İlham Əliyev Bakıda mədəni irs və qayıdış hüququna dair beynəlxalq konfransın iştirakçılarına müraciət edib
Cəmiyyət 05 Dekabr 2025, 10:34
165
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda keçirilən III beynəlxalq konfransın iştirakçılarına müraciət edib.
CityPost.az xəbər verir ki, dövlət başçısının müraciətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub.
Müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları!
Sizi "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusuna həsr olunmuş III beynəlxalq konfransda ürəkdən salamlayıram.
Qədim dövlətçilik və mədəniyyət tarixinə malik Azərbaycan xalqı son iki əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımları ilə üz-üzə qalmış, ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsindən sonra – 1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmışdır.
Ermənistan ərazisində yaşayan azərbaycanlıların dağlıq bölgələrdən daha isti iqlimi olan yerlərə zorla köçürülməsi, onların illərlə qurub-yaratdıqları mülkiyyətin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin ələ keçirilərək dağıdılması və özgəninkiləşdirilməsi bu gün mötəbər sənədlərlə sübuta yetirilən tarixi faktlardır.
Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədilə zaman-zaman məhv etmişdir. Ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyi olduqca əhəmiyyətlidir.
Həmçinin oxuyun
Bu gün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə prosesin başladılması üçün səylərin artırılması vacibdir. Çünki qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir.
Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir.
Deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan İcmasının təmkinli, konstruktiv yanaşması, barışıq və dialoqa açıq olması, öz fəaliyyətini beynəlxalq hüquqa uyğun qurması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi təqdir olunmalıdır.
2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır.
İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır.
Artıq beynəlxalq platformaya çevrilən bu ənənəvi beynəlxalq konfransın işinə uğurlar arzulayır, keçiriləcək müzakirələrin mədəni irsin qorunmasına və qayıdış hüququ barədə anlaşmaya, soydaşlarımızın doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə qayıdışına töhfə verəcəyinə, barışıq və sülhə aparan yolda mühüm addım olacağına əminliyimi bir daha vurğulayıram".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kartof satan Mənsur Məmmədovu tanımadı...
Barəsində Dövlət Təhlükəsizlik Xidmətində vətənə xəyanət maddəsi ilə cinayət işi təqib olunan Ramiz Mehdiyevin çətiri altında özünə sığınacaq tapmış Ziya və Elton Məmmədov qardaşlarının yaxın adamı sayılan Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədovun qanunsuz əməlləri son günlər mətbuatda gündəm olub. Sosial şəbəkələr onun camışçılıq fermasına, hektarlarla torpaq sahələrinə, ticarət-iaşə obyektlərinə, balıqsaxlama vətəgələrinə sahib olması barədə məlumat vermişdir. CityPost.az xəbər verir ki,barəsində yayılan bu kimi xəbərlərdən sonra, M.Məmmədov sarsıntı keçirib və deyilənlərə görə çəkilişlərə şərait yaratdığı üçün özünə məxsus camışçılıq təsərrüfatına məsul şəxsə fiziki təzyiq göstərib.Sakinlərin verdiyi məlumata görə Ucarda hazırda tikinti-abadlıq işlərinə start verilib. Başçı M.Məmmədov özünü xalqa qaynayıb-qarışan rəhbər...
05 Dekabr 2025, 11:00
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 5-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.Bu barədə CityPost.az-a Xidmətdən məlumat verilib.Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.Düşən yağıntının miqdarı Lerikdə 9, Bakıda və Abşeron yarımadasında 7, Şəmkir və Qubada 4, Qobustanda 3, Astara, Şabran və Lənkəranda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ordubad, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Altıağac, Qusar, Beyləqan, Sabirabad, Göyçay, Neftçala, Yardımlıda 1 mm-dir.Naxçıvan, Şərur, Sədərək, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Şamaxı, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır....
05 Dekabr 2025, 10:40
Bu ayda cəmi 14 gün iş olacaq
2026-cı ilin mart ayı Azərbaycan vətəndaşları üçün son illərin ən uzun tətil günləri olacaq. Bu, gələn ilin Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi, üstəlik həftəsonları və kompensasiya edilən əlavə qeyri-iş günləri ilə bağlıdır.CityPost.az yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ilin martında istirahət günlərinin sayı iş günlərindən daha çox olacaq.Mart 31 gündür. Ondan 9-u şənbə-bazara təsadüf edir. Həmin ayın 1, 7, 8, 14, 15, 21, 22, 28, 29 istirahət günləridir.Martın 8-i Beynəlxalq Qadınlar Günüdür və Azərbaycanda iş olmayan bayram günü sayılır. Gələn ilin martin 8-i bazar gününə düşdüyünə görə, növbəti həftənin ilk iş günü istirahət olacaq. Yəni martın 9-da...
04 Dekabr 2025, 23:18
Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq
Bu ilin ən güclü və parlaq meteor yağışlarından biri olan Geminid meteor yağışı bu gündən başlayaraq dekabrın 17-dək aktiv olacaq və dekabrın 14-də öz zirvəsinə çatacaq.CityPost.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından məlumat verilib.Meteor yağışının radiantı (mənbəyi) Əkizlər (latınca: Gemini) bürcündə yerləşdiyi üçün ona Geminid adı verilib.Bakıdan Geminid meteor yağışını saat 18:18-dən 07:22-dək müşahidə etmək mümkün olacaq. Meteor yağışının ən əlverişli müşahidə vaxtı 14 dekabr gecəsi saat 02:30 radələridir.Bakıda radiant nöqtəsi həmin saatlarda üfüqdən 82° hündürlükdə olacaq və buna görə də əlverişli hava şəraitində saatda 119-a qədər meteor müşahidə oluna bilər.Meteor yağışı yeni Ay fazasına...
04 Dekabr 2025, 22:59
Fridrix Merts və İlham Əliyev bir-birini qarşılıqlı səfərə dəvət ediblər
Almaniyanın Kansleri Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.CityPost.az-ın məlumatına görə, Fridrix Merts, ilk növbədə, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Kansler Almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb.Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı Azərbaycanın regional sülh təşəbbüslərinin müəllifi olduğunu qeyd edib.Prezident İlham Əliyev Azərbaycanın regionda davamlı sülhün təmin olunması və möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirib.Telefon danışığı zamanı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.Kansler Fridrix Merts İlham Əliyevi Almaniyaya səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Prezident İlham Əliyev öz növbəsində Almaniya Kanslerini...
04 Dekabr 2025, 22:19
Dahilərin heykəlləri baxımsız haldadır - FOTOLAR
Bakı şəhərində yerləşən heykəl və büstlərin əksəriyyəti baxımsız haldadır.Bu barədə CityPost.az saytının əməkdaşı şəhərin bir sıra nöqtələrində müşahidələr aparıb.Paytaxtın Səbail,Nəsimi kimi mərkəzi rayonlarında yerləşən bir sıra məşhur şəxslərin heykəlləri bu gün xoşagəlməz haldadır.İstiqlaliyyət küçəsində yerləşən böyükü satirik şair Mirzə ələkbər Sabirin,dünyaca məşhur akademik Yusif Məmmədəliyevin heykəlləri toz-torpaq içərisindədir.Həmin heykəllərdən bir qədər aşağıda yerləşən böyük Azərbaycan şairi Nizami Gəncəvinin də heykəlində oxşar mənzərə müşahidə olunur.Toz-torpaq bir yana,quşların heykəlləri batırması başqa bir dərddir...Siyahı bununla bitmir.Azərbaycanın tanınmış dramaturları Mirzə fətəli Axundzadənin,Cəfər Cabbarlının,Səməd Vurğunun,Aşıq Ələsgərin,Koroğlunun da heykəllərində oxşar mənzərələrə rast gəlmək olur.Ümid edirik ki,bu iradlardan sonra aidiyyatı qurumlar məsuliyyəti dərk edər və Azərbaycan xalqı...
04 Dekabr 2025, 16:33