Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq
Cəmiyyət 04 Dekabr 2025, 22:59
198
Bu ilin ən güclü və parlaq meteor yağışlarından biri olan Geminid meteor yağışı bu gündən başlayaraq dekabrın 17-dək aktiv olacaq və dekabrın 14-də öz zirvəsinə çatacaq.
CityPost.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından məlumat verilib.
Meteor yağışının radiantı (mənbəyi) Əkizlər (latınca: Gemini) bürcündə yerləşdiyi üçün ona Geminid adı verilib.
Bakıdan Geminid meteor yağışını saat 18:18-dən 07:22-dək müşahidə etmək mümkün olacaq. Meteor yağışının ən əlverişli müşahidə vaxtı 14 dekabr gecəsi saat 02:30 radələridir.
Bakıda radiant nöqtəsi həmin saatlarda üfüqdən 82° hündürlükdə olacaq və buna görə də əlverişli hava şəraitində saatda 119-a qədər meteor müşahidə oluna bilər.
Həmçinin oxuyun
Meteor yağışı yeni Ay fazasına təsadüf etdiyindən Ayın işığı demək olar ki, mane olmayacaq. Geminid meteorları Yer atmosferinə təxminən 35 km/san sürətlə daxil olacaq. Bu, digər meteor yağışlarına nisbətən meteorların daha parlaq görünməsinə, yanma prosesinin daha uzun olmasına, çoxlu sayda bolidlərin (çox parlaq meteorların) müşahidə edilməsinə şərait yaradır.
Geminid meteor yağışının mənşəyi digər meteor yağışlarından fərqli olaraq komet deyil, 3200 Faeton (Phaethon) asteroididir. Bu, nadir bir fenomendir. Bu asteroid 1983-cü ildə kəşf edilib. 3200 Faeton asteroidi Günəşə 20 milyon km-ə qədər yaxınlaşa bilir və bu səbəbdən onun səthi ~700°C-yə qədər qızır. Qızma nəticəsində səth materialı parçalanır və toz əmələ gəlir. Yer hər il bu toz axınından keçdikdə Geminid meteor yağışı yaranır.
Geminid meteorlarının rəngləri xüsusilə gözəldir: Sarı – natrium, yaşıl – maqnezium, mavi-ağ - dəmir qarışıqları. Bu fakt Geminidləri müşahidə baxımından daha cəlbedici edir.
Meteor yağışının gücündə son 50 ildə artım müşahidə edilib. 1900-cü illərdə 1 saatda cəmi 20 meteor müşahidə olunurdusa, indi 120 meteor müşahidə olunacaq. Buna səbəb Faeton orbitində toz sıxlığının artmasıdır.
Geminidlər 2025-ci ilin ən möhtəşəm astronomik hadisələrdən biri olacaq və hava şəraiti əlverişli olsa, Azərbaycan səması üzərində bu nadir təbiət fenomeni parlaq və unudulmaz bir mənzərə yaradacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bu ayda cəmi 14 gün iş olacaq
2026-cı ilin mart ayı Azərbaycan vətəndaşları üçün son illərin ən uzun tətil günləri olacaq. Bu, gələn ilin Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi, üstəlik həftəsonları və kompensasiya edilən əlavə qeyri-iş günləri ilə bağlıdır.CityPost.az yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ilin martında istirahət günlərinin sayı iş günlərindən daha çox olacaq.Mart 31 gündür. Ondan 9-u şənbə-bazara təsadüf edir. Həmin ayın 1, 7, 8, 14, 15, 21, 22, 28, 29 istirahət günləridir.Martın 8-i Beynəlxalq Qadınlar Günüdür və Azərbaycanda iş olmayan bayram günü sayılır. Gələn ilin martin 8-i bazar gününə düşdüyünə görə, növbəti həftənin ilk iş günü istirahət olacaq. Yəni martın 9-da...
04 Dekabr 2025, 23:18
Fridrix Merts və İlham Əliyev bir-birini qarşılıqlı səfərə dəvət ediblər
Almaniyanın Kansleri Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.CityPost.az-ın məlumatına görə, Fridrix Merts, ilk növbədə, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Kansler Almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb.Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı Azərbaycanın regional sülh təşəbbüslərinin müəllifi olduğunu qeyd edib.Prezident İlham Əliyev Azərbaycanın regionda davamlı sülhün təmin olunması və möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirib.Telefon danışığı zamanı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.Kansler Fridrix Merts İlham Əliyevi Almaniyaya səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Prezident İlham Əliyev öz növbəsində Almaniya Kanslerini...
04 Dekabr 2025, 22:19
Dahilərin heykəlləri baxımsız haldadır - FOTOLAR
Bakı şəhərində yerləşən heykəl və büstlərin əksəriyyəti baxımsız haldadır.Bu barədə CityPost.az saytının əməkdaşı şəhərin bir sıra nöqtələrində müşahidələr aparıb.Paytaxtın Səbail,Nəsimi kimi mərkəzi rayonlarında yerləşən bir sıra məşhur şəxslərin heykəlləri bu gün xoşagəlməz haldadır.İstiqlaliyyət küçəsində yerləşən böyükü satirik şair Mirzə ələkbər Sabirin,dünyaca məşhur akademik Yusif Məmmədəliyevin heykəlləri toz-torpaq içərisindədir.Həmin heykəllərdən bir qədər aşağıda yerləşən böyük Azərbaycan şairi Nizami Gəncəvinin də heykəlində oxşar mənzərə müşahidə olunur.Toz-torpaq bir yana,quşların heykəlləri batırması başqa bir dərddir...Siyahı bununla bitmir.Azərbaycanın tanınmış dramaturları Mirzə fətəli Axundzadənin,Cəfər Cabbarlının,Səməd Vurğunun,Aşıq Ələsgərin,Koroğlunun da heykəllərində oxşar mənzərələrə rast gəlmək olur.Ümid edirik ki,bu iradlardan sonra aidiyyatı qurumlar məsuliyyəti dərk edər və Azərbaycan xalqı...
04 Dekabr 2025, 16:33
Mehdiyev İlham Əliyevin prezidentliyə namizəd olmağını istəmirdi - Məşhur YAP-çıdan ŞOK AÇIQLAMA
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında qalmaqal davam edir. İş çərçivəsində onunla əlbir olmaqda ittiham olunan AXCP sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimli barəsində həbs qətimkan tədbiri seçilib."Mehdiyev işi" ilə bağlı Milli Şuranın sədri Cəmil Həsənli DTX-də dindirilib, Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb, onun Azərbaycana deportasiya ediləcəyi gözlənilir.Qeyd edək ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib....
04 Dekabr 2025, 16:13
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
Prezident İlham Əliyev "AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 22 fevral 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.CityPost.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.Fərmana əsasən, Şuraya daxil olan Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Vüqar Məcidli İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri Mehman İsmayılovla, Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri Rəşad İsmayılov isə Holdinqinin Baş icraçı direktorunun müavini Əli Cəfərovla əvəzlənib....
04 Dekabr 2025, 15:38
Sabah bəzi yerlərdə leysan xarakterli yağış yağacaq
Bakıda və Abşeron yarımadasında dekabrın 5-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, havanın temperaturu gecə 8-10, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 80-90 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə 5-10, gündüz 14-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq....
04 Dekabr 2025, 14:10