Terroru maliyyələşdirmədə təqsirləndirilən şəxsin məhkəməsində ittiham aktı elan edilib
Hadisə 02 Dekabr 2025, 20:24
3071
Terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan olunub.
Dövlət ittihamçısı ittiham aktını elan edib.
Məlum olub ki, Namiq Nəbiyev Suriyadakı münaqişə zəminində 2022-ci ildən müxtəlif vaxtlarda, müxtəlif şəxslərin adına olan bank kartlarına 28.479 dollar məbləğində pul vəsaiti köçürərək həmin pulun terrorçu qrup kimi tanınmış İraq Şam İslam Dövlətinə (İŞİD) göndərilməsinə, onların silah və ya digər terrora səbəb ola biləcək vasitə almasına səbəb olub.
Həmçinin oxuyun
O, ifadəsində bildirib ki, sədəqə verilməsi işi ilə məşğul olub: "Votsap qrupu yaradıb orada sədəqə toplamaq üçün paylaşımlar edirdim. Pul göndərilirdi, pulu lazımi yerə çatdırırdım".
Növbəti proses dekabrın 23-nə təyin edilib.
Qeyd edək ki, DTX tərəfindən saxlanılan Namiq Nəbiyev AR Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham olunur. Cəzaların qismən toplanılması ilə Namiq Nəbiyev 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda narkokuryerlikdə şübhəli bilinən qadın saxlanılıb
Nərimanov rayonunda 6 kq narkotik vasitə aşkarlanıb.Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı 27 yaşlı Paşa Bayramov və onunla əlbir olan 46 yaşlı qadın saxlanılıb. Onlardan 6 kiloqramdan artıq narkotik vasitə marixuana və tiryək aşkarlanıb.Araşdırma zamanı saxlanılanların narkotikləri paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.Faktla bağlı cinayət işi başlanılıb.Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir....
08 İyun 2026, 12:20
Cəlilabad sakinin ilan sancıb
Cəlilabad rayonunun Məlikəasımli kəndində ilan sancması hadisəsi baş verib.Citypost.az xəbər verir ki, hadisə 30 yaşlı kənd sakini Vasif Fərhad oğlu Yayhəyevin maşına ot yüklədiyi zaman baş verib.Məlumata görə, otlar arasından çıxan ilan onun əlindən sancıb.Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
08 İyun 2026, 09:26
İmişli sakini Araz çayına düşərək boğulub
İmişli rayon sakini Araz çayında boğulub.Citypost.az xəbər verir ki, hadisə Araz çayının İmişlinin Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, rayon sakini T. Mirişov çaya düşərək boğulub.Hazırda onun axtarışları aparılır. Onun 11-ci sinif şagirdi olduğu bildirilir.
08 İyun 2026, 08:33
Cəlilabadda keçmiş məhkumlardan 18 kq narkotik götürülüb
Cəlilabad Rayon Polis Şöbəsi narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.DİN-in Mətbuat xidmətinin regional qrupundan verilən xəbərə görə, tədbirlərlə hər ikisi əvvəllər məhkum olunmuş 35 yaşlı Ruslan Quliyev və 36 yaşlı Tural Hacıyev saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 18 kiloqram marixuana və metamfetamin aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
06 İyun 2026, 14:44
Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.CityPost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.Məlumata görə, iyun ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgül saxlanılıb.Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir....
06 İyun 2026, 10:15
Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.Məlumata görə, iyun ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgül saxlanılıb.Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir....
06 İyun 2026, 10:15