Deputat: "2026-cı ilin büdcə layihəsində hədəflər düzgün müəyyənləşdirilib"
Cəmiyyət 03 Dekabr 2025, 11:08
280
2026-cı ilin büdcə layihəsində hədəflər düzgün müəyyənləşdirilib.
CityPost.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zaur Şükürov parlamentin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.
"Prezident İlham Əliyevin müəyyən etdiyi, ölkəmizin sosial-iqtisadi inkişaf, müdafiə-təhlükəsizlik və xarici siyasət strategiyasından irəli gələn vəzifələrin səmərəli şəkildə icra edilməsi məqsədilə, 2026-cı ilin büdcə layihəsində hədəflər düzgün müəyyənləşdirilibvə əminik ki, Prezidentimizin uzaqgörən siyasəti və mükəmməl liderliyi bu hədəflərə nail olmağa imkan verəcək", - deyə o qeyd edib.
Bundan başqa, deputat deyib ki, dövlət başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf və milli təhlükəsizlik strategiyası çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun bərpası və gələcək inkişafının, hərbi potensialımızın gücləndirilməsinin və təhlükəsizliyimizin təmin edilməsinin və sosial istiqamətlərin əsas prioritetlər kimi diqqətdə saxlamaqla, müasir çağırışlara cavab verən büdcə layihəsinin hazırlanması xüsusilə önəmlidir: "Eyni zamanda Milli Məclisin Komitələrində müzakirələr zamanı səsləndirilən müəyyən təkliflərin də layihədə əksini tapması vacib hesab edilən məqamlardandır. Büdcə layihəsinin peşəkar şəkildə hazırlanmasında əməyi olan Maliyyə nazirliyi və digər aidiyyəti qurumlarımıza təşəkkürümü bildirirəm. Həqiqətən də, Konstitusiyamızın 30, Şanlı Zəfərimizin 5 illiyini qeyd etdiyimiz Konstitusiya və Suverenlik ilində tariximizin ən böyük büdcəsinin müzakirə edilməsi qürurvericidir".
Həmçinin oxuyun
"Yaxın regionlarda davam edən münaqişələr, dövlətlərarası tarif siyasətində dəyişikliklər fonunda sevindirici haldır ki, ölkəmizdə makroiqtisadi, fiskal stabillik qorunmuş və iqtisadiyyatımızda artım tempi davamlı olaraq müşahidə edilir. Prezidentimiz tərəfindən də qeyd olunduğu kimi, "Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir və bizim iqtisadiyyatımız özünü təmin edir", - deyə Z.Şükürov əlavə edib.
Onun sözlərinə görə, 38,6 milyard manat gəlirin və 41,7 milyard manat xərcin proqnozlaşdırıldığı büdcə layihəsində xüsusilə diqqət çəkən məqamlardan biri büdcənin sosialyönümlü olmasıdır: "2025-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə 0,7 %, 2024-cü ilin icrası ilə müqayisədə 10,6 % çox olan büdcə xərclərinin 41 %-nin, cari xərclərin isə 68 %-nin, ümumilikdə 17,1 milyard manat vəsaitin sosialyönümlü xərclərə yönəldilməsi nəzərdə tutulur və bu rəqəm 2024-cü ilin icrası ilə müqayisədə 2,5 milyard manat və yaxud 17 % çoxdur. Büdcədə müdafiə və milli təhlükəsizlik xərclərinin 8,7 milyard manat, cari illə müqayisədə 319 milyon manat çox vəsait proqnozlaşdırlması strateji əhəmiyyət kəsb edən yanaşmadır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizin bərpa və quruculuq işlərinə gələn il 3,5 milyard manat vəsait nəzərdə tutulması xüsusilə vacib məqamlardan biridir".
"Prezident İlham Əliyevin mükəmməl liderliyi ilə dövlətimizin beynəlxalq miqyasda nüfuzunun davamlı şəkildə artması və bu xüsusda, ölkə başçısının qarşıya qoyduğu vəzifələrin icrasının həyata keçirilməsi məqsədilə ölkəmizin beynəlxalq sahədə fəaliyyətinin etibarlı maliyyə təminatı vacib əhəmiyyət kəsb edir. 2026-ci ildə diplomatik nümayəndəliklərin xərclərinin 5 % artırılaraq 215 milyon manata çatdırılması bu baxımdan təqdirəlayiqdir. Digər mühüm bir məqam isə, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının davamlı olaraq artmasıdır ki, bu da öz növbəsində gələcəkdə neft-qaz sektorundan asılılığın azaldılmasına, ölkə iqtisadiyyatının şaxələndirilməsinə, habelə dayanıqlı, sabit və daha dəqiq proqnozlaşdırla bilən büdcə siyasətinin həyata keçirilməsinə imkan verən mühüm faktorlardandır".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
STM: Azərbaycanda beyin köçü əsas narahatlıq doğuran məsələlərdən biridir
Azərbaycanda beyin köçü əsas narahatlıq doğuran məsələlərdən biridir.CityPost.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc STM-in Prezident İham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı ilə bağlı "Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm ve universitetler" mövzusunda təşkil etdiyi dəyirmi masada deyib."Narahatlıq doğuran daha bir hal - ölkədə qalaraq, beyin köçünə uğramaqdır. Sosial Tədqiqatlar Mərkəzinin 2024-cü ildə elmi müəssisələrdə keçirdiyi sosioloji tədqiqatın nəticələri deyilənləri təsdiqləyir. "Beyin köçü", intellektual miqrasiya (39.7%), eləcə də kadr məsələləri və karyerada yüksəliş imkanları (38.9%), həmçinin, alimin imici (34.6%) də əsas problemlər sırasında qeyd edilib",-o əlavə edib.Z.Oruc daha sonra...
03 Dekabr 2025, 10:58
Kəmaləddin Heydərov: Azərbaycan təbii və texnogen risklərin olduğu ölkədir
Azərbaycan təbii və texnogen risklərin olduğu ölkədir.CityPost.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 3-də Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI beynəlxalq konfransının açılışında çıxışı zamanı deyib.Onun sözlərinə görə, tarix boyu insanlar təbii və texnogen hadisələrlə üzləşib:"Azərbaycan təbii və texnogen risklərinin olduğu ölkədir. Ölkəmizdə son illər sənaye və infrastruktur şəbəkəsinin yaradılması fövqəladə hallardan qorunma məsələsini də diqqətdə saxlayır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə yaradılan Fövqəladə Hallar Nazirliyi hadisələrə çevik reaksiya verir. Nazirlik beynəlxalq müstəvidə əməkdaşlığı genişləndirir. Azərbaycanda yanğınsöndürmə sisteminin formalaşması böyük tarixə malikdir"....
03 Dekabr 2025, 10:51
Cəlilabadda açıq ərazidə yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonu Bakı-Astara şossesinin 104-cü km-də açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.CityPost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat verib.Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.Yanğın nəticəsində təxminən 5 hektar sahədə quru ot, kol-kos və qamışlıq yanıb.Ətraf ərazilər yanğından mühafizə olunub....
02 Dekabr 2025, 21:23
XİN-in kollegiya üzvlərinin sayı və tərkibi təsdiqlənib
Baş nazir Əli Əsədov Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) kollegiyasının üzvlərinin sayının və tərkibinin təsdiq edilməsi haqqında Qərar imzalayıb.CityPost.az xəbər verir ki, Qərarla XİN-in kollegiyasının üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiq edilir:Kollegiyanın sədriAzərbaycan Respublikasının xarici işlər naziriKollegiyanın üzvləri:Azərbaycan Respublikası xarici işlər nazirinin müavinləri"ADA" Universitetinin rektoruAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisiAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisiAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında İdarəsinin rəisi.Həmçinin, Qərarla "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli Qərarı ləğv edilir....
02 Dekabr 2025, 19:22
Mehdiyevin Gültəkinə olan sevgisinin anatomiyası
Xəbər verdiyimiz kimi,keçmiş deputat Gültəkin Hacıbəyli Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.Onun "Ramiz Mehdiyev işi" çərçivəsində saxlanıldığı bildirilir.Bundan öncə Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevdən qəbul etdiyi mülklərlə bağlı faktlar təqdim etmişdik.Sözügedən mənzillər Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibi olduğu, sonuncunun qardaşı oğlu Orxan Fikrət oğlu Əliyevin isə qanuni təmsilçisi olduğu “NLT” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu Dilarə Əliyeva küçəsi, 251A ünvanında yerləşir.Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət həmin ünvanda,6-cı mərtəbədən yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib.Həmin binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə xüsusi “xidmətlərinə” görə,...
02 Dekabr 2025, 15:34
Həmin görüşlərə oğlunu da aparırmış - Bu fotolar ilk dəfə yayılır
Azərbaycanın siyasi tarixində uzun illər strateji vəzifələr icra etmiş Ramiz Mehdiyev təkcə ölkə daxilində deyil, həm də Rusiya siyasi dairələri ilə əlaqələri ilə seçilən fiqurlardan biri olub. Son illərdə əldə olan foto və məlumatlar göstərir ki, onun müxtəlif beynəlxalq platformalarda, xüsusən də Rusiyada keçirdiyi həm açıq, həm də qapalı görüşlərində oğlu Teymur Mehdiyev də iştirak edib. İlk baxışda adi müşayiət kimi görünən bu detal əslində post-sovet siyasi anatomiyasında təsadüfi sayılmır.CityPost.az xəbər verir ki, bu barədə Konkret.az məlumat yayıb. Mənbə qeyd edir ki, post-sovet məkanında yüksəkvəzifəli şəxslər üçün ailə üzvlərini mühüm görüşlərə aparmaq yalnız sosial jest deyil, həm də siyasi mesajdır....
02 Dekabr 2025, 14:49