Bizə yazın

Baku

-°C

USD

-

Qusarda "KamAZ" 87 yaşlı kişini vuraraq öldürüb 

Hadisə 03 Dekabr 2025, 10:45

71

Qusar rayonunda "KamAZ" 87 yaşlı kişini vuraraq öldürüb.

Hadisə Qusar rayonunun Urva kəndində baş verib.

Gəray Tariquliyev idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə həmkəndlisi, 87 yaşlı Məhərrəm Şeydayevin yaşadığı evin həyətinə qum boşaldarkən M.Şeydayevi vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ötən gün 7 mindən çox patron, 8 qumbara aşkar edilərək götürülüb 

Ötən gün daxili işlər orqanları tərəfindən 7 mindən çox patron aşkar edilərək götürülüb.Bu barədə CityPost.az-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, dekabrın 2-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 2 avtomat silahı, 1 pulemyot, 2 qumbaraatan, 1 tapança, 8 qumbara, 5 alışdırıcı, 2 tüfəng, 52 patron darağı və 7016 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər....

03 Dekabr 2025, 10:54

“Kontakt Home”da ər arvadını bıçaqladı 

Paytaxtın Səbail rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.Bakues.az-a daxil olan məlumata görə, hadisənin “Kontakt Home” mağazalar şəbəkəsinin Sahil filialında baş verdiyi iddia edilir.Şahidlərin sözlərinə görə, mağazada çalışan qadın şəxsi münasibətlər zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.Məlumata əsasən, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü F. Quliyev saxlanılıb.Fakt üzrə araşdırmalar davam etdirilir.

02 Dekabr 2025, 23:11

Terroru maliyyələşdirmədə təqsirləndirilən şəxsin məhkəməsində ittiham aktı elan edilib 

Terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan olunub.Dövlət ittihamçısı ittiham aktını elan edib.Məlum olub ki, Namiq Nəbiyev Suriyadakı münaqişə zəminində 2022-ci ildən müxtəlif vaxtlarda, müxtəlif şəxslərin adına olan bank kartlarına 28.479 dollar məbləğində pul vəsaiti köçürərək həmin pulun terrorçu qrup kimi tanınmış İraq Şam İslam Dövlətinə (İŞİD) göndərilməsinə, onların silah və ya digər terrora səbəb ola biləcək vasitə almasına səbəb olub.O, ifadəsində bildirib ki, sədəqə verilməsi işi ilə məşğul olub: "Votsap qrupu yaradıb...

02 Dekabr 2025, 20:24

Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır  

Barəsində 2 ay 15 gün həbs-qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib.CityPost.az  gununsesi.info-a istinadən xəbər verir ki, həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına yerləşdirilib.Məlumatda Əli Kərimlinin təkadamlıq kamerada yerləşdirildiyi məlum olub.Bu arada AXCP sədrinin vəkili Aqil Layıc müvəkkilinə qarşı müstəntiq və əməliyyatçıların nəzakətsiz davranışlarını hiss etmədiklərini deyib.Xatırladaq ki, Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub....

02 Dekabr 2025, 11:09

Bakı sakini dəm qazından boğulub 

Bakı sakini dəm qazından boğularaq ölüb.CityPost.az  xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.Belə ki, 1990-cı il təvəllüdlü Orxan Bayramov yaşadığı Qaraçuxur qəsəbəsindəki evin hamamında dəm qazından boğularaq ölüb.Faktla bağlı araşdırmalar aparılır.

02 Dekabr 2025, 10:58

İrandan Azərbaycana 21 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb 

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.Bu barədə  Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.Belə ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqram 745 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

01 Dekabr 2025, 12:42