Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan Kiyevdəki səfirliyinin atəşə tutulması ilə bağlı Rusiyaya nota verib 

Cəmiyyət 14 Noyabr 2025, 16:08

4731

Azərbaycan Ukraynanın paytaxtı Kiyevdəki səfirliyinin atəşə tutulması ilə bağlı Rusiyaya nota verib.

CityPost.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov XİN-ə çağırılıb.

Bildirilib ki, görüş zamanı, noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.

Son partlayış nəticəsində Səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib.

Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırlanıb. Xüsusilə, 2022-ci il 10 mart tarixində Azərbaycan Respublikasının Xarkiv şəhərindəki Fəxri Konsulluğunun binasına aviazərbə nəticəsində inzibati binanın ciddi dağıntılara məruz qaldığı və xidməti avtomobilin yararsız hala düşdüyü qeyd edilib.

Bununla yanaşı, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən "Kinjal" raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasından təqribən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yarandığı və yer səthindən 8 metr dərinlikdə detonasiya baş vermədiyi üçün partlamamış sursat aşkar edildiyi bildirilib.

2025-ci il avqustun 28-də isə Azərbaycanın Ukraynadakı Səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, Səfirin rezidensiyasının zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəydiyi diqqətə çatdırılıb.

Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edildiyi, nəticədə işçilərin xəsarət aldığı infrastruktura böyük zərər vurulduğu xatırlanıb.

Bütün bu faktların, raket hücumlarının məqsədli olması barədə suallar yaratdığı vurğulanıb.

Eyni zamanda, bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb.

Görüşdə, diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbiledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kamil Xasiyev Avstriya XİN rəsmisi ilə görüşdü

Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Baş katibi Nikolaus Marşiklə nəzakət görüşü keçirib və iki ölkə arasında mövcud tərəfdaşlıqların genişləndirilməsi müzakirə olunub.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb."Görüşdə ölkələrimiz arasındakı münasibətlərin aktual aspektlərinə və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.Tərəflər siyasi, iqtisadi və mədəni dialoqun daha da dərinləşdirilməsində və mövcud tərəfdaşlıqların genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar....

22 Sentyabr 2026, 20:47

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb.Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunacaq.Əmr Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi müddətdə tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə imzalanıb.Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.Xatırladaq ki, daha əvvəl Bakı Dövlət Universiteti 23-25 sentyabr tarixlərində (3 gün müddətində) Bakı Dövlət Universitetində...

22 Sentyabr 2026, 20:15

Səbinə Əliyeva türk hüquqşünas qadınlarla görüşüb 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vəkillər Kollegiyasının dəvəti əsasında Azərbaycanda səfərdə olan Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin nümayəndə heyətini qəbul edib.Bu barədə Citypost.az-a Ombudsman Aparatından məlumat verilib.Bildirilib ki, nümayəndə heyətinə Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin sədri, Beynəlxalq Qadın Hüquqşünaslar Federasiyasının vitse-prezidenti, hüquqşünas və mediator Zübeyde Aksay rəhbərlik edib.S. Əliyeva hüquqşünas qadınların peşəkar inkişafının dəstəklənməsi, qadınların hüquq və imkanlarının genişləndirilməsi, hüquq və ədalət prinsiplərinin təşviqi istiqamətində Cəmiyyətin fəaliyyətinin əhəmiyyətini qeyd edib.O, qadın və uşaqların hüquqlarının müdafiəsi, gender bərabərliyinin təşviqi və ayrı-seçkiliyin qarşısının alınmasının Ombudsman təsisatının fəaliyyətinin əsas istiqamətlərindən olduğunu bildirib. Qadınların hüquqlarının səmərəli təmin edilməsi, hüquqi maarifləndirilməsi, bərabər imkanlarının genişləndirilməsi...

22 Sentyabr 2026, 20:00

Bakı Dövlət Universitetində dərslər üç gün onlayn keçiriləcək 

Bakı Dövlət Universitetində dərslər 3 gün onlayn keçiriləcək.Bu barədə Citypost.az-a Universitetdən məlumat verilib.Bildirilib ki, "Formula-1" tədbiri ilə əlaqədar olaraq 23-25 sentyabr tarixlərində (3 gün müddətində) Bakı Dövlət Universitetində dərslər məsafədən - onlayn formada təşkil olunacaq.

22 Sentyabr 2026, 19:50

AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır 

Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır.Bu barədə Citypost.az-a "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib."AZAL ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin sentyabrın 22-dən etibarən dayandırılması barədə qərar qəbul etməli olub", - QSC bildirir.

22 Sentyabr 2026, 19:28

3 ton qadın saçının tapıldığı ölüm düşərgəsi –Generalın saçlarını ağardan hadisə 

Bütün müharibələrdə əsirlərin taleyi, onların dəyişdirilməsi, yaxud da azad edilməsi tərəflər üçün vacib məsələlərdən biri sayılıb.Elə sovet-alman müharibəsi zamanı da Almaniyanın yaratdığı ölüm düşərgələrindəki milyonlarla əsirlərin taleyi Moskvanı ciddi narahat edib, Dövlət Müdafiə Komitəsində keçirilən müşavirələrdə bu məsələ müzakirə mövzusuna çevrilib. Xüsusilə, 1943-cü ildən sonra əsirlərin azad edilməsi ilə bağlı müzakirələr daha tez-tez gündəmə gəlib.1944-cü ilin dekabr ayında keçirilən müşavirədə isə İosif Stalin baş qərargah qarşısında Osvensim düşərgəsinin ələ keçirilməsi tapşırığını qoyub. Bu tapşırıqdan sonra baş qərargah hərbi əməliyyat hazırlayıb.Qeyd edək ki, Osvensim ölüm düşərgəsi tarixə əsirlərin kütləvi şəkildə məhv edildiyi yer kimi düşüb. Bu kütləvilik o qədər böyük olub ki,...

22 Sentyabr 2026, 19:25