NATO Ukraynaya 17 milyard dollar dəyərində silah tədarükü gözləyir
Dünya 02 Dekabr 2025, 19:26
3989
NATO Baş katibi Mark Rutte ABŞ-dan Ukrayna Silahlı Qüvvələrinə ən azı 17 milyard dollar dəyərində silah tədarükü gözlədiyini bildirib.
Bu barədə NATO Baş Katibi keçirdiyi mətbuat konfransında bildirib.
Ruttenin sözlərinə görə, dekabırn 3-də Brüsseldə NATO-Ukrayna Şurasının Xarici İşlər Nazirləri səviyyəsində iclası keçiriləcək və bu tədbirdə Avropa İttifaqının baş diplomatı Kaya Kallas və Ukraynanın xarici işlər naziri Andriy Sibiqa iştirak edəcək.
Baş katib vurğulayıb ki, NATO Rusiyanın Ukraynaya qarşı getdikcə daha qəddar hücumlarını gözardı edə bilməz.
Həmçinin oxuyun
“Rusiya sistematik şəkildə mülki infrastruktur hədəf alır, ukraynalıları qışın əvvəllərində istilik və işıqdan məhrum edir. Rusiya bu müharibədə tək deyil, Çin onun əsas dəstəkçisi olaraq qalır, İran və Şimali Koreya da dəstək göstərir. Rusiyanın tammiqyaslı işğalının ilk günlərindən etibarən NATO müttəfiqləri Ukraynaya sarsılmaz dəstək nümayiş etdirib”, – Alyansın Baş katibi qeyd edib.
O əlavə edib ki, Alyans Ukraynaya dəstəyi artırmalıdır və Avropaya bunu üzərinə götürməyə icazə verməyin vaxtı çatıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rusiya Aleksandr Pokladın kabinetini vurdu
Bu gün Rusiya pilotsuz təyyarəsi Kiyevin mərkəzində Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) binasına zərbə endirib.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat yayıb. Onun sözlərinə görə, Rusiyaya məxsus təyyarə Ukrayna Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Pokladın ofisinə zərbə endirib. “Təəssüf ki, Rusiya pilotsuz təyyarəsi Kiyevdə, Volodymyrskaya küçəsində, Müqəddəs Sofiya Katedralının qarşısındakı mərkəzi SBU binasına zərbə endirib. Bütün təcili yardım xidmətləri hadisə yerindədir. Bütün zərərçəkənlərə lazımi yardım göstəriləcək. Pilotsuz təyyarə birbaşa bu binadakı SBU rəhbərinin ofisinə yönəldilib”, - deyə Zelenski vurğulayıb.Bu arada, Rusiya dronları Kiyevdəki digər hədəflərə də hücum edib. ...
04 Sentyabr 2026, 20:12
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
İrəvan məhkəməsi “Çiçəklənən Ermənistan” partiyasının lideri, iş adamı Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb.“Armenpress”in xəbərinə görə, bu barədə Tsarukyanın vəkili bildirib.Qeyd edək ki, Qaqik Tsarukyan iyulun 7-də iki ay müddətinə həbs edilib. Ona xüsusilə külli miqdarda dələduzluğa köməklik və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (pul yuyulması) ittihamları irəli sürülüb.
04 Sentyabr 2026, 18:34
Paşinyan Azərbaycana qarşı döyüşən şəxsə yüksək vəzifə verdi
Bir neçə gün öncə Ermənistan ordusunda kadr təyinatı olmuşdu. Belə ki, Baş nazir Nikol Paşinyanın təklifi əsasında prezident Vaaqn Xaçaturyan Samvel Qriqoryanın Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun komandiri təyin edilməsi barədə sərəncam imzalaydı.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, kiçik araşdırması zamanı maraqlı, eyni zamanda xoşagəlməz fakt aşkarlayıb. Korpus komandiri təyinatı alan Samvel Qriqoryan Aprel döyüşləri, Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əmıliyyatı zamanı Ordumuza qarşı döyüşlərdə aktiv iştirak edib. Belə ki, Azərbaycanın Qarabağ bölgəsində anadan olan polkovnik Samvel Qriqoryan uzun illər Qarabağda fəaliyyət göstərən separatçı rejimin hərbi strukturlarında müxtəlif yüksək vəzifələr tutub. O, hərbi hissə komandirindən diviziya...
04 Sentyabr 2026, 14:44
TASS: Uitkoffla Kuşner 5-6 sentyabrda Moskva və Kiyevə səfər edəcəklər
Stiv Uitkoff və Cared Kuşner 5-6 sentyabr tarixlərində əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklər.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS məlumat yayıb.Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da Uitkoff və Kuşnerin şənbə günü Moskvaya, bazar günü isə Kiyevə səfər edəcəklərini bildirib.
04 Sentyabr 2026, 14:15
Tesla Texasda sürücüsüz “Cybercab”ı təqdim etdi
Tesla Texasın Ostin şəhərində sükan və pedalı olmayan, iki sərnişin üçün nəzərdə tutulan tam avtonom “Cybercab” robotaksisini təqdim edib. Citypost.az France24.com-a istinadən xəbər verir ki, şirkət yeni model ilə Uber və Waymo kimi sürücüsüz nəqliyyat xidmətləri ilə rəqabət aparmağı hədəfləyir.“Cybercab”ın ictimai istifadəyə verilməsi planlaşdırılır. Tesla-nın robotaksi xidmətinin isə artıq Texas və ABŞ-ın digər şəhərlərində genişləndirildiyi bildirilir.Turan
04 Sentyabr 2026, 10:00
Kambocada köçkünlər üçün yeni kənd salındı
Kambocada Taylandla sərhəddəki toqquşmalar nəticəsində 20 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Onlar üçün Banteay Meanchey əyalətində 3 mindən çox evdən ibarət yeni “gözləmə kəndi” salınıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, sakinlər burada ev, torpaq, məktəb və səhiyyə imkanları əldə etsələr də, bir çoxu illərdir yaşadıqları kəndlərinə qayıtmaq istəyir. Köhnə yaşayış məntəqələrinə girişin məhdudlaşdırıldığı, bəzi evlərin dağıdıldığı bildirilir.Köçkünlər yeni kənddə mağaza, kafe və digər kiçik bizneslər quraraq həyatlarını yenidən təşkil etməyə çalışırlar. Onlardan biri, “Burada yeni bir həyat qururuq. Problemlər həll olunsa, geri qayıdacağıq”, – deyə bildirib.Əli...
04 Sentyabr 2026, 09:54