Bizə yazın

Baku

-°C

USD

-

Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı 

Cəmiyyət 03 Dekabr 2025, 16:28

132

Bu ilin 24 iyununda Xankəndi şəhərində qadının evinə qanunsuz daxil olaraq xuliqanlıq hərəkətləri etmiş məmur cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin Mənzil fondunun idarə edilməsi və məskunlaşma departamentinin Xankəndi şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışan Bakı sakini 26 yaşlı Tural İmanov (soyad şərtidir) barəsində açılmış işin istintaqı başa çatıb.

Müəyyən edilib ki, iyunun 23-də Xankəndi şəhərində yerləşən “Nəqşicahan” restoranında Turalın iş yoldaşı İlqarın ad günü mərasimi keçirilib. İlqar tanışı Fidan Quliyevadan (şərti) həmin mərasimə müğənni dostu Ləmanı (şərti) da gətirməsini xahiş edib.

Məclisdə iştirak etdikdən sonra müğənni yaşadığı Gəncə şəhərinə qayıdıb. Bundan sonra sərxoş halda olan Tural və İlqar Ləmanla görüşmək məqsədilə gecə saat 01 radələrində Fidanın evinə gediblər. Onlar Ləmanın da həmin evdə olduğunu düşünüblər. Lakin qadın qapını açmayıb. Bunu görən Tural pəncərədən keçərək Fidanın azyaşlı övladları ilə yaşadığı mənzilə daxil olub. Səs-küyə qonşular da gəlib və dava-dalaş düşüb.

Hadisə nəticəsində Tural bir nəfərin barmağını sındırıb, həmçinin Fidana xəsarətlər yetirib.

Hadisə ilə bağlı polisə məlumat daxil olandan sonra Tural saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma, xuliqanlıq) maddələri ilə iş açılıb.

O, ifadəsində bildirib ki, Xankəndidə qanunsuz məskunlaşma üçün gecə reydə çıxıbmış və buna görə həmin mənzilə daxil olub.

Xankəndi Şəhər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Tural İmanova 3 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yağıntılı hava şəraiti dekabrın 5-dək davam edəcək 

Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağıntılı hava şəraiti dekabrın 5-i səhərədək davam edəcək.Bu barədə   Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.

03 Dekabr 2025, 16:10

Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 

Uşağın doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi qanunvericiliyə salınır.CityPost.az  xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.Layihəyə əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

03 Dekabr 2025, 14:34

Azərbaycanda bu ilin 11 ayında 32 mindən çox şəxsə pensiya təyin edilib 

2025-ci ilin yanvar-noyabr ayları ərzində 32 mindən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.Bu barədə Citypost.az  Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.Məlumata əsasən, əmək pensiyası təyin olunan şəxslərin 68,96%-ni kişilər, 31,04 %-ni isə qadınlar təşkil edib.

03 Dekabr 2025, 11:52

Deputat: "2026-cı ilin büdcə layihəsində hədəflər düzgün müəyyənləşdirilib" 

2026-cı ilin büdcə layihəsində hədəflər düzgün müəyyənləşdirilib.CityPost.az  xəbər verir ki, bunu Milli Məclisin deputatı Zaur Şükürov parlamentin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib."Prezident İlham Əliyevin müəyyən etdiyi, ölkəmizin sosial-iqtisadi inkişaf, müdafiə-təhlükəsizlik və xarici siyasət strategiyasından irəli gələn vəzifələrin səmərəli şəkildə icra edilməsi məqsədilə, 2026-cı ilin büdcə layihəsində hədəflər düzgün müəyyənləşdirilibvə əminik ki, Prezidentimizin uzaqgörən siyasəti və mükəmməl liderliyi bu hədəflərə nail olmağa imkan verəcək", - deyə o qeyd edib.Bundan başqa, deputat deyib ki, dövlət başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf və milli təhlükəsizlik strategiyası çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun bərpası və gələcək inkişafının, hərbi...

03 Dekabr 2025, 11:08

STM: Azərbaycanda beyin köçü əsas narahatlıq doğuran məsələlərdən biridir 

Azərbaycanda beyin köçü əsas narahatlıq doğuran məsələlərdən biridir.CityPost.az  xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc STM-in Prezident İham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı ilə bağlı "Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm ve universitetler" mövzusunda təşkil etdiyi dəyirmi masada deyib."Narahatlıq doğuran daha bir hal - ölkədə qalaraq, beyin köçünə uğramaqdır. Sosial Tədqiqatlar Mərkəzinin 2024-cü ildə elmi müəssisələrdə keçirdiyi sosioloji tədqiqatın nəticələri deyilənləri təsdiqləyir. "Beyin köçü", intellektual miqrasiya (39.7%), eləcə də kadr məsələləri və karyerada yüksəliş imkanları (38.9%), həmçinin, alimin imici (34.6%) də əsas problemlər sırasında qeyd edilib",-o əlavə edib.Z.Oruc daha sonra...

03 Dekabr 2025, 10:58

Kəmaləddin Heydərov: Azərbaycan təbii və texnogen risklərin olduğu ölkədir 

Azərbaycan təbii və texnogen risklərin olduğu ölkədir.CityPost.az  xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 3-də Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI beynəlxalq konfransının açılışında çıxışı zamanı deyib.Onun sözlərinə görə, tarix boyu insanlar təbii və texnogen hadisələrlə üzləşib:"Azərbaycan təbii və texnogen risklərinin olduğu ölkədir. Ölkəmizdə son illər sənaye və infrastruktur şəbəkəsinin yaradılması fövqəladə hallardan qorunma məsələsini də diqqətdə saxlayır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə yaradılan Fövqəladə Hallar Nazirliyi hadisələrə çevik reaksiya verir. Nazirlik beynəlxalq müstəvidə əməkdaşlığı genişləndirir. Azərbaycanda yanğınsöndürmə sisteminin formalaşması böyük tarixə malikdir"....

03 Dekabr 2025, 10:51