Ədliyyə Nazirliyində mühüm postlar niyə boş saxlanılır?
Cəmiyyət 13 Dekabr 2025, 22:09
1480
Ədliyyə Nazirliyi ölkədə ən böyük qurumlardan biri hesab olunur.
CityPost.az xəbər verir ki,bu gün Ədliyyə Nazirliyində iki mühüm vəzifə uzun müddətdir boş qalır.
Oxu24.com xəbər verir ki,Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin strukturunda iki mühüm rəhbər vəzifənin 2024-cü ildən etibarən daimi təyinat olmadan fəaliyyət göstərdiyi bildirilir.
Söhbət Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi və Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsinin rəisi vəzifələrindən gedir.
Məlumata görə, 2024-cü ilin iyun ayında Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi Malik Ələkbərov vəzifəsindən azad edilib. Həmin vaxtdan bu günədək sözügedən vəzifəyə daimi rəhbər təyin olunmayıb. Hazırda idarəyə rəhbərlik müvəqqəti icraçı şəxs tərəfindən həyata keçirilir.
Həmçinin oxuyun
Eyni vəziyyət Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsində də müşahidə olunur. Bu strukturda da rəis vəzifəsi daimi təyinatla təmin edilməyib və idarə müvəqqəti rəhbərlik əsasında fəaliyyət göstərir.
Qeyd edək ki, hər iki struktur Ədliyyə Nazirliyinin fəaliyyətində strateji əhəmiyyət daşıyır.
Cəzaların icrasına nəzarət baş idarəsi penitensiar sahədə nəzarət mexanizmlərinin həyata keçirilməsinə cavabdehdir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 26-sı gündüzdən 27-si gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gəncə, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
25 Yanvar 2026, 16:41
Azərbaycanın bəzi rayonlarında qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ
Yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti,...
25 Yanvar 2026, 14:31
"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh
Millət vəkili Səyyad Aranın məsələyə yanaşması stilistika baxımından doğrudur. Bütün sahəvi işlətmələr üçün Azərbaycan sözünün qısaldılmış forması kimi "Azər" işlədilirsə, bu, "Azəriqaz"a da şamil olunmalıdır. Ancaq Səyyad müəllim bilməmiş deyil ki, siyasi, elmi və bədii mətnlərimizdə "azəri" sözü də ayrı-ayrı müəlliflər tərəfindən dəfələrlə işlədilmiş, hətta xalq şairi Rəsul Rza ötən əsrin 70-ci illərində "Azəri Sovet Ensiklopediyası" nəşr etməyə də qərar vermişdi. Lakin bu cəhd yarımçıq qalmış və onu ensiklopediyanın I cildini alayarımçıq buraxmaqla baş redaktorluqdan uzaqlaşdırmışdılar.CityPost.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa qeyd edib.Millət vəkilinin sözlərinə görə, sonralar "azər xalqı", "azəri dili" kimi başlıqlar altında elmi-etnoqrafik nəşrlər...
25 Yanvar 2026, 14:19
Arzu Yusifova vəzifəsindən azad edildi
Tanınmış qastroenteroloq Arzu Yusifova Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən azad edilib.Globalinfo.az-ın əldə etdiyi məlumata görə, o, öz ərizəsi ilə işdən çıxıb.Qeyd edək ki, A.Yusifova 2025-ci ilin mayında bu vəzifəyə təyin edilmişdi.O, sözügedən vəzifədə general-mayor Rəfail Mehdiyevi əvəz etmişdi.
25 Yanvar 2026, 13:50
Mehman Cavadoğlu dəyişib: “Etdiyim səhlənkarlığın cəzasını çəkirəm” - FOTO
Təxminən bir ay öncə 70 yaşı tamam olmuş tanınmış jurnalist Mehman Cavadoğlunun yeni görüntüləri yayılıb.CityPost.az xəbər verir ki, qocaman jurnalist APA-ya müsahibəsində bir çox mətləblərdən – jurnalistikaya gəlməyindən, hazırkı durumundan, qəzetçilikdən və s.-dən danışıb.Bir vaxtlar "Sovet kəndi", "Müxalifət", “Həyat”, “Azərbaycan”, “Rezonans” qəzetlərində rəhbər postlarda çalışmış gənc, enerjili Mehman Cavadoğlu artıq yaşlandığını, əvvəlki gücündə olmadığını deyib:“Heç vaxt ağlıma gəlməzdi ki, mən 70 yaşa çatacam......İnsan yaşlandıqca əvvəlki həvəs, əvvəlki həyat eşqi azalır, necə deyərlər, sönməyə doğru gedir. Və başlayırsan xatirələrlə yaşamağa. İnsan gəncliyində daha çox arzularla, qocalığındasa xatirələrlə yaşayır. Yaşadığı günlərin dadınısa yalnız uşaqlıq illərində və cavanlığında çıxarır”.O, indi nə aktiv jurnalistika...
25 Yanvar 2026, 10:40
Kəndlərdən Bakıya axın var, gec olmadan... - Deputat
Sərhəd kəndlərinin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var.CityPost.az Teleqraf-a istinadla xəbər verir ki, bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında çıxış edib.O qeyd edib ki, Azərbaycanda 4200-dən çox kənd var:"Kəndlərdən üzü rayon mərkəzinə, oradan isə Bakıya böyük axın var. Kəndlərin miqrasiya səbəbindən boşalması ciddi problemlərə gətirib çıxarır. Ona görə, düşünürəm ki, gec olmadan ucqar, sərhəd kəndlərin inkişafı ilə əlaqədar dövlət proqramı hazırlanmalıdır".Qeyd edək ki, statistik məlumatlara görə, Azərbaycanda 64 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər, 12 şəhər rayonu, 262 qəsəbə, 190 qəsəbə ərazi dairəsi, 40 sahə ərazi dairəsi, 1724...
25 Yanvar 2026, 10:36