranış modelini formalaşdırır".İcraçı direktor vurğulayıb ki, milli mətbuatın zəngin...

22 Dekabr 2025, 15:46