Bizə yazın

Baku

-°C

USD

-

Ramiz Mehdiyevin yaxın adamı Bakıda yeni obyekt açdı...  

Cəmiyyət 05 Dekabr 2025, 12:59

1665

Fövqəladə Hallar Nazirliyi Qasımov Taleh Əsabil oğlunun sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, giriş 211 A ünvanında inşa olunan obyektin istismarına icazə verib.

CityPost.az  xəbər verir  ki,sahəsi 184.1 kv.m olan bina bir mərtəbədən ibarətdir. Qeyd edək ki, FHN obyektə 24.07.2025-ci il tarixli istismara hazırlıq rəyi verib. Məlumat üçün bildirək ki, iaşə obyektinin sifarişçisi olan Taleh Qasımov sabiq millət vəkili, “Karat” Holdinqin rəhbəri Ə.Qasımovun oğludur. T.Qasımov Rusiyanın Yesentuki şəhərinfə fəaliyyət göstərən sanatoriyanın sahibi olan “Sanatoriya İstoçnik Yessentuki” şirkətinin təsiçisidir. Onun bu şirkətdə payı 80%-ə bərabərdir. T.Qasımov eyni zamanda Stavropol diyarında qeydiyyatda olan “Expo” və Moskva şəhərində qeydiyyatda olan “Biznes Sentr Belnikov” şirkətlərinin də təsisçisidir. 

Yeri gəlmişkən qeyd edək ki, bir qədər öncə mətbuatda T.Qasımovun atası Ə.Qasımovun vətənə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri R.Mehdiyevin çətiri altında fəaliyyət göstərdiyi və onun kürəkəni İlham Əliyevlə ortaq biznesə malik olduğuna dair xəbərlər yer almışdır. 

Oxu24.com saytına müsahibəsində Əsabil Qasımov Boz kardinalla münasibətlərini inkar edərək onu və kürəkənini özünün düşməni adlandırmışdı. Sonuncunun kürəkəni İlham Əliyev isə sabiq deputatı qaynatasının ayaqqabı cütləyəni adlandıraraq demişdi ki, elə etməsin ki, hər şeyi açım danışım. Ə.Qasımov isə keçmiş biznes ortağının ona qarşı rüsvayedici, sərt ittihamlarını o zaman cavabsız qoymuşdu. Bu isə özlüyündə Ə.Qasımovun İlham Əliyevin qarşısında bir addım da olsa geri çəkilməsi anlamına gəldiyinə işarədir. 

Onu da bildirək ki, DTX-nın Ramiz Mehdiyev barədə təqib etdiyi cinayət işi çərçivəsində Türkiyədə saxlanılan Milli Şuranın üzvü Gültəkin Hacıbəyliyə Boz kardinal tərəfindən hədiyyə olunmuş iki mənzilin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 151A ünvanındakı yaşayış kompleksinin də tikinti işlərini podratçı şirkət kimi Ə.Qasımova məxsus tikinti şirkətinin icra etdiyi bildirilir.     

Müşərrəfxanım

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azər Həsrət Mehdiyev görüntülərindən DANIŞDI:“Vətəndaşlar diqqətli olmalıdır”

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Respublikasının vətəndaşları – Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərlərinin xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə dövlət hakimiyyətini zorla ələ keçirmək və konstitusiya quruluşunu dəyişdirmək planları ilə bağlı təqsirləndirildiyini açıqlayıb.DTX-nin məlumatına görə, bu şəxslər 2013-cü ildə yaradılmış “Milli Şura” və “Milyarderlər İttifaqı” vasitəsilə xarici dövlətlərin maddi və təşkilati dəstəyi ilə kütləvi iğtişaşlar törətməyi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamağı və ictimai qaydanı pozmağı planlaşdırıblar. Ramiz Mehdiyev isə 2025-ci ildə hazırladığı gizli materialları xarici xüsusi xidmət orqanlarına göndərərək dövlətə xəyanət edib və cinayət yolu ilə əldə olunmuş 17 milyon manatdan çox vəsaiti...

12 Fevral 2026, 14:51

Telefonlarımız bizi dinləyirmi? Reallıq və miflər  

Son zamanlar sosial şəbəkələrdə tez-tez rast gəlinən iddialardan biri odur ki, telefonlarımız bizi dinləyir. İstifadəçilər bildirirlər ki, sadəcə bir məhsuldan danışdıqdan sonra həmin məhsulun reklamları dərhal sosial mediada görünür. Bu vəziyyət insanlarda həm maraq, həm də narahatlıq yaradır, amma məsələ heç də sadə deyil. Əslində, müasir smartfonlar daim səs dinləməsi ilə işləmirlər. Siri, Google Assistant və Alexa kimi virtual köməkçilər yalnız istifadəçinin aktiv sözlərini eşidəndə məlumat göndərir, məsələn, “Hey Siri” və ya “OK Google” dedikdə. Reklamların istifadəçiləri “dəqiq izlədiyi” isə fərqli mexanizmlərlə bağlıdır: internet brauzeri, sosial şəbəkələrdəki davranışlar, kliklər və baxış müddətləri analiz edilərək maraq dairəsinə uyğun reklamlar təqdim olunur....

12 Fevral 2026, 14:36

Baş prokuror Suraxanı rayonunda vətəndaşları qəbul edib 

Baş prokuror Kamran Əliyev Bakı şəhəri Suraxanı rayon prokurorluğunun inzibati binasında Suraxanı rayonundan olan vətəndaşları qəbul edib.Bu barədə Citypost.az Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, qəbulda iştirak edən 45 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib....

12 Fevral 2026, 14:25

 Fuad Qəhrəmanlının ŞOK görüntüləri YAYILDI

Dövlət Təhlükəsizliyi Xidməti Fuad Qəhrəmanlının pul almasının görüntülərini yayıb.Citypost.az xəbər verir ki, DTX-nın Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə cinayət işi üzrə bu gün yaydığı məlumatla bağlı görüntülərdə Fuad Qəhrəmanlının Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən pulları alması da əksini tapıb.

12 Fevral 2026, 14:20

Ramiz Mehdiyevin bu şəxslərlə ŞOK səs yazısı yayıldı

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanı ilə telefon danışığının səs yazısı yayılıb.Citypost.az xəbər verir ki, bu, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videoməlumatda öz əksini tapıb.Ramiz Mehdiyev xarici xüsusi xidmət orqanlarının əməkdaşı ilə danışan zaman Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən qurulması ilə bağlı təkliflərin olduğunu və bunun onlar üçün maraqlı olacağını deyib.Həmçinin Prezident Administrasiyasının sabiq rəhbəri həmin təklifləri onlara elektron poçtla göndərəcəyini deyib.Xarici xüsusi xidmət orqanın qadın əməkdaşı ilə Ramiz Mehdiyevə təkliflərə "bu sizin öz işinizdir" deyə cavab verib.Ramiz Mehdiyev təkidlə təkliflərini dostlarına (xarici xüsusi xidmət orqanların rəhbərlərinə - Red) bir üsulla çatdırmaq lazım olduğunu qeyd edib.Bundan başqa,...

12 Fevral 2026, 13:34

DTX Abbas Abbasovu, Fuad Qəhrəmanlını, Qəniməd Zahidi axtarışa verib - RƏSMİ 

Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli, Rüstəm İbrahimbəyov, Fuad Qəhrəmanlı, Qənimət Zayıdov, İbrahim Məmməd və Eldar Əmirov xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərməkdə ittiham olunurlar.Citypost.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb. İttiham olunanlardan 3-ü Dövlət Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib."Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib". - deyə açıqlamada deyilir....

12 Fevral 2026, 13:15