Bizə yazın

Baku

-°C

USD

-

Qubada avtobus yük maşını ilə toqquşub, ölən var - FOTO 

Hadisə 05 Dekabr 2025, 13:54

175

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Vəlvələ kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sərnişin avtobusu "Ford" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. O, Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda balta ilə qətl törədib qaçan şəxsə hökm oxunub 

Bakıda qətl törətkməkdə təqsirləndirilən Təbriz Həsənovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.CityPost.az  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Təbriz Həsənovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Zərərçəkənin hüququ varisi T.Həsənova ən ağır cəzanın verilməsini xahiş edib.Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Təbriz Həsənov 18 il müddətinə azdlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə ötən il oktyabrın 13-də Yasamal rayonunda baş verib. Rayon ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimov kəsici alətlə qətlə yetirilib. Müəyyən edilib ki, Azər İbrahimov yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı qolundan...

05 Dekabr 2025, 12:57

MN-in Tibbi Sənədlər Arxivinin rəisi həbs olundu 

Müdafiə Nazirliyi Tibbi Sənədlər Arxivinin rəisi saxlanılıb.CityPost.az  xəbər verir  ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Arxivin rəisi mayor Ruhin Tağıyev korrupsiya cinayətində təqsirləndirilir.Mayor Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib.Onun barəsində həbs qətimkan tədbiri seçilib.

05 Dekabr 2025, 12:16

Bakıda yaşayış binasındakı yanğın nəticəsində 4 nəfər ölüb, 4 nəfər də tüstüdən zəhərlənib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış massivində 05.12.2025-ci il tarixində saat 03:15 radələrində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.Bu barədə CityPost.az-a  cavab olaraq TƏBİB-dən bildirilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.Məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub....

05 Dekabr 2025, 10:29

Gəncədə yeniyetmə bıçaqlanıb 

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.Hadisə şəhər ərazisində qeydə alınıb.Belə ki, şəhər sakini 2008-ci il təvəllüdlü Y. Dövləti bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır

04 Dekabr 2025, 22:28

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsində şahidlər dindirilib 

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.Bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ruhan Hüseynov ifadəsində qeyd edib ki, qardaşı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub:“Sosial şəbəkədə yayılan videoya baxdım, gördüm ki, şəhidlərə hörmətsizlik edilib. Ona görə də şikayətçiyəm. İstəyirəm ki, onlar azadlıqdan məhrum edilsinlər”.Daha sonra şahidlər ifadə verib.Dağüstü parkda xadimə işləyən Kəmalə Sadıqova deyib ki, ittiham edilən şəxslərin məzarın üstündə atılıb-düşdüklərinin şahidi olub: “Onlara xəbərdarlıq etdim,...

04 Dekabr 2025, 19:32

Gecə 11-də qapısını döyən şəxsi öldürdü - DƏHŞƏTLİ HADİSƏ 

Kürdəmirdə həmkəndlisini bıçaqlayaraq qətlə yetirən 1978-ci il təvəllüdlü Fəqan Əzizovun məhkəməsi başa çatıb.Lənkəran Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.F. Əzizov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə ittiham edilsə də, məhkəmə onun daha yüngül maddə olan 120.1-ci maddəyə əsasən cəzalandırılmasına qərar verib. 47 yaşlı kişi 11 il həbsə məhkum edilib.Bildirilib ki, hadisə bu ilin mayında Sığırlı kəndində münaqişə zəminində baş verib. Həmin gün gecə saat 23 radələrində 1966-cı il təvəllüdlü Hafiz Cümşüd oğlu Nuriyev Fəqan Əzizovun yaşadığı evə gələrək qapını döyüb. O, həmkəndlisindən narkotik vasitə istəyib. Lakin Fəqan onda narkotik olmadığını deyib. Daha sonra tərəflər arasında münaqişə olub.(Mənbə:...

04 Dekabr 2025, 17:00