“9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı iddialar araşdırılır
Cəmiyyət 14 Noyabr 2025, 19:41
5966
“9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə sosial şəbəkələrdə iddialar yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, daxil olmuş müraciətlər üzrə aparılan ilkin araşdırmalar zamanı bank kartlarına müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb.
Həmçinin oxuyun
"Hazırda DİN-in aidiyyəti baş idarəsi tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələrinə əsasən xüsus olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək", məlumatda deyilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Uşaqların iştahı niyə azalır? - Həkimlər səbəbini açıqladı
Yay aylarında bir çox valideyn övladının əvvəlki kimi yemək yemədiyini, iştahının azaldığını müşahidə edir. Mütəxəssislər bildirirlər ki, isti hava iştahın azalmasına təsir göstərsə də, bu vəziyyəti yalnız "yaydır, keçəcək" düşüncəsi ilə qiymətləndirmək düzgün deyil. Çünki uşaqların yay rejimi dəyişdikcə onların qidalanma vərdişləri də fərqlənir və bu, orqanizmdə vacib qida maddələrinin çatışmazlığına səbəb ola bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yay tətilində uşaqlar adətən gec yatır, səhərlər gec oyanır və çox vaxt səhər yeməyini buraxırlar. Gün ərzində isə əsas qidalar əvəzinə dondurma, şirin içkilər, paket şirələri, müxtəlif qəlyanaltılar və fastfudla qidalanmağa üstünlük verirlər. Nəticədə yumurta, ət, balıq, süd məhsulları, tərəvəz...
27 İyul 2026, 08:30
DİQQƏT - Bakının bu ərazilərində işıq kəsiləcək
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün iyulun 27-də Bakının bəzi ərazilərində ərazilərdə təmir-təftiş işləri aparılacaq.Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Nəriman Nərimanov prospekti və Qədirli küçəsinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.Xətai rayonunda Xətai Rüstəmov, Neapol və Sarayevo küçələrində saat 09:00-dan 11:00-ddək elektrik enerjisinin verilişində fasilə yaranacaq.Həmçinin Hövsan qəsəbəsində saat 10:00-dan 15:00-dək Oqtay Şabanov küçəsində elektrik enerjisinin verilişinə məhdudiyyət tətbiq ediləcək.Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin...
27 İyul 2026, 08:00
Bakıda güclü külək əsəcək
İyulun 27-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 24-27° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq....
26 İyul 2026, 12:33
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub.Citypost.az xəbər verir ki, bu barədə APA-ya şairin köməkçisi Arif Mehmandost məlumat verib."Səhhəti yaxşılığa doğru gedirdi, amma yenidən ağırlaşdı. Buna görə də yenidən süni tənəffüs aparatına qoşulub", – deyə köməkçisi bildirib.
26 İyul 2026, 12:26
Dənizdə batan Ümid müstəntiq işləyirmiş
Xəbər verdiyimiz kimi, dünən Sumqayıt şəhəri, Corat qəsəbəsində Hüseyinli Ümid Taməddin oğlu adlı şəxs batıb.CityPost.az “Unikal”a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Ümid Qubadlı rayon prokurorluğunda müstəntiq işləyirmiş.
26 İyul 2026, 11:41
İlham Əliyev: Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir
Azərbaycan Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb.CityPost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. İki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi, habelə bu yaxınlarda ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi insanlararası təmasların, xüsusilə də turizmin inkişafına mühüm təkan vermişdir.İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd edən ölkələrimiz arasında dostluq...
26 İyul 2026, 11:21